“Kino da biznes sahəsidir və onu bilən mütəxəssislər yetişdirmək lazımdır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu “Report”a müsahibəsində Xalq artisti Vidadi Həsənov deyib.
“Bu gün Azərbaycanda kino çəkməyi bacaran adamlar var. Eyni zamanda kinonun biznes tərəfinin qurulmasına ehtiyac var. Nə vaxta qədər ki, romantizmlə, təşəbbüslə kino qurmaq istəyəcəyik, heç vaxt kinomuz olmayacaq. Kinoya pul qoyarlar, pul götürərlər. Bunlar olmasa, biz elə öz haqqımızda bədgüman danışacağıq, ya da yeri gəldi-gəlmədi tərifləyəcəyik”, – deyə Xalq artisti bildirib.
Qeyd edək ki, ötən həftə 77-ci Venesiya Film Festivalının mükafatlandırma mərasimi keçirilib. Azərbaycanlı rejissor Hilal Baydarovun festivala qatılan “Səpələnmiş ölümlər arasında” filmi heç bir yer qazanmayıb. Lakin o, Venesiya Film Festivalına qatılan və əsas mükafat üçün yarışan ilk Azərbaycan filmi kimi tarixə düşüb.
Vidadi Həsənovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
ADA Universitetində “Azərbaycanın post-konflikt ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və effektiv təşkili üzrə təkliflərin hazırlanması” adlı tədqiqat işi aparılır. Sputnik Azərbaycan məlumat verir ki, bu tədqiqat çərçivəsində bir neçə sosioloji sorğu keçiriləcək.
İqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadənin sözlərinə görə, tədqiqat çərçivəsində məcburi köçkünlər arasında beş sorğu keçiriləcək:
“Bu sorğular bir-biri ilə əlaqəlidir. Sorğuların nəticəsinə uyğun olaraq sonda tədqiqat qrupu tərəfindən Azərbaycan hökumətinə hesabat təqdim ediləcək”.
Elşən Bağırzadənin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz
Azərbaycanın təhsil naziri Emin Əmrullayev Türkiyədə 23 min civarında azərbaycanlı tələbənin təhsil aldığını bildirib. Nazirin sözlərinə görə, azərbaycanlı tələbələrin təhsil aldığı xarici ölkələr arasında Türkiyə ilk yerdədir.
Bəs azərbaycanlı tələbələr nə üçün Türkiyədə oxumağa üstünlük verir?
Mövzu ilə bağlı Sputnik Azərbaycan-a danışan təhsil eksperti İlqar Orucov deyir ki, azərbaycanlı tələbələrin Türkiyədə təhsil almağa üstünlük verməsinin bir neçə səbəbi var:
“İlk olaraq qeyd edim ki, Türkiyə ilə qonşuluq, mədəni yaxınlıq təhsil üçün bu ölkəni seçmək üçün əsas səbəblərdir. Türkiyədə təhsilin səviyyəsi xeyli yüksəlib. Gənclərimiz iqtisadiyyat, tibb, turizm və İT ixtisaslarında təhsil almaq üçün Türkiyə universitetlərini seçirlər. Bildirmək istərdim ki, Türkiyə universitetlərinin diplomalarının ölkəmizdə tanınmasında hər hansı problem yoxdur. Sadəcə son illər distant təhsil diplomlarının tanınması məsələsində bəzi problemlər ortaya çıxıb. Distant təhsil alanların diplomlarının tanınması ilə bağlı qanuna bənd əlavə edilib. Ümid edirəm ki, həmin qanun qəbul edildikdən sonra tək Türkiyədə deyil, digər ölkələrdə təhsil alanların problemləri aradan qalxacaq”.
İlqar Orucovungeniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
BAKI, 28 fevral - Sputnik. Radikal millətçi "Sasna srer" hərəkatı Yerevanın mərkəzində məşəl yürüşü keçirir. Bu barədə RİA Novosti xəbər verir.
Onların əsas tələbləri baş nazir Nikol Paşinyanın istefası və Dağlıq Qarabağın yenidən Ermənistan tərəfindən işğal edilməsidir.
Yürüşdən əvvəl radikallar mitinq keçiriblər. Mitinqdən sonra onlar məşəlləri götürərək Yerevanın mərkəzində doğru irəliləyiblər. Polis yürüşə mane olmur.
Xatırladaq ki, məşəl yürüşləri 1930-cu illərdə faşist Almaniyasında dəbdə olub.