Dağlıq Qarabağ ətrafındakı vəziyyət ATƏT-in Minsk Qrupunun həmsədrlərindən sürətli müdaxiləni tələb edir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan bildirib.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, indiki halda atəşkəs Azərbaycanın maraqlarına cavab vermir:
“Danışıqlar fayda vermir və Ermənistan təxribatları davam etdirir. Biz o halda atəşkəsə razılaşarıq ki, erməni qoşunları Dağlıq Qarabağı tərk etsin. Münaqişənin yenidən alovlanmasında ATƏT-in böyük rolu var. Bu təşkilat 30 ilə yaxın bir müddət ərzində münaqişənin həlli üçün formulu ortaya qoya bilmədi. Bununla belə yenə də mənasız danışıqların davam etdirilməsini istəyir. Azərbaycan Ermənistan tərəfindən edilən təxribatlara artıq dözüm nümayiş etdirə bilməz”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
“İqtisadiyyat nazirliyi və digər aidiyyəti strukturlar fəaliyyətlərini sahibkarlığın dəstəklənməsi və onların investisiya imkanlarının genişləndirilməsinə yönəldiblər”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Televiziyasına müsahibəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, sahibkarların istehsal etdikləri məhsulların ixrac potensialının artırılması istiqamətdə təşviqedici addımlar atılır:
“Ölkəmizdə biznes mühitinin sağlamlaşdırılması ilə bağlı tədbirlər görülür və maliyyəyə çıxış imkanları sadələşdirilir. Bundan sonra da iş yerlərinin qeydiyyata alınması, vergi və gömrük inzibatçılığındakı bariyerlərin aradan qaldırılması istiqamətində işlər davam etdiriləcək”.
Mikayıl Cabbarovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) nümayəndə heyəti Ağdamın işğaldan azad olunan ərazilərinə səfər edib.
Sputnik Azərbaycan xəbər verir ki, TÜRKSOY-un baş katibi Düsen Kaseinov jurnalistlərə açıqlamasında Ağdamda türk mədəniyyətinin dağıdılan qədim abidələri bərpasını arzuladığını söyləyib.
“Bu, dağıntılar bütün bəşəriyyətə qarşı törədilib. Çünki dini abidələrin dağıdılması xalqın, dinin təhqir olunmasıdır. Deməli, bütün bəşəriyyətin təhqir olunmasıdır. Quraqlıqdan sonra münbit torpaqlar yağış gözlədiyi kimi, bu torpaqlar da mədəniyyətin, incəsənətin buraya qayıtmasını gözləyir. Azərbaycan xalqı, türk xalqlarının görkəmli nümayəndələri tərəfindən yaradılmış abidələr, memarlıq əsərləri yenidən bərpa olunsun və bu mübarək torpaq yenidən canlansın. Ümumi mədəniyyətimizin dirçəlişi buraya gəlsin. Əsrlər boyu Azərbaycan xalqının və türk xalqlarının yaratdığı sivilizasiyanın burada necə ölməyini gördükdə hiss edilən duyğuları çatdırmaq çətindir. Mən əvvəlcə də Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyevə təbrik məktubu göndərmişdim. O zaman da bildirmişdim ki, işğal dövründə dağıdılmış bütün tarixi və mədəni irsimizin qısa zaman ərzində bərpa ediləcəyinə inanıram. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının nümayəndələri də mədəni irsimizin qısa zaman ərzində bərpa edilməsində öz dəstəyini göstərəcək. Burada baş verən vəhşilik yalnız Azərbaycana qarşı deyil, bütün insanlığa qarşıdır”, – deyə baş katib bildirib.
Düsen Kaseinovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
BAKI, 21 yanvar — Sputnik. COVID-19-a yoluxma qorxusu nəticəsində meydana gələn təşviş pozuntusu probleminə vaxtında müdaxilə edilmədiyi təqdirdə bəzi şəxslərdə psixoloji olaraq "yalançı koronavirus" meydana gələ bilər.
Sputnik Türkiyə xəbər verir ki, professor Ebru Salçıoğlunun fikrincə, bəzi vətəndaşlar koronavirus əlamətlərinin olduğuna inanaraq, xəstəxanaya gedirlər.
"Pandemiya səbəbilə dünyada hər 4 nəfərdən birində təşviş pozuntusu və depressiya müşahidə edilir. Bunun qarşısı alınmadığı təqdirdə hər kəs özünü koronavirusa yoluxmuş kimi hiss edə bilər", - deyə həkim bildirib.
Onun sözlərinə görə, bəzi vətəndaşlarda səbəbi məlum olmayan əlamətlər müşahidə edilə bilər. Bu zaman mütəxəssislər psixoloji səbəblərə baxırlar. Özünü ifadə edə bilməyən və ortaya çıxmayan duyğular bədənimizə təzahür edir. Bunlar çox zaman nevroloji əlamətlər şəklində özünü büruzə edir. Hərəkət pozuntuları və müvəqqəti korluq da müşahidə edilə bilər.
Bununla yanaşı, dermatoloji, kardioloji və mədə-bağırsaq sistemində müşahidə edilən əlamətlərin altında psixoloji problemlər ola bilər.
"Mütəmadi olaraq, təşviş pozuntusu yaşayan şəxslər təmiz olmaq üçün deyil, təmiz görünmək üçün gigiyenik qaydalara əməl edirlər. Məsələn, əlləri kirləndiyi zaman təmizləmək üçün deyil, təmiz görünmək üçün yuyurlar. Bəzi insanlar koronavirus haqqında danışdıqdan sonra əllərini yuyub, dezinfeksiya edirlər", - deyə həkim əlavə edib.