Aygül İsayeva

Aygül İsayeva: “Gürcüstan-Azərbaycan münasibətləri hər zaman yüksək səviyyədə olacaq”

95
(Yenilənib 11:04 04.11.2020)
Beynəlxalq Qafqaz Universitetinin assosiativ professoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva deyir ki, Gürcüstanda keçirilən parlament seçkilərində üç azərbaycanlı namizəd qalib gəlib
Aygül İsayeva: “Müxalifət partiyaları aksiya keçirməyi planlaşdırır”

"Gürcüstanda keçirilən parlament seçkilərində üç azərbaycanlı namizəd qalib gəlib”. Bunu Sputnik Azərbaycan-a açıqlamsında Beynəlxalq Qafqaz Universitetinin assosiativ professoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva deyib.

O bildirib ki, həmin deputatlardan birinin parlamentdə təmsil olunacağı dəqiq deyil: "Müxalifət partiyaları seçkilərin nəticələrinə etiraz olaraq aksiya keçirməyi planlaşdırır. Azərbaycan-Gürcüstan arasındakı sarsılmaz dostluq əlaqələrinin tarixi qədimdir. Gürcüstanda hansı partiyanın qələbə qazanmasından asılı olmayaraq iki ölkə arasında münasibətlər hər zaman ən yüksək səviyyədə olacaq”.

Qeyd edək ki, oktyabrın 31-də Gürcüstanda parlament seçkiləri keçirilib. Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb. Nəticələrə əsasən, Gürcü Arzusu Partiyası 49,32%, Vahid Milli Hərəkat Partiyası 25,94%, Avropalı Gürcüstan Partiyası isə 3,77% səs əldə edib.

Aygül İsayevanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

95
Teqlər:
münasibətlər, Azərbaycan, parlament seçkisi, Gürcüstan

Repetitorluğun genişlənməsi ilə nəticələnə bilər? ekspert açıqlayır

16
(Yenilənib 21:04 07.05.2021)
Təhsil eksperti Kamran Əsədov deyir ki, bu gün tək Azərbaycanda deyil, qlobal miqyasda uşaqlara individual yanaşma tələb olunur
Kamran Əsədov: “Repetitorluğun artması obyektiv və subyektiv səbəblərlə bağlıdır”

“Beynəlxalq miqyasda aparılan ən son araşdırmaya əsasən dünyada repetitorluq bazarının 2027-ci ilə qədər hər il orta hesabla 7.1 faiz böyüməsi ehtimal olunur”. Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, repetitorluq və fərdi təhsilin genişlənməsinin əsas səbəbi dövlət təhsilinin müasir çağırışlarla ayaqlaşmamasıdır: “Valideynlər övladlarının gələcəyinin daha yaxşı olması üçün fərdi resurslarını sərf edirlər. Əlbəttə bu əlçatanlıq və sosial bərabərlik prinsipləri ilə ziddiyyət yaradır. Bu gün tək Azərbaycanda deyil, qlobal miqyasda uşaqlara individual yanaşma tələb olunur. Repetitorluğun artması bir neçə obyektiv və subyektiv səbəblərlə bağlıdır”.

Kamran Əsədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

16
Teoloq hacı Adil Hüseynoğlu

Teoloq: “Orucluq insanlar arasında sosial bərabərlik yaradır”

13
(Yenilənib 16:24 08.05.2021)
Teoloq Hacı Adil Hüseynoğlu deyir ki, Ramazan ayı boyunca oruc tutmuş şəxs acların, yoxsulların vəziyyətini dərk edir və bu onu həmin şəxslərə dəstək verməyə sövq edir
Hacı Adil Hüseynoğlu: “Oruc tutan insan deyir ki, axı mən necə yardım etməyim?!”

“Oruc ictimai ibadətdir və oruc tutan şəxs cəmiyyətin yükünü hiss etməyə başlayır”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında teoloq Hacı Adil Hüseynoğlu deyib.

Teoloq bildirir ki, Ramazan ayının sonundakı fitrə zəkatı da bu ictimai ibadətin bir hissəsidir: “Ramazan ayı boyunca oruc tutmuş şəxs acların, yoxsulların vəziyyətini dərk edir və bu onu həmin şəxslərə dəstək verməyə sövq edir. Cəmiyyətin ehtiyaclı təbəqəsi ehtiyacsız təbəqəsinin nəfəqəsi hesab olunur. Orucluq insanlara bunu öyrədir və bir günlük də olsa, insanlar arasında sosial bərabərlik yaradır. Oruc tutan insan cəmiyyətdəki yoxsulların halını daha yaxşı anlayır və mənəvi olaraq özünü başqalarına yardım etmək üçün hazırlamış olur. Adi vaxtlarda insan yardım etmək üçün bunu çox da dərk edə bilmir. Amma oruc tutan insan deyir ki, axı mən necə yardım etməyim?!”.

Hacı Adil Hüseynoğlunun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

13
Kosmos, arxiv şəkli

Alimlər Kainatın genişlənməsi haqqında yeni məlumatlar əldə ediblər

0
Alimlər hələ ki Kainatın genişlənmə sürətinin dəyişməsinə nəyin səbəb olduğunu bilmirlər. Ola bilsin ki, bunu izah etmək üçün kosmik miqyasda işləyən yeni fizika və ya onun modifikasiya olunmuş versiyanı yaratmaq lazım gələcək.

BAKI, 14 may - Sputnik. Astronomlar ifrat yeni ulduzların alışmasına dair kataloqdakı informasiyanı analiz ediblər və belə nəticəyə gəliblər ki, müşahidələrin məlumatları Kainatın dəyişən sürətlə genişlənməsi modelinə daha çox uyğundur. Tədqiqatın nəticələri ilə bağlı məqalə “Astrophysical Journal” nəşrində dərc edilməsi üçün hazırlanıb və “arXiv.org” preprint serverində yerləşdirilib.

Kainatın genişlənməsi sürəti kosmologiyanın vacib parametrlərindən biridir. Astrofiziklər adətən Habbl sabitindən çıxış edirlər. Lakin alimlər Kainatın genişlənməsi sürətini onun tarixinin müxtəlif dövrlərində müqayisə etməyə başlayanda müşahidələr nəzəri modellərlə tez-tez ziddiyyət təşkil edir.

AZƏRTAC bildirir ki, bu problemi həll etmək üçün Yaponiya Milli Astronomiya Rəsədxanasından və SOKENDAI perspektiv tədqiqatlar universitetindən Maria Ciovanna Dainottinin rəhbərliyi ilə Yaponiya və İtaliya alimləri Kainat tarixinin müxtəlif vaxtlarında partlamış 1048 yeni ulduzun kataloqunu analiz ediblər. Tədqiqatçılar bu məlumatlar əsasında rəqəmsal model qurublar. Onu düzgün təsvir etmək üçün müəlliflər zamandan asılı yeni dəyişən təqdim etməli olublar ki, Habbl sabiti zamanla dəyişəcəyi təqdirdə, onun qarşısını almaq mümkün olsun.

Müşahidələrdə sistematik səhv ehtimalını istisna etmək üçün tədqiqatçılar nəticələrini Havayda Mauna-Kea rəsədxanasında Yaponiya Milli Astronomiya Rəsədxanasının “Subaru” teleskopunda quraşdırılmış “Hyper Suprime-Cam” alətinin köməyilə ayrıca yoxlayıblar.

İfrat geniş görmə sahəsi olan bu 900-meqapiksel kamera ən böyük sahədə zəif yeni ulduzların müşahidəsi üçün nəzərdə tutulur. Tədqiqatçılar onun köməyilə erkən Kainatda müşahidə edilən ifrat yeni ulduzlar seçimini böyütməyə və məlumatlarda qeyri-müəyyənliyi azaltmağa nail olublar.

Alimlər hələ ki Kainatın genişlənmə sürətinin dəyişməsinə nəyin səbəb olduğunu bilmirlər. Ola bilsin ki, bunu izah etmək üçün kosmik miqyasda işləyən yeni fizika və ya onun modifikasiya olunmuş versiyanı yaratmaq lazım gələcək.

Tədqiqatçılar nəticələrini “Subaru” teleskopundan və digər rəsədxanalardan əldə olunmuş əlavə və ya daha keyfiyyətli məlumatların köməyilə təsdiq etmək məqsədilə müşahidələrini davam etdirməyi planlaşdırırlar.

0