“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu

Politoloq: “Yeni prezident ABŞ xarici siyasətinə kardinal dəyişiklik etməyəcək”

70
(Yenilənib 10:37 02.11.2020)
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, koronavirusun yayılması Trampın bütün planlarının üstündən xətt çəkdi
Elxan Şahinoğlu: “Co Baydenin Obamanın siyasətinə qayıdış edəcəyini düşünürəm”

ABŞ prezidenti Donald Tramp noyabrın 3-də keçiriəcək prezident seçkisi üçün şənbə günü Floridada səs verib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, müəyyən sorğular seçkidə Co Baydenin qələbə qazanacağını göstərsə də, bu nəticələrin özünü doğrultmadığı da olur:

“Trampın hakimiyyətinin ilk illəri ABŞ cəmiyyətində normal qəbul edilirdi. İşsizliyin azalması, verdiyi vədləri yerinə yetirməsi buna təsir edirdi. Lakin koronavirusun yayılması onun bütün planlarının üstündən xətt çəkdi. Əgər Tramp yenidən prezident seçilərsə, işsizliklə mübarizə siyasətini davam etdirəcək. Baydenin isə Barak Obamanın siyasətinə qayıdış edəcəyini düşünürəm. Amma kimin seçilməsindən asılı olmayaraq ABŞ-ın xarici siyasətində kardinal dəyişiklik gözləmirəm”.

Elxan Şahinoğlunun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

70
Teqlər:
dəyişiklik, xarici siyasət, pandemiya, işsizlik, Cozef Bayden, Donald Tramp, seçki, prezident, ABŞ
Əlaqədar
Tramp FTB-ni Baydenlə bağlı araşdırma aparmağa çağırıb
Co Bayden gəlsə, Strateji Hücum Silahları Haqqında Müqaviləni uzadacaqlar
Tramp Amerikanın sosialist dövlət olmayacağına söz verdi
Donald Tramp qələbə qazanacağına çox əmindir
Donald Tramp Qarabağ münaqişəsini həll etməyə söz verdi

Anar Kərimov: “Ermənistan məsuliyyət daşımalı bütün təzminatları ödəməlidir”

73
(Yenilənib 02:22 24.11.2020)
Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyir ki, azad olunmuş torpaqlara qiymətləndirmə missiyası göndəriləcək, dəymiş ziyan hesablanacaq və bunun əsasında beynəlxalq təşkilatlara və məhkəmələrə müraciət olunacaq
Anar Kərimov: “Ermənistan məsuliyyət daşımalı və bütün təzminatları ödəməlidir”

“Aparılmış monitorinqlərin ilkin nəticələrinə əsasən işğaldan azad edilmiş rayonlarda 151 mədəniyyət müəssisəsi, o cümlədən 72 kitabxana, 62 mədəniyyət evi və klub, 8 muzey, 9 uşaq musiqi məktəbinin olduğu dəqiqləşdirilib”. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.

“Bu müəssisələrin hamısı dağıdılmış vəziyyətdədir. Bu nəinki beynəlxalq hüquqa, həm də insani dəyərlərə, İslama zidd bir fəaliyyətdir. Biz beynəlxalq ekspertləri dəvət edəcəyik və saxtalaşdırılmış tarixi abidələrdə olan faktları qeydiyyatdan keçirəcəyik. Beynəlxalq mətbuatda ermənilər tərəfindən bir qarayaxma kampaniyası başlanıb. Təəssüflər olsun ki, bir çox təşkilatlar bu kampaniyanın tərkib hissəsinə çevriliblər. Biz mənşəyindən asılı olmayaraq bütün abidələrimizi, o cümlədən islam və xristian abidələrimizi qoruyub bərpa edəcəyimiz barədə bəyanatlar vermişik. Azad olunmuş torpaqlara qiymətləndirmə missiyası göndəriləcək, dəymiş ziyan hesablanacaq və bunun əsasında beynəlxalq təşkilatlara və məhkəmələrə müraciət olunacaq. Təbii ki, Ermənistan bununla bağlı məsuliyyət daşımalı və bütün təzminatları ödəməlidir” – deyə Anar Kərimov bildirib.

Anar Kərimovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

73
Mübariz Əhmədoğlu, politoloq

Politoloq: “İran ABŞ-ın şərtlərinə əməl etsə, münasibətlər normallaşa bilər”

21
(Yenilənib 14:59 23.11.2020)
Politoloq Mübariz Əhmədoğlu deyir ki, bu iki ölkənin gələcək münasibətlərindən danışarkən İranın iqtisadi cəhətdən geriləməsini kənara qoymaq olmaz
Mübariz Əhmədoğlu: “Bayden prezident kürsüsündə oturan kimi İranı təhlil edəcək”

ABŞ rəhbərliyi ölkəsinin təktərəfli sanksiyalarına şamil olan İran fiziki və hüquqi şəxslərinin siyahısını növbəti dəfə genişləndirib. Bu barədə ABŞ Maliyyə Nazirliyi bildirib.

Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, ABŞ-ın İrana qarşı siyasətini  nəzərdən keçirərkən 4 il əvvəl Trampın hakimiyyətə gəldiyi dövrü xatırlamaq lazımdır:

“Tramp elə vəziyyət yaradır ki, Bayden hakimiyyətə gəlsə də, yeni administrasiya İranla münasibətləri normallaşdırmağa çətinlik çəksin. Bu iki ölkənin gələcək münasibətlərindən danışarkən İranın iqtisadi cəhətdən geriləməsini kənara qoymaq olmaz. Bayden prezident kürsüsündə oturan kimi İranı təhlil edəcək. O, İranın qarşısına şərt qoyacaq ki, bu ölkə qonşu dövlətlər üçün təhlükə yaratmasın. İran Baydenin şərtlərini qəbul etsə, ABŞ İranla əməkdaşlıq edə bilər”.

Mübariz Əhmədoğlunun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

21
Teqlər:
normallaşma, şərtlər, münasibətlər, İran, ABŞ
Azərbaycan bayrağı, arxiv şəkli

İşğaldan azad edilmiş ərazilərdə məsələlərə mərkəzləşdirilmiş qurum baxacaq

0
(Yenilənib 16:58 24.11.2020)
Qərargahın nəzdində katiblik və kommunikasiya funksiyasının yerinə yetirilməsi və zəruri analitik-təşkilati dəstək göstərilməsi məqsədilə İdarələrarası Mərkəz yaradılır.

BAKI, 24 noyabr - Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında Sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 2020-ci il noyabrın 10-da imzaladıqları Bəyanatda nəzərdə tutulmuş müddəaların icrasından irəli gələn, habelə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə aşağıdakı tərkibdə Əlaqələndirmə Qərargahı (bundan sonra – Qərargah) yaradılıb.

Qərargahın rəhbəri

Dağıdılmış Ağdama mənzərə
© Official website of President of Azerbaijan Republic

Samir Nuriyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri

Qərargahın üzvləri

Zeynal Nağdəliyev – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri 

Şahmar Mövsümov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri

Hikmət Hacıyev – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri

Fuad Ələsgərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

Anar Ələkbərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi

Gündüz Kərimov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Elçin Əmirbəyov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Xalid Əhədov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Emin Hüseynov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Kamran Əliyev – Azərbayan Respublikasının Baş prokuroru

Vilayət Eyvazov – Azərbaycan Respublikasının daxili işlər naziri

Muxtar Babayev – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Fikrət Məmmədov – Azərbaycan Respublikasının ədliyyə naziri

Sahil Babayev – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Ceyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziri

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

İnam Kərimov – Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri

Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri

Zakir Həsənov – Azərbaycan Respublikasının müdafiə naziri

Ramin Quluzadə – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri

Emin Əmrullayev – Azərbaycan Respublikasının təhsil naziri

Anar Quliyev – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

Rövşən Rzayev – Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri

Elçin Quliyev – Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi

Əli Nağıyev – Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Orxan Sultanov – Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəisi

Anar Kərimov – Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini

Rəşad Nəbiyev – “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri

Qərargahın nəzdində katiblik və kommunikasiya funksiyasının yerinə yetirilməsi və zəruri analitik-təşkilati dəstək göstərilməsi məqsədilə İdarələrarası Mərkəz yaradılır.

0
Teqlər:
işğaldan azad edilmiş ərazilər, Azərbaycan