Vüqar Hüseynov azad edilmiş ərazilərin kənd təsərrüfatının inkişafına təsirini açıqlayır

80
(Yenilənib 09:17 31.10.2020)
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyir ki, kənd təsərrüfatının inkişafı mərhələli şəkildə həyata keçiriləcək
Vüqar Hüseynov: “Kənd təsərrüfatının gələcək inkişafının planlaşdırılması nəzərdə tutulur”

“İşğaldan azad edilmiş ərazilərimizdə kənd təsərrüfatının gələcək inkişafının planlaşdırılması nəzərdə tutulur”. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri AZƏRTAC-a məxsusi açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

“Planlaşdırma, ilk növbədə, azad edilmiş rayonlarda işğaldan əvvəlki dövrdə populyar olan kənd təsərrüfatı sahələrinin inkişafına hesablanıb. Dağlıq Qarabağ və ətrafdakı rayonlarda hələ sovetlər dövründə üzümçülük, taxılçılıq, pambıqçılıq, tütünçülük, heyvandarlıq çox inkişaf edib. Təkcə dağlıq ərazilərdə yerləşən Kəlbəcər, Laçın, Qubadlı rayonlarında heyvandarlığın yenidən inkişaf etdirilməsi üçün kifayət qədər böyük potensial var. Eyni qaydada üzümçülük ənənələri geniş olan digər rayonlarımızda aqrar sahənin bu istiqamətinin inkişaf etdirilməsi mümkündür. Azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı təbii ki, mərhələli şəkildə həyata keçiriləcək. Əsas odur ki, bunun üçün ciddi potensial və dövlət dəstəyi var” – deyə o bildirib.

Vüqar Hüseynovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

80
Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov

Ekspert: “Əmlak bazarında ciddi dəyişikliklərin olacağı gözlənilmir”

10
(Yenilənib 14:24 27.11.2020)
Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov deyir ki, rəqabət müşahidə edilən ərazilərdə endirimləri görmək olar
Elnur Azadov: “Kirayə bazarında 20% endirim müşahidə edilir”

“Pandemiya ilə əlaqədar olaraq iqtisadi proseslərin dayanması daşınmaz əmlak bazarındakı qiymətlərə ciddi təsir etməyib”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov deyib.

O bildirib ki, bəzi tikinti şirkətləri inşaat prosesini davam etdirə bilmək üçün endirim aksiyalarına başlamışdılar:

“Bu ümumi bazara təsir göstərməsə də, rəqabət müşahidə edilən ərazilərdə endirimləri görmək olar. Kirayə bazarında isə 20% endirim müşahidə edilir. Bu baxımdan ilin sonuna qədər əmlak bazarında ciddi dəyişikliklərin olacağı gözlənilmir. Məcburi köçkünlərin qayıdışından sonra əmlak bazarında hansı vəziyyətin yaranması isə dövlət proqramından asılı olacaq”.

Elnur Azadovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

10
Politoloq Ramiyə Məmmədova

Politoloq: “ABŞ-ın yeni hökuməti İran siyasətini dəyişməyəcək”

16
(Yenilənib 10:08 29.11.2020)
Politoloq Ramiyə Məmmədova deyir ki, Bayden administrasiyasının Trampdan çox da fərqli siyasət yeridəcəyini düşünmür
Ramiyə Məmmədova: “Bayden hökuməti İrana yeni sanksiyalar tətbiq edilə bilər”

“ABŞ-ın yeni administrasiyasının hazırkı Prezident Donald Trampın İrana qarşı qəbul etdiyi qərarlarını tez bir zamanda ləğv edəcəyinə ümid edirik”. Bunu İran Prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında deyib.

Politoloq Ramiyə Məmmədova Sputnik Azərbaycan-a deyir ki, yanvarda Bayden hakimiyyəti işə başlayacaq, ancaq bu günə qədər ABŞ hökumətinin İran siyasəti dəyişməz qalır:

“ABŞ geopolitik maraqlarını bütün maraqlarından öndə tutur. Ona görə də Bayden administrasiyasının Trampdan çox da fərqli siyasət yeridəcəyini düşünmürəm. ABŞ bu yaxınlarda İran sərhədlərinin yaxınlığına qırıcı təyyarələr göndərib. Bu o deməkdir ki, İranı hələ də ABŞ təhdidi gözləyir. Bayden hökuməti İrana yeni sanksiyalar tətbiq edilə bilər”.

Ramiyə Məmmədovanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

16

Azərbaycanda minaların partlaması nəticəsində 535 mülki şəxs ölüb

0
Əhmədov qeyd edib ki, Agentlik tərəfindən vətəndaşların təhlükəli, naməlum əşyalara, hərbi sursatlara və qurğulara toxunmamaları ilə bağlı maarifləndirmə işləri aparılır.

BAKI, 30 noyabr — Sputnik. 1999-2020-ci illər ərzində Azərbaycanda minaların partlaması nəticəsində 535 nəfər mülki şəxs həlak olub, 2418 nəfər yaralanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov deyib.

O qeyd edib ki, Agentlik tərəfindən vətəndaşların təhlükəli, naməlum əşyalara, hərbi sursatlara və qurğulara toxunmamaları ilə bağlı maarifləndirmə işləri aparılır.

Q.Əhmədov qeyd edib ki, bununla bağlı vətəndaşların rayon polis idarəsinə və icra hakimiyyətinə məlumat vermələri xahiş olunur.

0