Anar Kərimov, arxiv şəkli

Anar Kərimov: “Azərbaycanın maddi mədəni irs nümunələri qarət edilib”

115
(Yenilənib 10:09 18.11.2020)
Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyir ki, yaxın zamanlarda dünya hərraclarına çıxarılmış Azərbaycana məxsus iki Qarabağ xalçası əldə edilərək vətənə qaytarılacaq
Anar Kərimov: “Xalça zövqün və mentalitetin özünəməxsusluğunu əks etdirir”

“Zaman-zaman işğala məruz qalan ölkəmizin əsrlərlə yaşı olan maddi mədəni irs nümunələri, o cümlədən xalçalar qarət edilib, xarici ölkələrə aparılıb”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə keçirilən tədbirdə Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.

A.Kərimov bildirib ki, yaxın zamanlarda dünya hərraclarına çıxarılmış Azərbaycana məxsus iki Qarabağ xalçası əldə edilərək vətənə qaytarılacaq:

“XVIII-XIX əsrlərə aid bu xalça nümunələri Milli Xalça Muzeyinə gətirildikdən sonra ictimaiyyətə təqdim olunacaq. Azərbaycanda xalçaçılığın tarixi çox qədimdir. Onun ilk nümunələrinin meydana gəldiyi dövr eramızdan xeyli əvvələ təsadüf edir. Azərbaycan mədəniyyətində xalça sadəcə bir ev bəzək elementi deyil, həm də bir-birini əvəz edən tarixi dövr və üslubları cəmləşdirərək bədii zövqün və mentalitetin özünəməxsusluğunu əks etdirir”.

Anar Kərimovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

115
Политолог Фикрет Садыхов на заседании Клуба политологов

Politoloq: “Baydenin hakimiyyəti dövründə Avropa ilə münasibətlər yumşalacaq”

11
(Yenilənib 00:30 25.11.2020)
Politoloq Fikrət Sadıxov deyir ki, Birləşmiş Ştatların Avropa münasibətlərini qırılmış hesab etmək doğru olmaz
Fikrət Sadıxov: “ABŞ bütün məsələlərin onun razılığı ilə reallaşdırılmalı olduğunu göstərirdi”

ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqı Şurasının (European Council) sədri Şarl Mişellə telefon danışığı baş tutub. Telefon danışığı zamanı tərəflər Avropa İttifaqı ilə ABŞ arasındakı münasibətləri müzakirə ediblər. Eyni zamanda Bayden Brüsselə səfərə dəvət edilib.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, Tramp prezident olduğu müddətdə ABŞ Avropa münasibətlərini müəyyən dərəcədə gərginləşdirdi: “Avropa Birliyi dünya siyasi məkanında öz siyasi ambisiyalarını həmişə yüksək tutub. ABŞ isə dominant davranışları ilə bütün məsələlərin onun razılığı ilə reallaşdırılmalı olduğunu göstərirdi. Amma ümumilikdə bu münasibətləri qırılmış hesab etmək doğru olmaz. Çünki Trampın prezidentliyi dönəmində tərəflər arasında görüşlər keçirilirdi. Düşünürəm ki, Bayden hakimiyyəti dövründə Avropa ilə münasibətlər yumşalacaq”.

Qeyd edək ki, ABŞ-ın hazırkı prezidenti Donald Tramp ABŞ Administrasiyasının Ümumi İşlər üzrə İdarəsinin rəhbəri Emili Merfiyə, həmçinin öz administrasiyasının üzvlərinə növbəti administrasiyaya səlahiyyətlərin təhvil verilməsi üzrə ilkin prosedurlarlarla bağlı "zəruri olan işləri görməyi" tövsiyə edib.

Fikrət Sadıxovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

11
Teqlər:
Fikrət Sadıxov, Co Bayden, Avropa Komissiyası, Avropa Şurası, Avropa, ABŞ

Anar Kərimov: “Ermənistan məsuliyyət daşımalı bütün təzminatları ödəməlidir”

82
(Yenilənib 02:22 24.11.2020)
Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyir ki, azad olunmuş torpaqlara qiymətləndirmə missiyası göndəriləcək, dəymiş ziyan hesablanacaq və bunun əsasında beynəlxalq təşkilatlara və məhkəmələrə müraciət olunacaq
Anar Kərimov: “Ermənistan məsuliyyət daşımalı və bütün təzminatları ödəməlidir”

“Aparılmış monitorinqlərin ilkin nəticələrinə əsasən işğaldan azad edilmiş rayonlarda 151 mədəniyyət müəssisəsi, o cümlədən 72 kitabxana, 62 mədəniyyət evi və klub, 8 muzey, 9 uşaq musiqi məktəbinin olduğu dəqiqləşdirilib”. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.

“Bu müəssisələrin hamısı dağıdılmış vəziyyətdədir. Bu nəinki beynəlxalq hüquqa, həm də insani dəyərlərə, İslama zidd bir fəaliyyətdir. Biz beynəlxalq ekspertləri dəvət edəcəyik və saxtalaşdırılmış tarixi abidələrdə olan faktları qeydiyyatdan keçirəcəyik. Beynəlxalq mətbuatda ermənilər tərəfindən bir qarayaxma kampaniyası başlanıb. Təəssüflər olsun ki, bir çox təşkilatlar bu kampaniyanın tərkib hissəsinə çevriliblər. Biz mənşəyindən asılı olmayaraq bütün abidələrimizi, o cümlədən islam və xristian abidələrimizi qoruyub bərpa edəcəyimiz barədə bəyanatlar vermişik. Azad olunmuş torpaqlara qiymətləndirmə missiyası göndəriləcək, dəymiş ziyan hesablanacaq və bunun əsasında beynəlxalq təşkilatlara və məhkəmələrə müraciət olunacaq. Təbii ki, Ermənistan bununla bağlı məsuliyyət daşımalı və bütün təzminatları ödəməlidir” – deyə Anar Kərimov bildirib.

Anar Kərimovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

82
Füzuli rayonu, arxiv şəkli

Qondarma "Dağlıq Qarabağ" məsələsi Azərbaycan itirdi?

11
Bütün bunlar tarixi Azərbaycan torpaqlarında - İrəvan və Zəngəzurda yaradılan Ermənistan adlı dövlətin millətçi-şovinist və mədəni terrorçu mahiyyətinin nəticəsidir.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 25 noyabr — Sputnik. Azərbaycan xalqı zaman-zaman erməni təcavüzü ilə qarşılaşmalı olub.

Belə ki, erməni millətçilərinin 1988-ci ildə başladıqları "Qarabağ" fitnəkarlığı həm də Ermənistan SSR-də yaşayan azərbaycanlıların öldürülməsi və kütləvi deportasiyası ilə müşayiət olundu.

Bu barədə Sputnik Azərbaycan-a danışan tarixçi Kamran İsmayılov bildirib ki, qondarma "Dağlıq Qarabağ" məsələsinin qızışdırılması fonunda Ermənistanda yaşayan 200 mindən artıq azərbaycanlı ən zorakı üsullarla öz doğma torpaqlarından, yurd-yuvalarından deportasiya olundu.

K.İsmayılovun sözlərinə görə, etnik təmizləmə zamanı on minlərlə insan qətlə yetirilir, şikəst edilir və itkin düşür. Onların əmlakı, var-dövləti erməni quldurları tələfindən ələ keçirilir, nəticədə didərgin düşən azərbaycanlı əhaliyə milyardlarla ziyan vurulurdu: "Ermənistan SSR-dən ilk qaçqın dalğası məhz Zəngəzurdan başladı. Həmin il ərzində Zəngəzurun demək olar ki, bütün azərbaycanlı əhalisi öz doğma yurdlarından deportasiya olundu. 1991-ci ilin avqustunda Zəngəzurun azərbaycanlılar yaşayan sonuncu kəndinin - Mehri rayonunun Nüvədi kəndin əhalisinin qovulması ilə Zəngəzur bölgəsinin və Ermənistan Respublikasının əhatə etdiyi bütün torpaqların "türksüzləşdirilməsi" prosesi başa çatdırıldı".

Tarixçi bildirir ki, 1988-1990-cı illər ərzində Ermənistanda 216 nəfər azərbaycanlı vəhşicəsinə qətlə yetirilib.

Belə ki, təkcə 1988-ci ildə Qərbi Azərbaycan ərazisində 261 azərbaycanlı kənd və qəsəbəsi boşaldılır ki, onlardan da xalis azərbaycanlılar yaşayan kənd və qəsəbələrin sayı 172-si, azərbaycanlılarla başqa millətlərin yanaşı yaşadığı qarışıq kənd və qəsəbələrin sayı isə 89 idi.

"Bundan başqa daha 6 şəhərdə digər millətlərlə yanaşı, azərbaycanlılar da yaşayırdılar. Bu yaşayış məntəqələrində isə soydaşlarımızın sayı 49 min 928 ailədə 250 min nəfər olub. Tam olmayan məlumatlara görə, 1988-1989-cu illər soyqırımı zamanı Ermənistanda 226 azərbaycanlı ermənilər tərəfindən öldürülüb, 400 nəfərdən çox adam bədən xəsarəti alıb. Bu da həmin illərdə ermənilər tərəfindən öldürülən və yaralanan soydaşlarımızın tam siyahısı deyil. Təxmini hesablamalara görə, kolxozlarda azərbaycanlılara məxsus 43789 baş iribuynuzlu, 454660 baş xırda buynuzlu mal-qara, çoxsaylı ev quşları, arı ailələri, 170 mədəniyyət evi, 274 məktəb binası, 119 kitabxana, uşaq bağçaları, həkim məntəqələri, məscid binaları, 1381 yardımçı təsərrüfat tikintiləri, 2169 avtomaşın, 1976 traktor, 3132 kənd təsərrüfat texnikası, minlərlə hektar üzüm və meyvə bağları ermənilərə qalıb".

Onun sözlərinə görə, azərbaycanlı qaçqınlar Ermənistanda təqribən 677.870 ha torpaq fondu qoyub gəliblər. Bütün bunların hamısının dəyəri isə, təxmini hesablamalarla 17,5 milyard ABŞ dolları təşkil edir.

Qaçqınlara dəyən ümumi maddi ziyan 20 milyard ABŞ dolları təşkil edir. 1988-ci ilə kimi Ermənistan SSR-də 261 azərbaycanlı yaşayış məntəqəsinin 500-ə yaxın qəbiristanlığı (bu kəndlərin böyük əksəriyyəti qədim yaşayış məskənləri olduğundan onlarda yeni qəbiristanlıqlarla yanaşı, çox vaxt iki, üç, hətta 4-5 köhnə və qədim qəbiristanlıq vardı) erməni tapdağı altında qaldı və həmin qəbiristanlıqların əksəriyyəti yer üzündən silinib.

© Official website of President of Azerbaijan Republic

Erməni millətçilərinin mənəvi və fiziki terroru, kütləvi qətliamlar nəticəsində Ermənistan vətəndaşı olan 20 minə yaxın müsəlman kürd, eləcə də yezidilər, ruslar, malakanlar da bu ölkəni tərk etməli olublar.

Və 1988-1989-cu illərdə bütün qeyri-erməni əhalinin deportasiya edilməsi nəticəsində Ermənistan Respublikası monoetnik erməni dövlətinə çevrildi.

Tarixi Azərbaycan ərazisi olan indiki Ermənistan ərazisində mindən artıq azərbaycanlı yaşayış məntəqəsi, yüzlərlə tarixi-memarlıq abidələri, karvansaralar, imarətlər, məscidlər, mavzoleylər, məqbərələr, qəbiristanlıqlar, qəbirüstü abidələr və s. mövcud olub.

Tarixçi bildirir ki, XX əsrin əvvəllərində İrəvan quberniyası ərazisində 310 məscid qeydə alındığı halda, bu gün Ermənistan ərazisində yalnız bir məscid – Göy məscid qismən salamat qalıb. Onu da ermənilər dünya ictimaiyyətinə "fars" məscidi kimi təqdim edirlər.

1988-1989-cu illərdə Ermənistanın 22 rayonundan 250 minə yaxın azərbaycanlı deportasiya edildi.

Bununla da tarixi Azərbaycan torpaqlarında monoetnik erməni dövlətinin əsası qoyuldu. Azərbaycanlıların qoyub getdikləri yaşayış məntəqələrindəki 234 məktəb, 214 kitabxana, 268 mədəniyyət müəssisəsi, 235 səhiyyə ocağı, 112 uşaq bağçası, 152 məişət evi ermənilərin əlinə keçib. Azərbaycanlılara məxsus 223 qəbiristanlıq, 49 məscid, 68 tarixi-memarlıq abidəsi tədricən erməni vandalları tərəfindən məhv edilib. XX əsrdə ermənilərin azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə və tarixi abidələrə qarşı həyata keçirilən vandallıq aktları nəticəsində monoetnik erməni dövləti yaranıb, azərbaycanlıların varlığını özündə əks etdirən bütün tarixi-memarlıq abidələri yer üzündən silinərək, qəbiristanlıqlar dağıdılıb. Bütün bunlar tarixi Azərbaycan torpaqlarında - İrəvan və Zəngəzurda yaradılan Ermənistan adlı dövlətin millətçi-şovinist və mədəni terrorçu mahiyyətinin nəticəsidir.

11
Teqlər:
azad edilmə, Dağlıq Qarabağ münaqişǝsi, erməni təxribatı, Azərbaycanın işğal altında olan əraziləri, Şuşa şəhərinin işğalı, Qarabağın işğalı, Ağdamın işğalı
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə