Politoloq İlqar Vəlizadə

Politoloq: “Putinin fikirləri Rusiyanın rəsmi mövqeyini sərgiləyir”

87
(Yenilənib 10:06 21.11.2020)
Politoloq İlqar Vəlizadə deyir ki, Putinin açıqlaması Rusiya tərəfinin Azərbaycanın ərazi bütövlüyünü tanımasını bir daha göstərir
İlqar Vəlizadə: “Azərbaycan beynəlxalq hüququ pozmayıb”

“Beynəlxalq hüquqa görə, Qarabağ həmişə Azərbaycanın ayrılmaz hissəsi olub, KTMT müdaxilə edə bilməzdi, çünki heç kim Ermənistana hücum etməyib”. Bunu Rusiya prezidenti Vladimir Putin, “Rossiya 24” telekanalının efirində deyib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Putinin açıqlaması Rusiya tərəfinin Azərbaycanın ərazi bütövlüyünü tanımasını bir daha göstərir:

“Azərbaycan bu müharibəni aparmaqla beynəlxalq hüququ pozmayıb. Bu bəyanat da Rusiyanın rəsmi mövqeyidir. Putinin konstruktiv fikirləri imkan verəcək ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipi əsasında həllini tapsın”.

İlqar Vəlizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

87

Politoloq: “Dəhlizin açılması Naxçıvanın regional əhəmiyyətini artıracaq”

19
(Yenilənib 09:56 03.12.2020)
Politoloq İlqar Vəlizadə deyir ki, nəqliyyat əlaqələrinin qurulması tək region ölkələri üçün deyil, həm də digər maraqlı ölkələr üçün perspektiv vəd edir
İlqar Vəlizadə: “Bu dəhliz Naxçıvanın inkişafına müsbət təsir edəcək”

“Burada konkret göstərildi ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında dəhliz yaradılır və bu dəhlizin təhlükəsizliyini Ermənistan yox, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla birləşir. Azərbaycan Türkiyə ilə birləşir”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Naxçıvanla Azərbaycan arasında nəqliyyat əlaqələrinin qurulması çox vacibdir:

“Bu nəqliyyat qovşağı bir neçə ölkə üçün əlverişli imkanlar yaradır. Nəqliyyat əlaqələrinin qurulması tək region ölkələri üçün deyil, həm də digər maraqlı ölkələr üçün perspektiv vəd edir. Dəhlizin açılması təbii ki, illərdir blokada şəraitində yaşayan Naxçıvanın inkişafına müsbət təsir edəcək. Bununla Naxçıvanın regionda payı əhəmiyyətli dərəcədə artacaq”.

İlqar Vəlizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

19
Azərbaycan Milli Məclisinin Səhiyyə, Gənclər və idman komitələrinin üzvü, tibb üzrə elmlər doktoru, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov

Millət vəkili: “Hökumət koronavirusla bağlı sərt tədbirlər almaq məcburiyyətində qalacaq”

44
(Yenilənib 09:45 02.12.2020)
Milli Məclisin Səhiyyə komitəsinin üzvü, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov deyir ki, cəmiyyət karantin rejiminin diktə etdiyi reallıqlara heç bir sərt karantin rejimi olmadan öz həyat tərzlərini ona uyğun bir şəkildə ortaya qoymalıdır
Rəşad Mahmudov: “Birinci hədəf bu xəstəliyin yoluxma sürətini azaltmaqdır”

“Son günlər dünyada və ölkəmizdə koronavirusla bağlı statistikanın bir əvvəlki günlə müqayisədə rekord qırması heç də yaxşı nəticə deyil”. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov deyib.

“Ölkələrin milli səhiyyə sisteminin çökməsi bu gün inkişaf etmiş ölkələr, həm də digər ölkələr üçün yenə aktualdır. Bütün bunları görən hökumət və Operativ Qərargah xəstəxanada olan resursların tükənməyə getdiyini gördükləri zaman daha sərt tədbirlər almaq məcburiyyətində qalacaq. Cəmiyyət karantin rejiminin diktə etdiyi reallıqlara heç bir sərt karantin rejimi olmadan öz həyat tərzlərini ona uyğun bir şəkildə ortaya qoymalıdır. Birinci hədəf epidemioloji olaraq bu xəstəliyin yoluxma sürətini azaltmaq və nəzarətdə saxlaya bilməkdir. Bu gün həm dünyada, həm də ölkəmizdə yoluxmanın sürətinin, əfsuslar olsun ki, karantin rejimindən asılı olmadan qarşısını almaq qeyri-mümkündür”.

Rəşad Mahmudovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

44

Koronavirusu blok edən üç ərzaq

0
(Yenilənib 02:05 04.12.2020)
Tədqiqatçılar həmçinin qeyd ediblər ki, yaşıl çayda Mpro-nun müxtəlif sahələri ilə qarşılıqlı əlaqədə olaraq onun təsirini neytrallaşdıran beş kimyəvi birləşmə var.

BAKI, 4 dekabr - Sputnik. Alimlər müəyyən ediblər ki, üzüm, şokolad və yaşıl çaydakı kimyəvi birləşmələr SARS-CoV-2 virusunu bloklamağa qadirdir. Sputnik Azərbaycan bildirir ki, bu barədə araşdırma Frontiers in Plant Science jurnalında dərc edilib.

Bildirilir ki, SARS-CoV-2-nin zəif yeri "əsas proteaza" olan Mpro fermentidir. Bu ferment replikasiya mexanizmində iştirak edir. O da məlumdur ki, Mpro güclü iltihabəleyhinə və antioksidant xüsusiyyətlərinə malik bitki mənşəli ərzağın müxtəlif kimyəvi birləşmələrinin təsiri ilə dəf olunur.

Şimali Karolina Universitetinin mütəxəssisləri bu cür birləşmələri üzə çıxarmaq üçün ərzaq məhsulları və bitki dərmanlarını öyrənblər. Kompüter modelləşdirməsi və laboratoriyalardakı in vitro (şüşə qabda, kolbada - red.) eksperimentləri göstərib ki, yaşıl çay və üzümdəki maddələr Mpro-nun funksiyasını uğurla dəf edir, kakao tozu və tünd şokoladdakı birləşmələr isə proteazanın aktivliyini təxminən yarıbayarı azaldır.

Tədqiqatçılar həmçinin qeyd ediblər ki, yaşıl çayda Mpro-nun müxtəlif sahələri ilə qarşılıqlı əlaqədə olaraq onun təsirini neytrallaşdıran beş kimyəvi birləşmə var.

0
Teqlər:
Yaşıl çay, üzüm, şokolad, ərzaq, blok, COVID-19, epidemiya, Koronavirus
Mövzu:
Dünyanı cənginə almış bəla