Aydın Səfixanlı: “İnsanlarımız Ermənistanın vandalizm aktlarından əziyyət çəkirlər”

33
(Yenilənib 01:08 08.10.2020)
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı deyir ki, Ermənistanın vandalizm aktları ilə bağlı aralıq hesabat beynəlxalq təşkilatlara göndərilib
Aydın Səfixanlı: “Ermənsitanın davranışları beynəlxalq hüquqa yönəlmiş terror fəaliyyətidir”

“Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva aidiyyəti beynəlxalq qurumlara və dünya ictimaiyyətinə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinin məskunlaşdığı yaşayış məntəqələrini mütəmadi atəşə tutması nəticəsində törədilmiş dağıntılar və insan tələfatına dair Hesabat təqdim edib”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı mətbuat konfransında bildirib.

Aydın Səfixanlı qeyd edib ki, Ermənistanın dinc yayayış məntəqələrini atəşə tutması, insanların fundamental hüquq və azadlıqlarına yönəlmiş terror fəaliyyəti yerindəcə araşdırılıb: “Faktaraşdırıcı missiyanın bununla bağlı aralıq hesabatı hazırlanaraq beynəlxalq təşkilatlara göndərilib. Mülki əhaliyə qarşı yönəlmiş bu vandalizm aktlarından əhalinin ən çox qayğıya olan hissəsi əziyyət çəkib. Bütün bunlar Ermənistanın özünün də iştirakçısı olduğu beynəlxalq hüquqa, humanitar hüquq normalarına etinasız və saymazyana münasibətinin bariz şəkildə ifadəsidir”.

Aydın Səfixanlının fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

33
İqtisadçı, professor Elnur Sadıqov

Professor: “Bitkoinin istifadəsi məqsədəuyğun deyil”

12
(Yenilənib 15:51 30.07.2021)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov deyir ki, dolların siyasi alətə çevrilməsi ölkələri təzyiq altında saxlamağa şərait yaradır
Elnur Sadıqov: “Hazırda bitkoin ABŞ tərəfindən təklif edilir”

Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti 17,2 faiz qalxıb. Beləliklə, bitkoinin qiyməti 16 iyundan bəri ilk dəfə 40 min dolları keçib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov Sputnik Azərbaycan-a deyir ki, dünya iqtisadiyyatında davam edən gərginliklər göstərir ki, hələ də vahid ödəniş forması yoxdur: “ABŞ dolları dünya iqtisadiyyatında tətbiq ediləndə kimsə düşünməzdi ki, bu bir gün iqtisadi alətdən siyasi alətə çevriləcək. Dolların siyasi alətə çevrilməsi ölkələri təzyiq altında saxlamağa şərait yaradır. Bu baxımdan yeni maliyyə alətinin tapılmasına ehtiyac var idi. Hazırda bitkoin ABŞ tərəfindən təklif edilir. Ancaq o, dollara nisbətdə qeyri-stabil bir ödəniş vasitəsidir. Bu baxımdan hesab edirəm ki, bitkoinin istifadəsi məqsədəuyğun deyil”.

Elnur Sadıqovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

12
İT məsələləri üzrə ekspert Vahid Qasımov

Azərbaycanda internet probleminin əsas səbəbi nədir? İT ekspert şərh edir

12
(Yenilənib 15:46 30.07.2021)
İT məsələləri üzrə ekspert Vahid Qasımov deyib ki, internet xidmətləri göstərən provayderlərin böyük hissəsi nazirliyin tabeliyindəki provayderlərdir
Vahid Qasımov: “İnternetə qoşulmaq üçün onlayn xidmət hələ də yaradılmayıb”

“Azərbaycanda internetin əsas problemi monopoliyadır”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında İT məsələləri üzrə ekspert Vahid Qasımov deyib.

O bildirib ki, internet xidmətləri göstərən provayderlərin böyük hissəsi nazirliyin tabeliyindəki provayderlərdir: “Bu da internetlə bağlı məsələlərin inkişafını ləngidir, çünki onlar inkişafa meyilli deyillər. Hələ də internetə qoşulmaq üçün telefon kimin adınadırsa, həmin şəxs gedib ərziə yazmaq məcburiyyətindədir. İnternetə qoşulmaq üçün onlayn xidmət hələ də yaradılmayıb. Bu sahədə rəqabət mühitinin olmamasını mən başlıca problem olaraq görürəm”.

Vahid Qasımovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

12
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan Qaribaşviliyə: Üçtərəfli mexanizm liderlər səviyyəsində canlandırılmalıdır

0
(Yenilənib 23:43 01.08.2021)
Ərdoğan Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli mexanizmini liderlər səviyyəsində də canlandırmaq arzusunu ifadə edib.

BAKI, 1 avqust - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Gürcüstanın Baş naziri İraki Qaribaşvili arasında telefon danışığı olub.

Sputnik Türkiyə xəbər verir ki, danışıqlarda Türkiyə-Gürcüstan münasibətləri, regional məsələlər diqqət mərkəzində olub. İraki Qaribaşvili Türkiyədəki meşə yanğınlarından təəssüfləndiyini bildirib. Ərdoğan isə öz növbəsində yanğına qarşı mübarizədə dəstəyə görə Qaribaşviliyə təşəkkür edib.

Türkiyə-Gürcüstan strateji tərəfdaşlığının bu günlərdə daha da genişləndiyini qeyd edən Ərdoğan Gürcüstanı regional əməkdaşlığın açarı olaraq gördüyünü vurğulayıb.

Regional nəqliyyat, elektrik xətlərinin səmərəliliyini və təhlükəsizliyini təmin etmək üçün birgə tədbirlərin əhəmiyyətini xüsusi vurğulayan Ərdoğan nazirlər və deputatlar tərəfindən uğurla həyata keçirilən Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli mexanizmini liderlər səviyyəsində də canlandırmaq arzusunu ifadə edib.

Qeyd edək ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili parlamentdə Xarici əlaqələr üzrə Komitənin sədri Nikoloz Samxaradzenin strateji tərəfdaşlarla münasibətlərə dair suallarını cavablandırarkən deyib ki, Türkiyə Gürcüstanın strateji tərəfdaşı və bir nömrəli ticarət tərəfdaşıdır.

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən iqtisadi-ticari əlqələrin daha da inkişaf etdirilməsinə hazırlıq ifadə olunub. Bu əlaqələrdə müsbət dinamika müşahidə edilir. Biz Türkiyə ilə ticarət dövriyyəsinin həcmini 3 milyard ABŞ dolları səviyyəsinə yüksəltmək istəyirik və bu yaxın illər üçün bizim vəzifələrimizdən biri olmalıdır. Bununla yanaşı, Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli format çərçivəsində də müzakirələr aparırıq", - o, deyib. 

İ.Qaribaşvili bu il Gürcüstan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısının keçirilməsinin planlaşdırıldığını qeyd edib.

0