QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Mətbuat Şurasının sədri: “Ermənistan tərəfinin qaldırdığı hay-küyün əsası yoxdur”

© Sputnik / Murad OrujovAzərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov - Sputnik Azərbaycan
Abunə olmaq
Mətbuat Şurasının sədri Əflatun Amaşov deyir ki, aparılan monitorinqlər döyüş bölgəsində fəaliyyət göstərən jurnalistlərin hadisələri yüksək peşəkarlıqla işıqlandırdığını göstərir
Əflatun Amaşov: “Atəş altına düşən xarici jurnalistlərə görə Ermənistan məsuliyyət daşıyır”

“Müharibənin ilk günlərindən bu vaxta kimi Azərbaycan jurnalistikası kifayət qədər peşəkarlaşdı”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

O bildirib ki, apardıqları monitorinqlər də döyüş bölgəsində fəaliyyət göstərən jurnalistlərimizin hadisələri yüksək peşəkarlıqla işıqlandırdığını göstərir:

“Müharibənin davam etdiyi bu az müddətdə Azərbaycanda yeni hərbi jurnalistlər nəsli yetişdi. Qeyd edim ki, döyüş bölgəsində atəş altına düşən xarici jurnalistlərə görə Azəbaycana qarşı ittihamlar səsləndirilir. Buna görə onları oraya dəvət edən tərəf - Ermənistan məsuliyyət daşıyır. Bu baxımdan Ermənistan tərəfinin qaldırdığı hay-küyün əsası yoxdur”.

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurası hərbi əməliyyatların intensiv xarakter aldığı bu günlərdə jurnalistlərin peşə borcunu cəbhə bölgəsinə yaxın ərazilərdə, təmas xəttində  həyata keçirən media təmsilçilərini işlərini uyğun tərzdə qurmağa, qaydalarda nəzərdə tutulanlara, xüsusən təhlükəsizliklə əlaqədar məsələlərə əməl etməyə çağırıb.

Əflatun Amaşovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0