Ekspert: “Dönərxanalar mənşəyi bilinməyən ətlərdən istifadə edir”

121
(Yenilənib 01:52 17.09.2020)
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, dönərxanalarda ətin haradan alınması ilə bağlı saxta sertifikatlar görə bilərik
Eyyub Hüseynov: “Dönərxanalarla bağlı problemlər qalmaqdadır”

Dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması məqsədilə yaradılacaq 20 dönərxana nümunəvi dönərxana kimi təqdim edilməlidir. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması məqsədilə icrasına başlanılan yeni layihəyə həsr edilmiş konfransda deyib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanda dönərxanalarla bağlı problemlər qalmaqdadır:

“Beş il öncə dövlət orqanları dönərxanalar üçün xüsusi standartlar hazırladı. Dönər ətinin hazırlanması üçün iki şirkətdə xüsusi avadanlıqlar quraşdırıldı. Bu müəssisələrdə hazırlanan dönər ətləri təhlükəsiz hesab olunur. Lakin bu gün fəaliyyət göstərən dönərxanaların heç bir faizi də oradan dönər əti almır. Dönərxanalar mənşəyi bilinməyən ətlərdən istifadə edir. Belə dönərxanalarda ətin haradan alınması ilə bağlı saxta sertifikatlar görə bilərik. AQTA-nın belə bir təşəbbüslə çıxış etməsi çox yaxşıdır”.

Eyyub Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

121
Teqlər:
AQTA, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, sertifikat, ət, standart, dönərxana, dönər
Kamran Əsədov

Ekspert: ““Ali təhsil haqqında” qanun keyfiyyətin artmasına xidmət edəcək”

125
(Yenilənib 08:52 28.09.2020)
Təhsil eksperti Kamran Əsədov deyir ki, ali təhsil haqqında qanunun qəbulu mütləq şəkildə həyata keçirilməlidir
Kamran Əsədov: “Ali təhsil pilləsində ciddi boşluqlar var”

Sentyabrın 21-də  Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası  keçirilib. İclasda “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı yaradılmış işçi  qrupun tərkibinə dəyişiklik müzakirə və təsdiq olunub. Komitənin sədri Bəxtiyar Əliyev  qanun layihəsi ilə bağlı oktyabr ayının əvvəlləri üçün geniş ictimai dinləmələrin  keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırıb.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, təhsilin ayrı-ayrı pillələri üçün qanun qəbul edilməsi zəruridir: “Bununla həmin pillələrin idarə mexanizmi, maliyyələşmə məsələləri müəyyən edilir. Ali təhsil pilləsində ciddi boşluqlar var. Bu da özünü bir çox istiqamətlərdə göstərir. “Ali təhsil haqqında” qanunun qəbulu mütləq şəkildə həyata keçirilməlidir. Bu həm də ali təhsil pilləsində keyfiyyətin, rəqabətliliyin artmasına, ixtisaslı kadrların hazırlanmasına xidmət edəcək”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

125
Müslüm İbrahimov

Professor: “TAP Cənubi Avropanı vacib geosiyasi məkana çevirir”

97
(Yenilənib 10:09 27.09.2020)
Almaniyanın Zigen Universitetinin professoru Müslüm İbrahimov deyir ki, layihəyə daxil olan region ölkələri iqtisadi və enerji müstəqilliyinə nail olurlar
Müslüm İbrahimov: “İri dövlətlər bu layihəyə xüsusi maraq göstərirlər”

Trans-Adriatik boru kəmərinin (TAP) istismara verilməsinə hazırlıq, eləcə də sınaqlar çərçivəsində boru kəməri Türkiyə-Yunanıstan sərhədindən Albaniyanın Fiere şəhərindəki kompressor stansiyasınadək təbii qazla doldurulub. Bunu TAP konsorsiumunun xarici əlaqələr üzrə rəhbəri Vüqar Veysəlov deyib.

Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, TAP-ın reallaşması Trans-Adriatik regionuna diqqəti arıtırıb: “Bu layihə Cənubi Avropanı vacib geosiyasi məkana çevirə bilər. Artıq iri dövlətlər bu layihəyə xüsusi maraq göstərirlər. Bunun nəticəsi olaraq regionda müəyyən problemlər ortaya çıxa bilər. Layihəyə daxil olan region ölkələri iqtisadi və enerji müstəqilliyinə nail olurlar. Bu da onları Avropa Birliyindən yardım qəbul edənlər siyahısından çıxaracaq”.

Müslüm İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz 

97
Глава Минобороны Турции Хулуси Акар

Hulusi Akar: "Ermənistan muzdlu hərbçiləri, terrorçuları geri göndərməlidir"

0
Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar: Türkiyə öz torpaqlarının müdafiəsində Azərbaycanın yanındadır.

BAKI, 28 sentyabr — Sputnik. "Ermənistan dərhal hücumları dayandırmalı, xaricdən gətirdiyi muzdlu hərbçiləri, terrorçuları geri göndərməlidir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar bildirib.

H. Akar deyib ki, Türkiyə öz torpaqlarının müdafiəsində Azərbaycanın yanındadır.

0