Ekspert Aydın Quliyev

Siyasi ekspert: “YAP-ın ideoloji fəaliyyətində dərin islahatlara ehtiyac duyulur”

97
(Yenilənib 14:30 30.08.2020)
Siyasi ekspert Aydın Quliyev deyir ki, YAP-da aparılacaq yenilənmələr ölkədə gedən islahatlara təkan vermək baxımından önəmli rol oynaya bilər
Aydın Quliyev: “YAP-da islahatlar labüddür”

“YAP-da həyata keçiriləcək islahatlar bütün ölkədə keçirilən islahatların tərkib hissəsi kimi labüddür”. Bunu Sputnik Azərbaycan-a siyasi ekspert Aydın Quliyev deyib.

Ekspert bildirib ki, bu gün Azərbaycanda aparılan islahatlar həm hakim partiyanın sədri, həm də ölkə prezidenti İlham Əliyevin şəxsi iradəsi ilə gerçəkləşdirilib:

“YAP-ın strukturunda, rəhbərliyində, seçkili orqanlarında, ideoloji fəaliyyətində dərin islahatlara ehtiyac duyulur. Fikrimcə, bu islahatlar bir qədər gecikib. Bütün ölkədə islahatlar başlamadan öncə bu islahatlara başlansa idi, onun nəticələrini görə bilərdik. YAP-da aparılacaq yenilənmələr ölkədə gedən islahatlara təkan vermək baxımından önəmli rol oynaya bilər”.

Qeyd edək ki, mediada yayılan xəbərlərdə bu il Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayının keçiriləcəyi bildirilir.

Aydın Quliyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

97
Politoloq Ramiyə Məmmədova

Politoloq: “Türkiyənin aktiv fəaliyyəti bir sıra dövlətlərin xoşuna gəlmir”

200
(Yenilənib 10:23 26.09.2020)
Politoloq Ramiyə Məmmədova deyir ki, Türkiyə geosiyasi və iqtisadi vəziyyəti nəzərə alaraq problemlərin danışıqlarla həllinə nail olmaq istəyir
Ramiyə Məmmədova: “Sanksiyalar Türkiyəyə ziyan vura bilər”

“Kipr məsələsində həll ancaq Kipr türk xalqının adanın ortaq sahibi olduğu gerçəyinin qəbul edilməsi ilə mümkündür. Kipr türk xalqının təhlükəsizliyi ilə adadakı tarixi və siyasi haqlarını daimi şəkildə təminata alan hər çözümü dəstəkləyəcəyik”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının videoformatda keçirilən sessiyasında bildirib.

Politoloq Ramiyə Məmmədova Sputnik Azərbaycan-a deyir ki, Aralıq dənizində Türkiyənin ən güclü olduğu yer Kiprdir:

“Türkiyə adada hərbi baza yaratmağa çalışır və yunan Kipri ilə hər hansı birləşmənin tərəfdarı deyil. Bu gün Türkiyənin Aralıq dənizindəki aktiv fəaliyyəti bir sıra dövlətlərin xoşuna gəlmir. Türkiyə geosiyasi və iqtisadi vəziyyəti nəzərə alaraq problemlərin danışıqlarla həllinə nail olmaq istəyir. Əgər Avropa Birliyi sanksiya tətbiq edərsə, bu Türkiyəyə ziyan vura bilər”.

Politoloqun  geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

200
Teqlər:
Rəcəb Tayyip Ərdoğan, siyasət, gərginlik, Aralıq dənizi, Kipr, Yunanıstan, Türkiyə
Əlaqədar
Yunanıstandan Türkiyəyə növbəti hədə
NATO rəhbərindən ümidverici xəbər: "Türkiyə və Yunanıstan yaxşı irəliləyiş əldə edib"
Ərdoğan Avropaya barmaq silkələdi: "Türkiyənin hüquqlarını pozmağa imkan verməyəcək!"
Makron regiondakı problemlərin üzərinə benzin tökür – Türkiyənin Müdafiə naziri
Makron Aralıq dənizində baş verənlərə görə Türkiyə və Rusiyanı ittiham etdi
Ekspert  İlqar Orucov

Ekspert: "Qəbul imtahanlarında yumşalmaların olması arzu olunan idi"

4
(Yenilənib 19:11 25.09.2020)
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyir ki, DİM imtahanların yüksək səviyyədə və təhlükəsiz şəkildə keçirilməsini təmin edə bildi
İlqar Orucov: “İmtahanları taleyi ilə bağlı narahatlıqlar var idi”

Dövlət İmtahan Mərkəzi (DİM) 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a deyir ki, builki qəbul imtahanları qeyri-ənənəvi dövrə təsadüf etdi:

“Pandemiyanın davam etməsi səbəbindən imtahanları taleyi ilə bağlı narahatlıqlar var idi. Amma DİM imtahanların yüksək səviyyədə və təhlükəsiz şəkildə keçirilməsini təmin edə bildi. Düşünürəm ki, pandemiyanın insanlarda yaratdığı gərginliklə bağlı olaraq yumşalmaların olması arzu olunan idi, ancaq DİM bunu etmədi”.

İlqar Orucovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

4
Yol təmir işləri, arxiv şəkli

Sürücülərin nəzərinə - Bu istiqamətdə alternativ yollara baş vurun

0
Sürücülərdən sözügedən ərazidə sıxlıq yaranmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

BAKI, 26 sentyabr — Sputnik. Aparılan təmir işləri ilə əlaqədar Biləcəri-Binəqədi yolunun Binəqədi şossesinə birləşən hissəsində sentyabr ayının 26 və 27-i hərəkət qismən məhdudlaşdırılacaq.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyindən məlumat verilib. Qeyd edilib ki, sürücülərdən sözügedən ərazidə sıxlıq yaranmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur: "Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik".

0