Adil Qeybulla

Adil Qeybulla: “Yoluxma sayının artması bizə baha başa gələ bilər”

65
(Yenilənib 16:28 16.10.2020)
Professor, həkim Adil Qeybulla deyir ki, vətən uğrunda gedən savaşın yaratdığı emosional durum bu məsələni arxa plana keçirib
Adil Qeybulla: “Karantin tədbirlərinin sərtləşdirilməsinə gedilirsə, deməli zərurət var”

“Biz yalnız lokal qapanmalara gedirik. Bununla bağlı ÜST ölkələrə müraciət də etmişdi”. Bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Professor, həkim Adil Qeybulla Sputnik Azərbaycan-a deyir ki, karantin tədbirlərinin sərtləşdirilməsinə gedilirsə, deməli zərurət var: “Artıq bir neçə rayon və şəhərdə sərt tədbirlər tətbiq edilir. Vətən uğurnda gedən savaşın yaratdığı emosional durum bu məsələni arxa plana keçirib. Amma bu məsələ qətiyyən arxa plana keçə bilməz. Yoluxma sayının artması bizə baha başa gələ bilər. İndiki taleyüklü dönəmdə bu məsələyə xüsusi diqqət yetirmək lazımdır”.

Qeyd edək ki, son günlər bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında kəskin artım müşahidə olunmaqdadır. Bu səbəbdən mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib.

Adil Qeybullanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

65
Пятьдесят первое заседание клуба политологов Южный Кавказ

Politoloq: “Ermənistan atəşkəsdən istifadə etməklə güc toplamaq istəyir”

35
(Yenilənib 00:51 28.10.2020)
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Cenevrədə həmsədrlərlə görüşünə toxunan politoloq Tofiq Abbasov deyir ki, atəşkəsin kimə daha çox lazım olduğunu qeyd etməliyik
Tofiq Abbasov: “Ermənistanı məkrli planlarından əl çəkməyə vadar etməliyik”

Oktyabrın 29-da Cenevrə şəhərində Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşü keçiriləcək.

Politoloq Tofiq Abbasov Sputnik Azərbaycan-a deyir ki, Cenevrə görüşündən gözləntilər böyük deyil: “Atəşkəsin kimə daha çox lazım olduğunu qeyd etməliyik. Ermənistan vəziyyətinin ağır olduğunu anlayır və çalışır ki, atəşkəsdən istifadə etməklə güc toplasın. Proseslər göstərir ki, Ermənistan danışıqlara sadiq olan tərəf deyil. Biz Ermənistanı məkrli planlarından əl çəkməyə vadar etməliyik”.

Qeyd edək ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xətti zonasında yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi növbəti dəfə intensiv atəşə tutmasına və təcavüzkar əməllərini davam etdirməsinə cavab olaraq Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmri ilə düşmənə qarşı indiyədək misli görünməmiş əks-hücum əməliyyatına başlayıb.

Tofiq Abbasovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

35
Teqlər:
danışıqlar, ATƏT-in Minsk Qrupu, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Atəşkəsin pozulması, atəşkəs
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
MN: Ermənistan dərk etməlidir ki, bərpa edilən sərhədlər münaqişə zonası deyil
Axundov: "Ermənistan nə hərbçilərinin meyitini, nə də vətəndaşlarını təhvil almaq istəyir"
Mehriban Əliyeva Ermənistanın müharibə cinayətlərinə üsyan etdi
Azərbaycan Cenevrədə mənalı danışıq gözləyir
Beynəlxalq təşkilatların ciddi ölçü götürməməsi Ermənistanı azğınlaşdırır - Ombudsman
Elmar Babanlı, Azərbaycan Cüdo Federasiyasının baş katibi

Baş katib cüdoçularımızın ““Böyük dəbilqə”dəki çıxışından danışır

22
(Yenilənib 08:33 27.10.2020)
Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı deyir ki, Tokio Olimpiadasına vacib reytinq xalları qazandırması turnirin əhəmiyyətliliyini daha da artırır
Elmar Babanlı: “Medal gözlədiyimiz idmançımız ümidləri doğrultmadı”

““Böyük dəbilqə” turniri 7 aylıq fasilədən sonra keçirilən ilk böyük turnir idi” . Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı bildirib.

O bildirib ki, yarışın Tokio Olimpiadasına vacib reytinq xalları qazandırması onun əhəmiyyətliliyini daha da artırır:

“Cüdoçumuz Nicat Şıxəlizadə (66 kiloqram) medal qazana bilərdi. Gültac Məmmədəliyeva (52 kiloqram) yaxşı güləş göstərib güclü rəqiblərinə qalib gəlsə də, medal qazana bilmədi. Amma onun üçün reytinqli idmançılar arasında “Böyük dəbilqə” kimi nüfuzlu turnirdə 7-ci yeri tutmaq yaxşı nəticə sayılır. Digər cüdoçumuz, 81 kiloqram çəkidə mübarizə aparan Hidayət Heydərov o qədər də güclü olmayan bolqarıstanlı rəqibinə məğlub oldu. Rəqib görüşün əvvəlində vazari xalı ilə üstünlüyə malik idi və sonadək mövqeyini qorudu. Bu çəkidə Murad Fətiyev kifayət qədər perspektivli idmançıdır. Bir görüşdə qalib gəlməyi onun potensialının göstəricisidir. Daha bir perspektivli cüdoçumuz Telman Vəliyev (73 kiloqram) ötən Qran-Pri yarışlarında mükafatçı olub və bu turnirdə də ondan medal gözləyirdik. Amma ümidləri doğrultmadı”.

Elmar Babanlının fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

22
Türkiyə bayrağı, arxiv şəkli

Məsud, müvəffəqiyyətli müzəffər dövlətin yaradılmasının 97-ci ildönümdür

0
Mustafa Kamal Paşa Cümhuriyyətin elan olunduğu parlament toplantısında Türkiyə xalqının müqəddəratını həll edən tarixi çıxışını belə tamamlayıb: "Türkiyə Cümhuriyyəti məsud, müvəffəqiyyətli və müzəffər olacaq!".

BAKI, 29 oktyabr - Sputnik. Bu gün, oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaranmasının 97-ci ildönümü qeyd olunur.

Sputnik Azəbaycan xəbər verir ki, siyasi böhrandan çıxa bilməyən Osmanlı dövlətinin hökuməti 1923-cü il oktyabrın 25-də istefaya gedib. Növbəti üç gün ərzində yeni hökumətin qurula bilməməsi ölkədəki vəziyyəti daha da çətinləşdirib. Xalqın və ölkənin siyasi məsuliyyətini çiyinlərinə alan qazi Mustafa Kamal Ankara parlamentində Türkiyə Cümhuriyyətinin qurulduğunu elan edib. Parlamentin 158 deputatı bu qərara yekdilliklə səs verib. Beləliklə, Mustafa Kamalın rəhbərliyi ilə yeni bir dövlətin bünövrəsi qurulub.

Mustafa Kamal Paşa Cümhuriyyətin elan olunduğu parlament toplantısında Türkiyə xalqının müqəddəratını həll edən tarixi çıxışını belə tamamlayıb: "Türkiyə Cümhuriyyəti məsud, müvəffəqiyyətli və müzəffər olacaq!".

Ötən 97 ildə çətin və şərəfli yol qət edən Türkiyə Cümhuriyyəti tarixin ağır sınaqlarından çıxmaqla bərabər Mustafa Kamal Atatürkün tarixi vədini yaşatmağa müvəffəq olub.

0