Adil Qeybulla, həkim

Professor seroloji testlərin əhəmiyyətindən danışır

88
(Yenilənib 23:00 22.08.2020)
Professor, həkim Adil Qeybulla Sputnik Azərbaycan-a deyir ki, seroloji testlər polimeral zəncirvari reaksiyası qədər həssaslığı, spesifikliyi və dəqiqliyi olmasa da, istənilən halda xəstəliyin hansı səviyyədə olması haqqında informasiya verən analizlərdir
Adil Qeybulla: “Xəstəliyi klinik formada keçirən şəxsləri təyin etmək baxımından önəmlidir”

Azərbaycanda əhalinin COVID-19 xəstəliyinə qarşı immunitetinin yaranmasının öyrənilməsi üçün seroloji testlərin layihəsi həyata keçirilir.

Professor, həkim Adil Qeybulla Sputnik Azərbaycan-a deyir ki, seroloji testlər diaqnostik üsullardan biridir və immunoferment üsulu ilə yoxlanır:

“Bununla da immunitetin xəstəliyə qarşı kəskin və xroniki fazada olması və immunitetin formalaşması təsbit edilir. Təbii ki, polimeral zəncirvari reaksiyası qədər həssaslığı, spesifikliyi və dəqiqliyi olmasa da, istənilən halda xəstəliyin hansı səviyyədə olması haqqında informasiya verən analizlərdir. Hesab edirəm ki, post-pandemiya dövründə aparılan yoxlamalar zamanı immunitetin olub-olmamasına əsasən xəstəliyi klinik formada keçirən şəxsləri təyin etmək baxımından önəmlidir. Payızda soyuqdəymə xəstəliyinin də bu prosesə qoşulmasını nəzərə alsaq, COVID-19-un diaqnostikasında önəmi olan müayinə metodudur”.

Adil Qeybullanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

88

Samir Dübəndi: “Məhdudiyyətlərin götürülməsi turizm mövsümünü uzatdı”

33
(Yenilənib 15:53 24.09.2020)
DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyir ki, sentyabrın 8-dən etibarən ölkə ərazisində sərbəst hərəkətə icazə verilməsi bölgələrdə yerləşən otellərin fəaliyyətinə müsbət təsir göstərib
Samir Dübəndi: “Şəhər otelləri pandemiya zamanı çətinliklər yaşadı”

“Hətta sərt karantin dövründə belə otellərin fəaliyyətinə qadağa qoyulmamışdı. Otellər məcburiyyət qarşısında qalıb fəaliyyətini dayandırmışdı”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyib.

O bildirib ki, Azərbaycan turizmi son illər gəlmə turizmi istiqamətində uğurlar qazanıb:

“Lakin pandemiya şəraitində bu mümkün olmadığı üçün turizm sektoru ziyan çəkib. Xüsusən də şəhər otelləri bu baxımdan çətinliklər yaşayır. Sentyabrın 8-dən etibarən ölkə ərazisində sərbəst hərəkətə icazə verilməsi bölgələrdə yerləşən otellərin fəaliyyətinə müsbət təsir göstərib. Uzun müddət sərt karantin rejimində yaşamış insanlar istirahət zonalarına üz tuturlar. Məhdudiyyətlərin götürülməsi başa çatmış yay mövsümünü turizm üçün bir qədər də uzatdı. Ona görə də hazırda həftə sonları bölgələrdə yerləşən turizm mərkəzlərində boş yerlər tapmaq çətindir”.

Samir Dübəndinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

33
Politoloq Əhməd Əlili

Politoloq: “Moskva Bakı çalışır ki, region silah anbarına çevrilməsin”

69
(Yenilənib 10:16 24.09.2020)
Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru, politoloq Əhməd Əlili deyir ki, təhlükəsizliyin qorunması və təmin edilməsi üçün iki ölkə arasında qarşılıqlı yardımlaşma və koordinasiyalı fəaliyyət daim yüksək səviyyədə olub
Əhməd Əlili: “Regional təhlükəsizlik hər iki ölkə üçün xüsusi önəm kəsb edir”

“Çox şadıq ki, Azərbaycan və Rusiya arasındakı münasibətlər bütün istiqamətlərdə inkişaf edir”. Bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova ilə görüşündə deyib.

Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru, politoloq Əhməd Əlili Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan və Rusiyanı bir çox məqamlar birləşdirir:

“Regional təhlükəsizlik məsələləri hər iki ölkə üçün xüsusi önəm kəsb edir. Təhlükəsizliyin qorunması və təmin edilməsi üçün iki ölkə arasında qarşılıqlı yardımlaşma və koordinasiyalı fəaliyyət daim yüksək səviyyədə olub. Bu baxımdan son səfər baş verənləri aydınlaşdırmaq üçn çox vacibdir. Moskva və Bakı çalışır ki, region silah anbarına çevrilməsin”.

Politoloqun  geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

69
Ankara şəhərinə mənzərə, arxiv şəkli

Çamadanları toplayın, Ankaraya yol göründü

0
(Yenilənib 11:19 25.09.2020)
Türk Hava Yollarının İstanbula icra etdiyi xüsusi uçuşlar davam edəcək. İstanbul – Naxçıvan – İstanbul uçuşları da eyni qaydada həftənin cümə günləri icra ediləcək.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 25 sentyabr — Sputnik. Türk Hava Yolları 2 Oktyabr 2020-ci il tarixindən etibarən Ankara Bakı və Bakı Ankara xüsusi uçuşlarına başlayacaq. Uçuşların çərşənbə və cümə olmaqla həftədə 2 dəfə həyata keçirilməsi planlanlaşdırılıb və onlar AnadoluJet markası ilə həyata keçiriləcək.

Türk Hava Yollarından Sputnik Azərbaycan-a bildirilib ki, Ankara-Bakı reysi 14:40-18:05-də, Bakı-Ankara isə 19:00-20:35-də təşkil olunacaq: "Bakı – Ankara – Bakı reysinə bileti www.anadolujet.com web səhifəsinə və ya səlahiyyətli agentliklərə müraciət etməklə əldə etmək mümkündür. Ankara uçuşlarımızda tələbə endiriminin keçərli olduğunu və tətbiq edilə bilinəcəyini xüsusiylə qeyd etmək istəyirik".

Məlumatda qeyd olunur ki, Türk Hava Yollarının İstanbula icra etdiyi xüsusi uçuşlar davam edəcək. Oktyabrda bu uçuşların sayı həftəlik 14 uçuş olacaq. İstanbul – Naxçıvan – İstanbul uçuşları da eyni qaydada həftənin cümə günləri icra ediləcək.

0