SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq: “ABŞ böyük demokratiya böhranı yaşayır”

© Sputnik / Murad OrujovПолитолог Рамия Мамедова
Политолог Рамия Мамедова - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Ramiyə Məmmədova deyir ki, prezident seçkilərindəki bu gərginlik ABŞ-da demokratiya institutunun sağlam olmadığını göstərir
Ramiyə Məmmədova: “ABŞ yetərincə demokratik deyil”

ABŞ-da prezident seçkilərində qalib gəldiyini elan edən Joe Biden Donald Trampın səsvermə nəticələrinə meydan oxumaqla məsuliyyətsiz davrandığını deyib.

Politoloq Ramiyə Məmmədova Sputnik Azərbaycan-a deyir ki, budəfəki prezident seçkiləri əvvəlkilərlə müqayisədə gərgin keçdi:

“Prezident seçkilərindəki bu gərginlik ABŞ-da demokratiya institutunun sağlam olmadığını göstərir. Hazırkı prezidentin seçkidə saxtakarlıq olması ilə bağlı iddaları böyük səs-küyə səbəb olub. Tramp seçkilərin nəticəsini şübhə altına qoyur. Bu gün ABŞ böyük demokratiya krizisi yaşayır. Bu seçkilər də göstərdi ki, ABŞ nə qədər də başqa ölkələrə demokratiya dərsləri keçməyə çalışsa da, əslində yetərincə demokratik deyil”.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 3 noyabr tarixində keçirilib. İlkin məlumatlara görə, Demokratların namizədi Co Bayden seçkilərdə qələbə qazansa da, Respublikaçı Donald Tramp öz məğlubiyyətini hələ də etiraf etməyib.

Ramiyə Məmmədovanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0