Politoloq Əhməd Əlili

Politoloq: “Türkiyə Minsk Qrupu+ formatında iştirakçı ola bilər”

82
(Yenilənib 10:34 10.10.2020)
Politoloq Əhməd Əlili deyir ki, Fransa Minsk Qrupu tərkibində Avropa ölkələrinin təmsilçisi kimi çıxış edir
Əhməd Əlili: “Fransa prezidentləri münaqişə ilə bağlı neytrallıqlarını qorumağa çalışırdılar”

Milli Məclisin ötə həftə keçirilən plenar iclasında millət vəkilləri Fransanın son günlərdə sərgilədiyi münasibətə görə ATƏT Minsk Qrupunun həmsədrliyindən uzaqlaşdırılmalı olduğunu bildiriblər.

Bu barədə Sputnik Azərbaycan-a danışan politoloq Əhməd Əlili bildirib ki, Makrona qədərki Fransa prezidentləri münaqişə ilə bağlı neytrallıqlarını qorumağa çalışırdılar:

“Fransa burada Avropa ölkələrinin təmsilçisi kimi çıxış edir. Azərbaycan tərəfi uzun müddət çalışdı ki, bu məsələdə Almaniyanın iştirakçılığı təmin edilsin. Hal-hazırda regionda proseslərə təmin edə biləcək iki ölkə var ki, bunlar Rusiya və Türkiyədir. Ola bilsin ki, Türkiyə ATƏT Minsk Qrupu+ formatında bu məsələdə iştirakçı ola bilər”.

Əhməd Əlilinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

82
Naqif Həmzəyev- Milli Məclisin Gəncədən seçilmiş üzvü

Millət vəkili: “Qarabağ zəfəri ilə regionda daimi sülhü bərqərar etmək istəyirik”

10
(Yenilənib 09:38 16.01.2021)
Milli Məclisin deputatı Naqif Həmzəyev deyir ki, kommunikasiyaların açılması daşıma xərclərinin azalmasına imkan verəcək, eyni zamanda Azərbaycanın iştirakçısı olduğu tranzit layihələrin daha uğurla həyata keçirilməsinə şərait yaradacaq
Naqif Həmzəyev: “Baş verənlər Azərbaycanən xeyrinədir”

“Qarabağ zəfəri qədər, Naxçıvanla quru yolla əlaqələrin qurulması da çox önəmli məsələdir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Millət vəkili bildirib ki, son görüşdən sonra açıqlanan bəyanatda da regionun inkişafı üçün çox faydalı razılığa gəlindi:

“Naxçıvanla quru əlaqələrinin qurulması Azərbaycan-Türkiyə iqtisadi münasibətlərinə müsbət təsir göstərəcək. Kommunikasiyaların açılması daşıma xərclərinin azalmasına imkan verəcək, eyni zamanda Azərbaycanın iştirakçısı olduğu tranzit layihələrin daha uğurla həyata keçirilməsinə şərait yaradacaq. Biz Qarabağ zəfəri ilə regionda daimi sülhü bərqərar etmək istəyirik. Düşünürəm ki, iqtisadi əməkdaşlıqlar regiona daimi sülhü gətirə biləcəkdir. Baş verənlər Azərbaycanın xeyrinədir və Azərbaycan öz mövqeyini diktə edir”.

Qeyd edək ki, Prezident İlham Əliyev Moskva görüşündə nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasının Yerevanın və Bakının maraqlarına cavab verdiyini bildirib.

Naqif Həmzəyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

10
Teqlər:
Türkiyə, sülh, qələbə, region, Naxçıvan, Azərbaycan, Qarabağ
Mövzu:
Kremldə Putin, Əliyev, Paşinyan görüşü

Anar Kərimov: “Azad edilmiş ərazilərə səfərlər üçün təhlükəsizlik təmin olunmalıdır”

17
(Yenilənib 23:48 14.01.2021)
Azərbaycanın mədəniyyət naziri Anar Kərimov deyir ki, Ermənistan hüquqi məsuliyyətə cəlb olunmalı, təzminat ödəməlidir
Anar Kərimov: “Beynəlxalq təşkilatları azad olunmuş torpaqlarımıza dəvət edirik”

“ICESCO-nun nümayəndə heyəti işğaldan azad edilmiş Füzuli rayonunda və Ağdam şəhərində ermənilərin törətdiyi cinayətləri öz hesabatlarında əks etdirəcək”. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə AZƏRTAC-ın müxbirinə müsahibəsində Azərbaycanın mədəniyyət naziri Anar Kərimov bildirib.

“Beynəlxalq təşkilatları azad olunmuş torpaqlarımıza dəvət edirik. İstəyirik ki, bütün dünya erməni vəhşiliyinin şahidi olsun. Hazırda bununla bağlı UNESCO və digər təşkilatlarla müzakirələr aparılır. Azad edilmiş ərazilərə səfərlərin təşkili üçün təhlükəsizlik tədbirləri də təmin olunmalıdır. Bugünkü səfər də minalardan təmizlənmiş ərazilərə təşkil edilib. Ermənilərin törətdiyi bütün cinayətləri sənədləşdirmək üçün ekspertlər hər yeri gəzib qeydiyyat aparmalıdırlar ki, gələcəkdə bu faktları beynəlxalq məhkəmələrə təqdim edək. Ermənistan hüquqi məsuliyyətə cəlb olunmalı, təzminat ödəməlidir”, - deyə Anar Kərimov qeyd edib.

Anar Kərimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

17
Sinovac CoronaVac peyvəndi, arxiv şəkli

Peyvənddən yayınanlar cəzalanacaqlar?

0
(Yenilənib 16:05 16.01.2021)
Azərbaycanda risk qruplarının vaksinasiyasına yanvarın 18-dən başlanılacaq. Peyvəndləmə iki mərhələdə aparılacaq.

BAKI, 16 yanvar — Sputnik. Xəbər verdiyimiz kimi, Azərbaycanda koronavirusa qarşı peyvəndlənmə könüllü olacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bununla bağlı rəsmi açıqlama verilib.

Qeyd edilib ki, vaksinasiya könüllülük prinsipinə əsaslandığı üçün imtina olunacağı təqdirdə hər hansı inzibati tədbirin həyata keçirilməsi nəzərdə tutulmayıb.

Xatırladaq ki, risk qruplarının vaksinasiyasına yanvarın 18-dən başlanılacaq. Peyvəndləmə iki mərhələdə aparılacaq. Öncə səhiyyə işçiləri və 65 yaşdan yuxarı şəxslərə vaksin vurulacaq.

0
Teqlər:
Sinovac Biotech, vaksinasiya, vaksin, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya