Politoloq Fikrət Sadıxov, arxiv şəkli

Politoloq: “Suriya ilə bağlı görüşdə müəyyən razılıqlar əldə olunacaq”

95
(Yenilənib 10:46 28.08.2020)
Politoloq Fikrət Sadıxov deyir ki, fərqli mövqelərə sahib olsalar da, tərəflər arasındakı münasibət münaqişə həddində deyil
Fikrət Sadıxov: “Bu ölkələr arasında Suriya ilə bağlı vahid mövqe yoxdur”

Türkiyə, İran və Rusiya, Türkiyə və İran yaxın zamanlarda Suriya ilə bağlı Astana formatı çərçivəsində növbəti görüşün keçirilməsini razılaşdırıblar.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, hər üç dövlətin Suriya ilə bağlı öz maraqlarının olması reallıqdır:

“Budəfəki görüşdə tərəflər görülən işlər haqqında müzakirələr aparacaqlar. Lakin o da nəzərə alınmalıdır ki, bu ölkələr arasında Suriya ilə bağlı vahid mövqe yoxdur. Fərqli mövqelərə sahib olsalar da, tərəflər arasındakı münasibət münaqişə həddində deyil. Bu görüşdə müəyyən razılıqlar əldə olunacaq”.

Fikrət Sadıxovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

95
Politoloq Əhməd Əlili

Politoloq: “Moskva Bakı çalışır ki, region silah anbarına çevrilməsin”

50
(Yenilənib 10:16 24.09.2020)
Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru, politoloq Əhməd Əlili deyir ki, təhlükəsizliyin qorunması və təmin edilməsi üçün iki ölkə arasında qarşılıqlı yardımlaşma və koordinasiyalı fəaliyyət daim yüksək səviyyədə olub
Əhməd Əlili: “Regional təhlükəsizlik hər iki ölkə üçün xüsusi önəm kəsb edir”

“Çox şadıq ki, Azərbaycan və Rusiya arasındakı münasibətlər bütün istiqamətlərdə inkişaf edir”. Bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova ilə görüşündə deyib.

Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru, politoloq Əhməd Əlili Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan və Rusiyanı bir çox məqamlar birləşdirir:

“Regional təhlükəsizlik məsələləri hər iki ölkə üçün xüsusi önəm kəsb edir. Təhlükəsizliyin qorunması və təmin edilməsi üçün iki ölkə arasında qarşılıqlı yardımlaşma və koordinasiyalı fəaliyyət daim yüksək səviyyədə olub. Bu baxımdan son səfər baş verənləri aydınlaşdırmaq üçn çox vacibdir. Moskva və Bakı çalışır ki, region silah anbarına çevrilməsin”.

Politoloqun  geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

50
Müslüm İbrahimov

Professor: “İran Azərbaycan vasitəsilə Avropa bazarlarına çıxmaq istəyir”

27
(Yenilənib 01:22 23.09.2020)
Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov deyir ki, İran Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətinə böyük maraq göstərir
Müslüm İbrahimov: “Azərbaycan-İran iqtisadi əlaqələri getdikcə güclənir”

Azərbaycan və İran arasında birgə sənaye parkının yaradılması bölgənin sənaye inkişafına səbəb olacaq. Bunu İranın Ərdəbil vilayətinin Sənaye Parkları Şirkətinin icraçı direktoru Məhəmməd Əhli jurnalistlərə açıqlamasında deyib.

Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan və İran arasında iqtisadi sahədə maraq nöqtələri çoxdur:

“İki ölkə arasında iqtisadi əlaqələr getdikcə güclənir. Xüsusən də nəqliyyat sahəsindəki münasibətlər maraq doğurur. İran Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətinə böyük maraq göstərir. İranın ən böyük problemi öz məhsullarını inkişaf etmiş, böyük bazarlara çıxara bilməməsidir. Bunu da indiki şəraitdə Azərbaycan vasitəsilə etmək olar. Hər iki ölkə iqtisadi siyasət sahəsində təcrübə mübadiləsi apara bilər”.

Müslüm İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

27
Teqlər:
sənaye parkları, Bakı-Tbilisi-Qars dəmir yolu, iqtisadi maraqlar, Azərbaycan, İran
Nisə Qasımova, arxiv şəkli

Xərçəngə tutulan azərbaycanlı müğənni əməliyyat olundu

0
(Yenilənib 12:49 24.09.2020)
"Mən öz problemlərimlə insanları yükləmək istəmirəm, ona görə də xəstə vaxtlarımda sosial şəbəkələrdən, TV-lərdən uzaq dayandım".

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 24 sentyabr — Sputnik. Xərçəng xəstəliyindən əziyyət çəkən Xalq artisti Nisə Qasımova əməliyyat olunub. Sputnik Azərbaycan xəbər verir ki, müğənni bu barədə özünün "Instagram" hesabında paylaşıb: "Özümü çox yaxşı hiss edirəm. Hər kəsə təşəkkür edirəm, məni unutmadınız. Mən öz problemlərimlə insanları yükləmək istəmirəm, ona görə də xəstə vaxtlarımda sosial şəbəkələrdən, TV-lərdən uzaq dayandım. İndi yaxşıyam və yeni mahnılar üzərində işləyəcəm". O qeyd edib ki, artıq sosial şəbəkədə də aktiv olacaq.






Посмотреть эту публикацию в Instagram

Публикация от Nisa Qasimova (@niseqasimova_official)

Xatırladaq ki, Xalq artistinin xərçəng xəstəliyinə tutulması ilə bağlı məlumatlar yayılmışdı.

0
Teqlər:
Instagram, əməliyyat, xərçəng xəstəliyi, Nisə Qasımova, müğənni
Əlaqədar
Elza Seyidcahan "Taclı eybəcər"lə gündəmi alt-üst etdi
Şortikin əleyhinə daha bir sərt tənqid səsləndi
Emin Ağalarov: "Yeganə yol Azərbaycanın ərazi bütövlüyüdür"
Samanlıq, atlar və bir gözəl qadın: karantini belə dəyərləndirdi - FOTO
Xalq artistinin yazdığı şərh izləyiciləri özündən çıxardı