Ekspert: “Valideynlər fərqində olmadan övladlarının sağlamlığını təhlükə altına atır”

99
(Yenilənib 09:51 13.12.2020)
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyir ki, şagirdləri yükləməmək məqsədi ilə onlara düzgün planlama məsələsini aşılamaq lazımdır
İlqar Orucov: “Valideynlər şagirdləri yükləməklə bilik əldə etməsində maraqlıdırlar”

“Valideynlər elə düşünür ki, uşaqlar nə qədər çox oxusalar, bir o qədər yaxşıdır. Bəzi hallarda uşaqları lazımsız yükləyirlər, repetitor yanına göndərirlər. Bəlkə də, uşaq özü boş qalsa, daha çox öyrənər. Əslində öyrənmə başadüşmə ilə bağlıdır”. Bunu təhsil naziri Emin Əmrullayev şagirdlərin ev tapşırıqlarının çox olması ilə bağlı fikirlərə münasibət bildirərkən deyib.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a deyir ki, məktəb-valideyn-müəllim üçbucağının yaradılması olduqca effektli məsələdir və bu üçlüyün təhsillə bağlı proseslərdə birgə iştriak etməsi zəruridir:

“Şagirdləri yükləməmək məqsədi ilə onlara düzgün planlama məsələsini aşılamaq lazımdır.  Hazırkı pandemiya şəraitində bu məsələdə valideynlərin üzərinə böyük məsuliyyət düşür. Azərbaycanda valideynlər şagirdləri daha çox yükləməklə onların bilik əldə etməsində maraqlıdırlar. Valideynlər fərqində olmurlar ki, bu, onların övladlarının sağlamlığını təhlükə altına atır”.

İlqar Orucovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

99

Politoloq: “Tramp Amerika cəmiyyətinin istəkləri ilə hərəkət edirdi”

11
(Yenilənib 00:28 21.01.2021)
Politoloq İlqar Vəlizadə deyir ki, Tramp həm öz ölkəsinin, həm də dünyanın ictimai rəyində zidiyyətli siyasətçi kimi qalacaq
İlqar Vəlizadə: “Tramp ABŞ tarixində maraqlı və özünəməxsus yer tutacaq”

“Donald Tramp ABŞ-ın ən pis prezidenti kimi tarixə düşəcək”. Bunu ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Con Bolton deyib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Tramp həm öz ölkəsinin, həm də dünyanın ictimai rəyində zidiyyətli siyasətçi kimi qalacaq:

“Amma onu demək lazımdır ki, Tramp Amerika cəmiyyətinin istəkləri ilə hərəkət edirdi. O, prezidentliyi dönəmində yerli istehsalçıların maraqlarını müdafiə edirdi. Eyni zamanda onun vaxtında ABŞ-da işsizlərin sayı kəskin azalmışdı. O, xarici siyasətdə aqressiv siyasət aparsa da, heç bir müharibəyə başlamadı. Təəssüf ki, ABŞ mediası Trampın tarixi xidmətlərini görmür və ya qeyd eləmir. Bununla belə, Tramp ABŞ tarixində maraqlı və özünəməxsus yer tutacaq”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

11

Nazir Mikayıl Cabbarov biznesin inkişafı üçün görülən işləri açıqlayır

21
(Yenilənib 19:22 19.01.2021)
İqtisadiyyat naziri Mikayıl Cabbarov deyir ki, ölkəmizdə biznes mühitinin sağlamdırılması ilə bağlı tədbirlər görülür və maliyyəyə çıxış imkanları sadələşdirilir
Mikayıl Cabbarov: “Maneələrin aradan qaldırılması istiqamətində işlər davam etdiriləcək”

“İqtisadiyyat nazirliyi və digər aidiyyəti strukturlar fəaliyyətlərini sahibkarlığın dəstəklənməsi və onların investisiya imkanlarının genişləndirilməsinə yönəldiblər”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Televiziyasına müsahibəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, sahibkarların istehsal etdikləri məhsulların ixrac potensialının artırılması istiqamətdə təşviqedici addımlar atılır:

“Ölkəmizdə biznes mühitinin sağlamlaşdırılması ilə bağlı tədbirlər görülür və maliyyəyə çıxış imkanları sadələşdirilir. Bundan sonra da iş yerlərinin qeydiyyata alınması, vergi və gömrük inzibatçılığındakı bariyerlərin aradan qaldırılması istiqamətində işlər davam etdiriləcək”.

Mikayıl Cabbarovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

21

Məşhur italyan mafiyasının 50 üzvü həbs edilib - sıralarında partiya sədri var

0
(Yenilənib 00:26 22.01.2021)
İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

BAKI, 22 yanvar - Sputnik. İtaliya polisi “Ndranqeta” mafiyasının işi çərçivəsində 50 nəfəri həbs edib və məşhur mərkəzçi siyasətçini istintaqa cəlb edib.

Report xarici KİV-lərə istinadla xəbər verir ki, “Ndranqeta” əsasən Kalabriyanın cənub regionunda fəaliyyət göstərir. Mafiya öz əməllərinə görə, artıq çoxdan İtaliya və dünyada ən böyük cinayətkar qruplaşmalardan biri olan “Koza Nostra”nı üstələyib.

"Bu araşdırma on illərdir nədən bəhs etdiyimizə aydınlıq gətirdi. “Ndranqeta” sadəcə iş və siyasətlə əlaqədar olaraq daha az atəş açıb", - deyə İtaliyada ən böyük məhkəmə iddialarından birini başladan prokuror Nikola Qratteri bildirib.

İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

0
Teqlər:
mafiya, İtaliya