CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekspert: "Şagirdlərin ictimai nəqliyyatdan istifadəsi yoluxma sayını artıra bilər"

© Sputnik / Murad OrujovЭксперт в области образования Кямран Асадов
Эксперт в области образования Кямран Асадов - Sputnik Azərbaycan
Abunə olmaq
Təhsil eksperti Kamran Əsədov deyir ki, şagirdlər üçün xüsusi daşıma avtobusları olarsa və onlar qoruyucu maskalarla təmin olunarlarsa, məsələni nəzarətdə saxlamaq olar
Kamran Əsədov: “Yeni tədris ilinin başlaması qaçılmaz idi”

Azərbaycanda ali və orta məktəblərdə yeni tədris ili sentyabrın 15-də başlayacaq. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, istər Azərbaycanda, istərsə də dünyada yeni tədris ilinin başlaması qaçılmaz idi:

“Çünki məsafədən təhsil yetərincə keyfiyyətli və əlçatan deyil. Amma qeyd edim ki, məktəblərdə sanitar tələblər gözlənsə belə, şagirdlərin ictimai nəqliyyatdan istifadəsi yoluxma sayını artıra bilər. Şagirdlər üçün xüsusi daşıma avtobusları olarsa və onlar qoruyucu maskalarla təmin olunarlarsa, məsələni nəzarətdə saxlamaq olar. Məktəblilərin dərsə hissə-hissə və növbəli şəkildə getməsi də yoluxma sayını nəzarətdə saxlamağa imkan verəcək”.

Kamran Əsədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0