Professor: “Seroloji testlərin insanların razılığı əsasında keçirilməsi vacibdir”

92
(Yenilənib 10:17 05.09.2020)
Dünya Tibbi Hüquq Assosiasiyasının birinci vitse-prezidenti, UNESCO bioetika kafedrasının Azərbaycan bürosunun rəhbəri, professor Vüqar Məmmədov deyir ki, gələcəkdə xəstəliyə yenidən yoluxma hallarını müəyyənləşdirmək olar
Vüqar Məmmədov: “Seroloji testlər vasitəsilə xəstəliyin mənzərəsi öyrənilir”

“Seroloji testlərdə könüllü olaraq iştirak etmək istəyən vətəndaşlarımızın sayı artmaqdadır”. Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Dünya Tibbi Hüquq Assosiasiyasının birinci vitse-prezidenti, UNESCO bioetika kafedrasının Azərbaycan bürosunun rəhbəri, professor Vüqar Məmmədov Sputnik Azərbaycan-a deyir ki, ölkəmizdə seroloji testlərin keçirilməsi əhəmiyyətlidir:

“Xüsusən də testlərin insanların razılığı əsasında keçirilməsi vacibdir. İnsanlarda xəstəliyə qarşı daxili müqavimət, immunitet yaranırsa, gələcəkdə xəstəliyə yenidən yoluxma hallarını müəyyənləşdirmək olar. Bu testlər vasitəsilə xəstəliyin mənzərəsi öyrənilir”.

Vüqar Məmmədovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

 

92
Mövzu:
Dünyanı cənginə almış bəla (478)
Əlaqədar
UNİCEF xəstəliyə yoluxmaqdan deyil, məktəblərin bağlı qalmasından qorxmağı məsləhət görür
Azərbaycanda son sutkada 155 nəfər COVID-19-dan sağalıb
COVID-19 vaksini vurulanları evə buraxdılar
Əziz-xələf koronavirus, səni niyə gizlədirlər?
İnanılmaz! COVID-19 xəstəsi rekord vurdu
Политолог Арзу Нагиев

Millət vəkili: “Azərbaycanda korrupsiyaya qarşı mübarizə davam etməkdədir”

2
(Yenilənib 10:18 19.09.2020)
Milli Məclisin deputatı, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü Arzu Nağıyev deyir ki, komissiyanın ilk iclasında korrupsiya ilə mübarizə çərçivəsində beynəlxalq təşkilatlarda təmsilçilik məsələsi müzakirə edilib
Arzu Nağıyev: “İlk iclasın məqsədi sədrin seçilməsi idi”

Sentyabrın 15-də Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının yeni tərkibdə ilk iclası videoformatda keçirilib. İclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Komissiyanın sədri seçilib.

Milli Məclisin deputatı, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü Arzu Nağıyev Sputnik Azərbaycan-a deyir ki, komissiyanın sentyabrın 15-də keçirilən ilk iclasının məqsədi sədrin seçilməsi idi:

“İclas ərzində komissiya üzvləri öz istiqamətlərinə uyğun olaraq çıxışlar etdilər. Eyni zamanda korrupsiya ilə mübarizə çərçivəsində beynəlxalq təşkilatlarda təmsilçilik məsələsi müzakirə edildi. Prezident İlham Əliyevin apardığı islahatlar və korrupsiya ilə mübarizə məsələləri iclasda öz əksini tapdı. Bu gün də Azərbaycanda korrupsiyaya qarşı mübarizə davam etməkdədir”.

Arzu Nağıyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz 

2
Vidadi Həsənov

Xalq artisti: "Azərbaycan kinosunun biznes tərəfinin qurulmasına ehtiyac var"

56
(Yenilənib 10:57 18.09.2020)
Xalq artisti Vidadi Həsənov deyir ki, romantizmlə, təşəbbüslə kino qurmaq istəyəcəyiksə, heç vaxt kinomuz olmayacaq
Vidadi Həsənov: “Kino biznesini bilən mütəxəssislər yetişdirmək lazımdır”

“Kino da biznes sahəsidir və onu bilən mütəxəssislər yetişdirmək lazımdır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu “Report”a müsahibəsində Xalq artisti Vidadi Həsənov deyib.

“Bu gün Azərbaycanda kino çəkməyi bacaran adamlar var. Eyni zamanda kinonun biznes tərəfinin qurulmasına ehtiyac var. Nə vaxta qədər ki, romantizmlə, təşəbbüslə kino qurmaq istəyəcəyik, heç vaxt kinomuz olmayacaq. Kinoya pul qoyarlar, pul götürərlər. Bunlar olmasa, biz elə öz haqqımızda bədgüman danışacağıq, ya da yeri gəldi-gəlmədi tərifləyəcəyik”, – deyə Xalq artisti bildirib.

Qeyd edək ki, ötən həftə 77-ci Venesiya Film Festivalının mükafatlandırma mərasimi keçirilib. Azərbaycanlı rejissor Hilal Baydarovun festivala qatılan “Səpələnmiş ölümlər arasında” filmi heç bir yer qazanmayıb. Lakin o, Venesiya Film Festivalına qatılan və əsas mükafat üçün yarışan ilk Azərbaycan filmi kimi tarixə düşüb.

Vidadi Həsənovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

56
Teqlər:
mütəxəssis, rejissor, kino, film
 Göygöldə yol

İlin ən romantik fəslinin daxil olacağı tarix açıqlandı

0
(Yenilənib 12:44 19.09.2020)
Şamaxı Astrofizika Rəsədxanasının verdiyi xəbərə görə, payız fəsli Azərbaycana 22 sentyabr saat 17:30:36-də daxil olacaq

BAKI, 19 sentyabr — Sputnik. Gələn həftə Azərbaycana payız fəsli daxil olacaq. Sputnik Azərbaycan-ın AMEA Şamaxı Astrofizika Rəsədxanasına istinadən verdiyi xəbərə görə, payız fəsli Azərbaycana 22 sentyabr saat 17:30:36-də daxil olacaq.

Bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək və həmin andan Şimal yarımkürəsində payız fəsli başlayacaq.

0