Milli Məclisin deputatı Rasim Musabəyov

Millət vəkili: “Laçın dəhlizinin təhlükəsizliyi ilk növbədə ermənilərə lazımdır”

163
(Yenilənib 09:41 11.11.2020)
Millət vəkili Rasim Musabəyov deyir ki, Rusiyanın Ermənistan qoşun və hərbi texnikalarının çıxarılmasına nəzarət etməsi bizim üçün vacibdir
Rasim Musabəyov: “Türkiyə dəhlizə nəzarət etsəydi, ermənilər ona etibar etməzdilər”

“Rus hərbçilərinin bölgəyə niyə sülhməramlı olaraq gəlməsinə dair bir çox sual yaranacaq”. Sputnik Azərbaycan xəbər ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında imzalanmış bəyanatı şərh edərkən Millət vəkili Rasim Musabəyov deyib.

Millət vəkili qeyd edib ki, insanlar bunu müxtəlif cür şərh edəcəklər: “Laçın dəhlizinin təhlükəsizliyi ilk növbədə ermənilərə lazımdır ki, qoşunlarını oradan çıxara bilsinlər. Təbii ki, Türkiyə dəhlizə nəzarət etsəydi, ermənilər ona etibar etməzdilər, buna görə Rusiyanın burada olması vacib idi. Rusiyanın Ermənistan qoşun və hərbi texnikalarının çıxarılmasına nəzarət etməsi bizim üçün vacibdir. Rusiya təhlükəsiz geri çəkilməni təmin edə bilər. Eyni zamanda Naxçıvandan Azərbaycana dəhlizin təhlükəsizliyinin Rusiya tərəfindən təmin edilməsi bizim üçün də vacibdir”.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin iştirakı ilə imzalanmış sənədə əsasən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi fəaliyyətin Moskva vaxtı ilə 10 noyabr saat 00.20-dən etibarən tam dayandırılması elan olunub.

Rasim Musabəyovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

163
Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov

Ekspert: “Əmlak bazarında ciddi dəyişikliklərin olacağı gözlənilmir”

10
(Yenilənib 14:24 27.11.2020)
Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov deyir ki, rəqabət müşahidə edilən ərazilərdə endirimləri görmək olar
Elnur Azadov: “Kirayə bazarında 20% endirim müşahidə edilir”

“Pandemiya ilə əlaqədar olaraq iqtisadi proseslərin dayanması daşınmaz əmlak bazarındakı qiymətlərə ciddi təsir etməyib”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov deyib.

O bildirib ki, bəzi tikinti şirkətləri inşaat prosesini davam etdirə bilmək üçün endirim aksiyalarına başlamışdılar:

“Bu ümumi bazara təsir göstərməsə də, rəqabət müşahidə edilən ərazilərdə endirimləri görmək olar. Kirayə bazarında isə 20% endirim müşahidə edilir. Bu baxımdan ilin sonuna qədər əmlak bazarında ciddi dəyişikliklərin olacağı gözlənilmir. Məcburi köçkünlərin qayıdışından sonra əmlak bazarında hansı vəziyyətin yaranması isə dövlət proqramından asılı olacaq”.

Elnur Azadovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

10
Politoloq Ramiyə Məmmədova

Politoloq: “ABŞ-ın yeni hökuməti İran siyasətini dəyişməyəcək”

16
(Yenilənib 10:08 29.11.2020)
Politoloq Ramiyə Məmmədova deyir ki, Bayden administrasiyasının Trampdan çox da fərqli siyasət yeridəcəyini düşünmür
Ramiyə Məmmədova: “Bayden hökuməti İrana yeni sanksiyalar tətbiq edilə bilər”

“ABŞ-ın yeni administrasiyasının hazırkı Prezident Donald Trampın İrana qarşı qəbul etdiyi qərarlarını tez bir zamanda ləğv edəcəyinə ümid edirik”. Bunu İran Prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında deyib.

Politoloq Ramiyə Məmmədova Sputnik Azərbaycan-a deyir ki, yanvarda Bayden hakimiyyəti işə başlayacaq, ancaq bu günə qədər ABŞ hökumətinin İran siyasəti dəyişməz qalır:

“ABŞ geopolitik maraqlarını bütün maraqlarından öndə tutur. Ona görə də Bayden administrasiyasının Trampdan çox da fərqli siyasət yeridəcəyini düşünmürəm. ABŞ bu yaxınlarda İran sərhədlərinin yaxınlığına qırıcı təyyarələr göndərib. Bu o deməkdir ki, İranı hələ də ABŞ təhdidi gözləyir. Bayden hökuməti İrana yeni sanksiyalar tətbiq edilə bilər”.

Ramiyə Məmmədovanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

16
Rusiyada həkim

Şimal qonşumuzda bir gündə 300-dən çox adam koronavirusdan öldü

3
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 62,7 milyonu keçib, 1,45 milyondan çox adam isə virus səbəbilə ölüb

BAKI, 30 noyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 26 338 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 368 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 2 milyon 295 654 nəfərə çatıb. Rusiyada pandemiya yayılandan 39895 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1778704-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 62,7 milyonu keçib, 1,45 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

3
Teqlər:
Rusiya, Koronavirus, COVID-19