Vüqar Huseynov

Vüqar Hüseynov: “Ölkəmizin ərzaq təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur”

64
(Yenilənib 11:06 10.10.2020)
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyir ki, Kənd Təsərrüfatı Nazirliyi digər qurumlar kimi öz fəaliyyətini hərbi vəziyyətə uyğun şəkildə təşkil edib
Vüqar Hüseynov: “Düşmən təsərrüfat obyektlərini qəsdən hədəf seçir”

“Ermənilərin açdığı atəşlər təmsa xəttində mülki əhalinin təsrrüfat fəaliyyətini pozub”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

Vüqar Hüseynov bildirib ki, cəbhəboyu ərazilərdə yerləşən təsərrüfat obyektləri daim düşmən tərəfindən hədəf seçilir:

“Bir neçə gün bundan əvvəl Ağdamda böyük bir fermer təsərrüfatı, Tərtərdə pambıq məntəqəsi hədəfə alınmışdı. Düşmənin açdığı atəş nəticəsində təsərrüfatla məşğul olan insanlar həyatını itirir. Kənd Təsərrüfatı Nazirliyi digər qurumlar kimi öz fəaliyyətini hərbi vəziyyətə uyğun şəkildə təşkil edib. İstər müharibə şəraitində, istər dinc dövrdə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi Kənd Təsərrüfatı Nazirliyinin əsas vəzifəsidir. Nazirlik təqvim planına uyğun olaraq fəaliyyətini davam etdirir. Hazırkı aktiv əməliyyatların getdiyi dövr kənd təsərrüfatında işlərin başlama dövrü hesab olunur. Bu baxımdan nazirliyin mərkəzi aparatının işçiləri cəbhəyanı bölgələrə ezam olunublar. Hazırda ölkəmizin ərzaq təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur”.

Vüqar Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

64

Nazir Mikayıl Cabbarov biznesin inkişafı üçün görülən işləri açıqlayır

16
(Yenilənib 19:22 19.01.2021)
İqtisadiyyat naziri Mikayıl Cabbarov deyir ki, ölkəmizdə biznes mühitinin sağlamdırılması ilə bağlı tədbirlər görülür və maliyyəyə çıxış imkanları sadələşdirilir
Mikayıl Cabbarov: “Maneələrin aradan qaldırılması istiqamətində işlər davam etdiriləcək”

“İqtisadiyyat nazirliyi və digər aidiyyəti strukturlar fəaliyyətlərini sahibkarlığın dəstəklənməsi və onların investisiya imkanlarının genişləndirilməsinə yönəldiblər”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Televiziyasına müsahibəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, sahibkarların istehsal etdikləri məhsulların ixrac potensialının artırılması istiqamətdə təşviqedici addımlar atılır:

“Ölkəmizdə biznes mühitinin sağlamlaşdırılması ilə bağlı tədbirlər görülür və maliyyəyə çıxış imkanları sadələşdirilir. Bundan sonra da iş yerlərinin qeydiyyata alınması, vergi və gömrük inzibatçılığındakı bariyerlərin aradan qaldırılması istiqamətində işlər davam etdiriləcək”.

Mikayıl Cabbarovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

16
Düsen Kaseinov, arxiv şəkli

Düsen Kaseinov:“Dini abidələrin dağıdılması bəşəriyyətin təhqir olunmasıdır”

14
(Yenilənib 10:02 19.01.2021)
TÜRKSOY-un baş katibi Düsen Kaseinov deyir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının nümayəndələri mədəni irsimizin qısa zaman ərzində bərpa edilməsində öz dəstəyini göstərəcək
Düsen Kaseinov:“Dağıdılmış irsimizin qısa zamanda bərpa ediləcəyinə inanıram”

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) nümayəndə heyəti Ağdamın işğaldan azad olunan ərazilərinə səfər edib.

Sputnik Azərbaycan xəbər verir ki, TÜRKSOY-un baş katibi Düsen Kaseinov jurnalistlərə açıqlamasında  Ağdamda türk mədəniyyətinin dağıdılan qədim abidələri bərpasını arzuladığını söyləyib.

“Bu, dağıntılar bütün bəşəriyyətə qarşı törədilib. Çünki dini abidələrin dağıdılması xalqın, dinin təhqir olunmasıdır. Deməli, bütün bəşəriyyətin təhqir olunmasıdır. Quraqlıqdan sonra münbit torpaqlar yağış gözlədiyi kimi, bu torpaqlar da mədəniyyətin, incəsənətin buraya qayıtmasını gözləyir. Azərbaycan xalqı, türk xalqlarının görkəmli nümayəndələri tərəfindən yaradılmış abidələr, memarlıq əsərləri yenidən bərpa olunsun və bu mübarək torpaq yenidən canlansın. Ümumi mədəniyyətimizin dirçəlişi buraya gəlsin. Əsrlər boyu Azərbaycan xalqının və türk xalqlarının yaratdığı sivilizasiyanın burada necə ölməyini gördükdə hiss edilən duyğuları çatdırmaq çətindir. Mən əvvəlcə də Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyevə təbrik məktubu göndərmişdim. O zaman da bildirmişdim ki, işğal dövründə dağıdılmış bütün tarixi və mədəni irsimizin qısa zaman ərzində bərpa ediləcəyinə inanıram. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının nümayəndələri də mədəni irsimizin qısa zaman ərzində bərpa edilməsində öz dəstəyini göstərəcək. Burada baş verən vəhşilik yalnız Azərbaycana qarşı deyil, bütün insanlığa qarşıdır”, – deyə baş katib bildirib.

Düsen Kaseinovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

14
2021-ci ilin loqosu, arxiv şəkli

Zamanımız azalır, 2021 daha qısa olacaq

0
(Yenilənib 20:22 20.01.2021)
Bəzi mütəxəssislərə görə, təqvim ilinin son dəqiqəsinə 1 saniyə əlavə etmək avtomatik saat tətbiqlərində, telefonlarda, kompüterlərdə qarışıqlıq yarada bilər.

BAKI, 21 yanvar — Sputnik. Mütəxəssislərin fikrincə, son 50 ildə Yer kürəsinin Günəş ətrafında fırlanma sürətinin artması səbəbilə 2021-ci il normadan qısa olacaq. Sputnik Türkiyə xəbər verir ki, Kanadanın York Universitetinin astronomiya və fizika üzrə professoru Pol Delaney bildirib ki, dünyanın fırlanma sürəti artıb və bu dəyişiklik Yer üzündə zamanın yavaşlamasına səbəb olub.

Elmi hesablamalara görə, 2021-ci ildə bir gün - 24 saat (86 min 400 saniyə) normal bir günlə müqayisədə 0,05 millisaniyə qısa olacaq.

Qısalmanın qlobal iqlim dəyişikliyindən qaynaqlandığını bildirən Delaney əriyən buzlaqların dünya üzərində olan kütlənin yerləşmə şəklinə təsir etdiyini və suların fırlanma oxuna yaxınlaşdıqca onun dönmə sürətinin artırdığını qeyd edib.

Delaney Yerin bu vəziyyətini daha sürətli fırlanmaq üçün qollarını bədəninə yaxınlaşdıran konkisürənə bənzədib.

Sözügedən qısalma saniyədən çox az olduğu üçün insanların gündəlik fəaliyyətlərinə təsir etməyəcək. Ancaq mütəxəssisin fikrincə, iqlim dəyişikliyi zamanın qısalmasına və günlərin müəyyən edilməsinə təsir edəcək. Professorun fikrincə, bu vəziyyətin qarşısının alınması üçün "artıq saniyə" tətbiq ediləcək.

Ancaq bəzi mütəxəssislərə görə, təqvim ilinin son dəqiqəsinə 1 saniyə əlavə etmək avtomatik saat tətbiqlərində, telefonlarda, kompüterlərdə qarışıqlıq yarada bilər.

Beynəlxalq Standartlar və Texnologiya İnstitutu 1972-ci ildən 2016-cı ilə qədər hər 1,5 ildə bir artıq saniyə əlavə etmişdi.

0