Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Nurlan Əliyev: “COVİD-19 daşıyıcısı polis əməkdaşlarından yayına bilməz”

© Photo : AZƏRTACDİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev
DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev  - Sputnik Azərbaycan
Abunə olmaq
DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev deyir ki, polis əməkdaşları qanunvericilik çərçivəsində bütün zəruri tədbirləri görürlər
Nurlan Əliyev: “Yaşayış yerini tərk etmiş 3 nəfər xəstəxanaya yerləşdirilib”

“Aktiv COVİD-19 xəstələri əgər yaşayış yerlərini tərk edirlərsə, onu anlamalıdırlar ki, heç bir xəstə, COVİD-19 daşıyıcısı polis əməkdaşlarından yayına bilməz”. Sputnik Azərbaycan xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev deyib.

“Həmin şəxslərin müəyyən olunaraq saxlanılması barəsində polis əməkdaşları qanunvericilik çərçivəsində bütün zəruri tədbirləri görürlər. Dekabrın 14-də polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublika ərazisində ictimai yerlərdə yaşayış yerlərini tərk etmiş 51 nəfər aktiv COVID-19 xəstəsi müəyyən olunaraq saxlanılıb. Onlardan 48 nəfəri evə qaytarılıb, 3 nəfər xəstəxanaya yerləşdirilib”, – deyə o bildirib.

Nurlan Əliyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0