Müslüm İbrahimov

Professor: “Payız aylarında neftin qiymətinin enməsini proqnozlaşdırmaq olar”

96
(Yenilənib 01:04 12.09.2020)
Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov deyir ki, sərt karantin qaydaları yenidən tətbiq edilərsə, neftin istehlak həcmi 86 milyon barel azala bilər
Müslüm İbrahimov: “İkinci dalğa dünya neft bazarına kəskin təsir etməyəcək”

“Fitch” beynəlxalq reytinq agentliyi dünya bazarında "Brent" markalı xam neftin uzunmüddətli dövrdə ucuzlaşacağını proqnozlaşdırır. Bu barədə Agentliyin açıqladığı “Global Economic Outlook – 2020” hesabatının sentyabr sayında bildirilir.

Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, koronavirus epidemiyasının ikinci dalğası dünya neft bazarına birinci mərhələdə olduğu kimi kəskin təsir etməyəcək:

“Hazırda bir çox dünya ölkələrində iqtisadi böhran müşahidə olunur. Ona görə də dünya bazarında balansın dəyişməsi baş verir. Bu da birinci dalğa zamanı sərt karantin qaydalarının tətbiqi nəticəsində ortaya çıxıb. Dünya iqtisadiyyatının ləng bərpa olunması yığılmış ehtiyatların ləng istifadəsinə səbəb olur. Ona görə də payız aylarında neftin qiymətinin 35 dollara qədər enməsini proqnozlaşdırmaq olar. İkinci dalğa zamanı sərt karantin qaydaları yenidən tətbiq edilərsə, neftin istehlak həcmi 86 milyon barel azala bilər”.

Xatırladaq ki, “Fitch” iyunda “Brent” neftinin 1 barelinin 2020-ci il üçün orta qiymətinə dair proqnozunu 35 ABŞ dollarından 41 ABŞ dolllarına qaldırmışdı.

Müslüm İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

96
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj (47)
Politoloq Ramiyə Məmmədova

Politoloq: “Türkiyənin aktiv fəaliyyəti bir sıra dövlətlərin xoşuna gəlmir”

277
(Yenilənib 10:23 26.09.2020)
Politoloq Ramiyə Məmmədova deyir ki, Türkiyə geosiyasi və iqtisadi vəziyyəti nəzərə alaraq problemlərin danışıqlarla həllinə nail olmaq istəyir
Ramiyə Məmmədova: “Sanksiyalar Türkiyəyə ziyan vura bilər”

“Kipr məsələsində həll ancaq Kipr türk xalqının adanın ortaq sahibi olduğu gerçəyinin qəbul edilməsi ilə mümkündür. Kipr türk xalqının təhlükəsizliyi ilə adadakı tarixi və siyasi haqlarını daimi şəkildə təminata alan hər çözümü dəstəkləyəcəyik”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının videoformatda keçirilən sessiyasında bildirib.

Politoloq Ramiyə Məmmədova Sputnik Azərbaycan-a deyir ki, Aralıq dənizində Türkiyənin ən güclü olduğu yer Kiprdir:

“Türkiyə adada hərbi baza yaratmağa çalışır və yunan Kipri ilə hər hansı birləşmənin tərəfdarı deyil. Bu gün Türkiyənin Aralıq dənizindəki aktiv fəaliyyəti bir sıra dövlətlərin xoşuna gəlmir. Türkiyə geosiyasi və iqtisadi vəziyyəti nəzərə alaraq problemlərin danışıqlarla həllinə nail olmaq istəyir. Əgər Avropa Birliyi sanksiya tətbiq edərsə, bu Türkiyəyə ziyan vura bilər”.

Politoloqun  geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

277
Teqlər:
Rəcəb Tayyip Ərdoğan, siyasət, gərginlik, Aralıq dənizi, Kipr, Yunanıstan, Türkiyə
Əlaqədar
Yunanıstandan Türkiyəyə növbəti hədə
NATO rəhbərindən ümidverici xəbər: "Türkiyə və Yunanıstan yaxşı irəliləyiş əldə edib"
Ərdoğan Avropaya barmaq silkələdi: "Türkiyənin hüquqlarını pozmağa imkan verməyəcək!"
Makron regiondakı problemlərin üzərinə benzin tökür – Türkiyənin Müdafiə naziri
Makron Aralıq dənizində baş verənlərə görə Türkiyə və Rusiyanı ittiham etdi
Ekspert  İlqar Orucov

Ekspert: "Qəbul imtahanlarında yumşalmaların olması arzu olunan idi"

97
(Yenilənib 19:11 25.09.2020)
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyir ki, DİM imtahanların yüksək səviyyədə və təhlükəsiz şəkildə keçirilməsini təmin edə bildi
İlqar Orucov: “İmtahanları taleyi ilə bağlı narahatlıqlar var idi”

Dövlət İmtahan Mərkəzi (DİM) 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a deyir ki, builki qəbul imtahanları qeyri-ənənəvi dövrə təsadüf etdi:

“Pandemiyanın davam etməsi səbəbindən imtahanları taleyi ilə bağlı narahatlıqlar var idi. Amma DİM imtahanların yüksək səviyyədə və təhlükəsiz şəkildə keçirilməsini təmin edə bildi. Düşünürəm ki, pandemiyanın insanlarda yaratdığı gərginliklə bağlı olaraq yumşalmaların olması arzu olunan idi, ancaq DİM bunu etmədi”.

İlqar Orucovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

97
Qadın yatır, arxiv şəkli

Yatmaq üçün necə yataq seçmək lazımdır?

0
(Yenilənib 20:13 26.09.2020)
Ancaq yatmaq üçün ən yumşaq yatağı da seçmək olmaz. Bu, onurğa əyriliyinə səbəb ola bilər. Bir neçə hissədən ibarət divanda yatmaq da sağlamlıq üçün təhlükəlidir.

BAKI, 26 sentyabr — Sputnik. Bəziləri sərt yerdə yatmağın faydalı olduğunu hesab edir. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, sərt yerlərdə yalnız ciddi onurğa xəsarətlərindən sonra və həkimin tövsiyəsi ilə yatmaq məsləhət görülür.

Bu barədə danışan həkim Stanislav Unmut bildirib ki, sərt yataq osteoxondroz və spondiloz xəstələri üçün təhlükəlidir.

Ancaq yatmaq üçün ən yumşaq yatağı da seçmək olmaz. Bu, onurğa əyriliyinə səbəb ola bilər. Bir neçə hissədən ibarət divanda yatmaq da sağlamlıq üçün təhlükəlidir.

Mütəxəssisin fikrincə, onurğa xəstəlikləri olan insanlar və bu cür xəstəliklərdən əziyyət çəkməyənlər üçün ən yaxşı seçim yarı sərt ortopedik döşəkdir: "Almazdan əvvəl bir neçə dəqiqə üstündə uzanın. Hər zaman müstəqil yayları olan döşək seçin. Bu, döşəyin bədənin hər hərəkətinə uyğunlaşmasına kömək edəcək".

0