Политолог Рамия Мамедова

Politoloq: “Fransanın bəyanatları hər hansı fayda verməyəcək”

42
(Yenilənib 15:01 13.11.2020)
Politoloq Ramiyə Məmmədova deyir ki, belə bəyanatlar münaqişəynin sülh yolu ilə həlli variantlarının tapilmasına ziyan vurur
Ramiyə Məmmədova: “Ermənilər münaqişənin həllindən bəhrə əldə edə bilər”

Azərbaycan və Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə bəyanatının qəbul edilməsində Fransanın hər hansı rolu olmayıb. Yəqin ki, Fransa Rusiyanın bu məsələdə rolundan qısqanclıq keçirir. Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Politoloq Ramiyə Məmmədova Sputnik Azərbaycan-a deyir ki, Fransanın ardıcıl verdiyi bəyanatlar nə Dağlıq Qarabağ münaqişəsinin həllinə, nə də Ermənistana hər hansı fayda verməyəcək:

“Əslində bu bəyanatlar münaqişəyə və Ermənistana ziyan vurur. Fransa münaqişənin həlli üçün indiyə qədər heç nə etməyib. Təbii ki, Makronun bəyəantalrının erməni lobbisi üçün nəzərdə tutlduğu başadüşüləndir. Ermənilər münaqişənin həllindən daha çox bəhrə əldə edə bilər, nəinki müharibə edərək”.

Ramiyə Məmmədovanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

42
Siqaret, arxiv şəkli

DİN rəsmisi siqaret çəkməyin qadağan olunduğu məkanları açıqlayır

72
(Yenilənib 14:11 26.11.2020)
Daxili İşlər Nazirliyinin (DİN) rəsmisi, polis mayoru Elşad Hacıyev deyir ki, əhalinin və hərəkət intensivliyinin çox olduğu yerlərdə tütün məmulatlarından istifadə məhdudlaşdırılır
Elşad Hacıyev: “Bu yerlərdə tütün məmulatlarının istifadəsi qadağandır”

“Tütün məmulatlarının ictimai yerlərdə istifadəsi ilə bağlı “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun var. Həmin qanunda harada siqaretdən istifadə oluna biləcəyi göstərilib”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) rəsmisi, polis mayoru Elşad Hacıyev deyib.

“Qanuna istinadən bildirirəm ki, əhalinin və hərəkət intensivliyinin çox olduğu yerlərdə tütün məmulatlarından istifadə məhdudlaşdırılır. Pandemiya şəraitində nəzərə alınmalıdır ki, açıq hava məkanlarında – bankomatların qarşısında, dayanacaqlarda, yeraltı və yerüstü keçidlər kimi koronavirus riski daşıyan yerlərdə, harada ki sosial məsafə gözlənilməlidir orada, tütün məmulatlarının istifadəsi qadağandır”, – deyə E.Hacıyev bildirib.

Elşad Hacıyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz.

72
Teqlər:
risk, Koronavirus, epidemiya, COVID-19, icazə, məkan, cərimə, Elşad Hacıyev, qadağa, siqaret çəkmək, tütün məmulatları, siqaret
Политолог Фикрет Садыхов на заседании Клуба политологов

Politoloq: “Baydenin hakimiyyəti dövründə Avropa ilə münasibətlər yumşalacaq”

19
(Yenilənib 00:30 25.11.2020)
Politoloq Fikrət Sadıxov deyir ki, Birləşmiş Ştatların Avropa münasibətlərini qırılmış hesab etmək doğru olmaz
Fikrət Sadıxov: “ABŞ bütün məsələlərin onun razılığı ilə reallaşdırılmalı olduğunu göstərirdi”

ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqı Şurasının (European Council) sədri Şarl Mişellə telefon danışığı baş tutub. Telefon danışığı zamanı tərəflər Avropa İttifaqı ilə ABŞ arasındakı münasibətləri müzakirə ediblər. Eyni zamanda Bayden Brüsselə səfərə dəvət edilib.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, Tramp prezident olduğu müddətdə ABŞ Avropa münasibətlərini müəyyən dərəcədə gərginləşdirdi: “Avropa Birliyi dünya siyasi məkanında öz siyasi ambisiyalarını həmişə yüksək tutub. ABŞ isə dominant davranışları ilə bütün məsələlərin onun razılığı ilə reallaşdırılmalı olduğunu göstərirdi. Amma ümumilikdə bu münasibətləri qırılmış hesab etmək doğru olmaz. Çünki Trampın prezidentliyi dönəmində tərəflər arasında görüşlər keçirilirdi. Düşünürəm ki, Bayden hakimiyyəti dövründə Avropa ilə münasibətlər yumşalacaq”.

Qeyd edək ki, ABŞ-ın hazırkı prezidenti Donald Tramp ABŞ Administrasiyasının Ümumi İşlər üzrə İdarəsinin rəhbəri Emili Merfiyə, həmçinin öz administrasiyasının üzvlərinə növbəti administrasiyaya səlahiyyətlərin təhvil verilməsi üzrə ilkin prosedurlarlarla bağlı "zəruri olan işləri görməyi" tövsiyə edib.

Fikrət Sadıxovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

19
Teqlər:
Fikrət Sadıxov, Co Bayden, Avropa Komissiyası, Avropa Şurası, Avropa, ABŞ
PPX avtomobili, arxiv şəkli

Bakı sakini küçədə qətlə yetirilib

0
Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

BAKI, 27 noyabr — Sputnik. Noyabrın 25-də saat 21 radələrində Xətai rayonu ərazisində İntizam İsmayılovun aldığı bədən xəsarətləri nəticəsində xəstəxanada ölməsi barədə Xətai rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin yaşadığı evin yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

0
Teqlər:
cinayət, istintaq, Bakı, qətl, Xətai rayonu, Xətai