Politoloq İlqar Vəlizadə

Politoloq: “ABŞ-ın Türkiyəyə yanaşmasında ikili standartlar var”

8
(Yenilənib 10:28 18.12.2020)
Politoloq İlqar Vəlizadə deyir ki, Türkiyənin S-400 hava hücumundan müdafiə sistemlərini almaq qərarı düşünülmüş idi
İlqar Vəlizadə: “Türkiyə müstəqil siyasət aparmaq haqqına sahibdir”

Prezident İlham Əliyev S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasına görə ABŞ tərəfindən Türkiyəyə qarşı tətbiq olunan birtərəfli sanksiyaları qəbuledilməz hesab edir. Bu fikirləri mətbuata açıqlamasında Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyalar hər hansı nəticə verməyəcək: “Türkiyə suveren bir ölkə olaraq müstəqil siyasətini aparmaq haqqına sahibdir. Türkiyənin S-400 hava hücumundan müdafiə sistemlərini almaq qərarı düşünülmüş idi. Qeyd edim ki, bir vaxtlar Türkiyənin qonşusu Yunanıstan da Rusiyadan hava hücumundan müdafiə sistemləri almışdı, ancaq o zaman ABŞ hökuməti Yunanıstana hər hansı sanksiya tətbiq etmədi. Bu da göstərir ki, ABŞ-ın yanaşmasında ikili standartlar var”.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Türkiyənin dörd rəsmi şəxsinə qarşı sanksiya tətbiq edib. Türkiyə Xarici İşlər Nazirliyi isə ABŞ-ın Türkiyəyə qarşı birtərəfli sanksiyalar tətbiq etməsi ilə bağlı qərarını qınayıb və rədd edib.

İlqar Vəlizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

8

Anar Kərimov: “Azad edilmiş ərazilərə səfərlər üçün təhlükəsizlik təmin olunmalıdır”

16
(Yenilənib 23:48 14.01.2021)
Azərbaycanın mədəniyyət naziri Anar Kərimov deyir ki, Ermənistan hüquqi məsuliyyətə cəlb olunmalı, təzminat ödəməlidir
Anar Kərimov: “Beynəlxalq təşkilatları azad olunmuş torpaqlarımıza dəvət edirik”

“ICESCO-nun nümayəndə heyəti işğaldan azad edilmiş Füzuli rayonunda və Ağdam şəhərində ermənilərin törətdiyi cinayətləri öz hesabatlarında əks etdirəcək”. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə AZƏRTAC-ın müxbirinə müsahibəsində Azərbaycanın mədəniyyət naziri Anar Kərimov bildirib.

“Beynəlxalq təşkilatları azad olunmuş torpaqlarımıza dəvət edirik. İstəyirik ki, bütün dünya erməni vəhşiliyinin şahidi olsun. Hazırda bununla bağlı UNESCO və digər təşkilatlarla müzakirələr aparılır. Azad edilmiş ərazilərə səfərlərin təşkili üçün təhlükəsizlik tədbirləri də təmin olunmalıdır. Bugünkü səfər də minalardan təmizlənmiş ərazilərə təşkil edilib. Ermənilərin törətdiyi bütün cinayətləri sənədləşdirmək üçün ekspertlər hər yeri gəzib qeydiyyat aparmalıdırlar ki, gələcəkdə bu faktları beynəlxalq məhkəmələrə təqdim edək. Ermənistan hüquqi məsuliyyətə cəlb olunmalı, təzminat ödəməlidir”, - deyə Anar Kərimov qeyd edib.

Anar Kərimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

16
Председатель Совета печати Афлатун Амашов

Amaşov: “Qanuna dəyişikliklər genişmiqyaslı islahatlar kontekstində baş verməlidir”

53
(Yenilənib 08:14 14.01.2021)
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyir ki, media sahəsində səliqə-səhmanın yaranmasını istəyiriksə, KİV-in qeydiyyatı məsələsinə diqqət yetirməliyik
Əflatun Amaşov: “Qanunvericilikdə dəyişikliyin olması son dərəcədə vacibdir”

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən,  Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi” təsdiq edilib.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Sputnik Azərbaycan-a deyir ki, ötən illər ərzində bir neçə dəfə “Kütləvi İnformasiya Vasitələri haqqında” qanuna dəyişikliklər edilsə də, onlar fundamental xarakterli olmayıb:

“Ona görə ediləcək dəyişikliyə kompleks yanaşmanın tərəfdarıyam. Yəni dəyişiklik genişmiqyaslı islahatlar kontekstində baş verməlidir. Konkret olaraq Mətbuat Şurasının da dəyişikliklərlə bağlı təklifləri olub. İndiki şəraitdə aidiyyəti olmayan adamlar bu sahədə fəaliyyət göstərirlər. Bununla bağlı konkret mexanizmlər hazırlanmalıdır. Media sahəsində səliqə-səhmanın yaranmasını istəyiriksə, KİV-in qeydiyyatı məsələsinə diqqət yetirməliyik. Qanunvericilikdə mövcud istiqamətdə dəyişikliyin olması son dərəcədə vacibdir”.

Əflatun Amaşovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

53
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusdan peyvənd vurdurur

Ərdoğan koronavirus peyvəndindən sonra: "Sapsağlamam"

0
(Yenilənib 00:05 16.01.2021)
Türkiyə Prezidentinə yanvarın 14-də Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

BAKI, 16 yanvar — Sputnik. Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sputnik Azərbaycan "Hurriyet" nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

"Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sapsağlamam. 28 gün sonra ikinci iynəmizi vurduracağıq", - deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd edilib.

Türkiyə Prezidentinə Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

0