Kamran Əsədov

Ekspert: “Ənənəvi formada dərslərin keçilməsi bərpa edilməlidir”

105
(Yenilənib 01:00 19.08.2020)
Təhsil eksperti Kamran Əsədov deyir ki, orta məktəblərdə dərslər onlayn deyil, ənənəvi formada keçirilməlidir
Kamran Əsədov: “Şagirdlər üçün təhsilin əlçatanlığı təmin edilməlidir”

Sentyabr ayında orta məktəblərin hibrid qaydada açılması sanitar-gigiyenik normalara əməl etməyimizdən, sosial davranış qaydalarını qorumağımızdan və bunu başqalarından tələb etməyimizdən asılıdır. Bunu yeni tədris ilinə hazırlıqla bağlı canlı yayımda Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, birmənalı olaraq orta məktəblərdə ənənəvi dərslər bərpa olunmalıdır:

“Bu, bütün aspektlərdən zəruridir. İlk olaraq qeyd etməliyik ki, şagirdlər üçün təhsilin əlçatanlığı təmin edilməlidir. Bunun üçün də dərslər onlayn deyil, ənənəvi formada keçilməlidir. Ənənəvi formada dərslərin olmaması şagirdlərə psixoloji gərginlik yaşadır”.

Kamran Əsədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

105
Elmar Babanlı, Azərbaycan Cüdo Federasiyasının baş katibi

Baş katib cüdoçularımızın ““Böyük dəbilqə”dəki çıxışından danışır

14
(Yenilənib 08:33 27.10.2020)
Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı deyir ki, Tokio Olimpiadasına vacib reytinq xalları qazandırması turnirin əhəmiyyətliliyini daha da artırır
Elmar Babanlı: “Medal gözlədiyimiz idmançımız ümidləri doğrultmadı”

““Böyük dəbilqə” turniri 7 aylıq fasilədən sonra keçirilən ilk böyük turnir idi” . Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı bildirib.

O bildirib ki, yarışın Tokio Olimpiadasına vacib reytinq xalları qazandırması onun əhəmiyyətliliyini daha da artırır:

“Cüdoçumuz Nicat Şıxəlizadə (66 kiloqram) medal qazana bilərdi. Gültac Məmmədəliyeva (52 kiloqram) yaxşı güləş göstərib güclü rəqiblərinə qalib gəlsə də, medal qazana bilmədi. Amma onun üçün reytinqli idmançılar arasında “Böyük dəbilqə” kimi nüfuzlu turnirdə 7-ci yeri tutmaq yaxşı nəticə sayılır. Digər cüdoçumuz, 81 kiloqram çəkidə mübarizə aparan Hidayət Heydərov o qədər də güclü olmayan bolqarıstanlı rəqibinə məğlub oldu. Rəqib görüşün əvvəlində vazari xalı ilə üstünlüyə malik idi və sonadək mövqeyini qorudu. Bu çəkidə Murad Fətiyev kifayət qədər perspektivli idmançıdır. Bir görüşdə qalib gəlməyi onun potensialının göstəricisidir. Daha bir perspektivli cüdoçumuz Telman Vəliyev (73 kiloqram) ötən Qran-Pri yarışlarında mükafatçı olub və bu turnirdə də ondan medal gözləyirdik. Amma ümidləri doğrultmadı”.

Elmar Babanlının fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

14

Vasif Əliyev: “Yenidən sərt karantin rejiminə keçilə bilər”

87
(Yenilənib 09:52 26.10.2020)
TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyir ki, yumşalmalardan sonra təkrar artımın ola biləcəyi dəfələrlə qeyd edilib
Vasif Əliyev: “Elə edək ki, zabitlərimizi koronavirusa da düçar etməyək”

“Biz öncə də demişdik ki, yoluxma artıma doğru gedir. Hazırki rəqəmlərdən də bunu görə bilərik. Təəssüf ki, bu artım davam edəcək. İnsanlarda o qədər arxayınlıq yaranıb ki... Belə olsa, iki həftədən sonra daha pis nəticələri görə bilərik”. Sputnik Azərbaycan xəbər verir ki, bunu TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

O bildirib ki, yoluxmaların sayı gələcəkdə hərbi-zabit heyətinə də təsir göstərə bilər. “Xəstəxanalarda həkim, eyni zamanda çarpayı qıtlığına səbəb ola bilər. Bu problem bizim qələbə sevincimizə mənfi təsir edə bilər. Elə edək ki, koronavirusa zabitlərimizi də düçar etməyək. Sadəcə, fərdi məsuliyyətsizlik, arxayınlaşma yarandı. Baxmayaraq yumşalmalardan sonra təkrar artımın ola biləcəyin dəfələrlə qeyd etmişdik. İnsanlar təmasdan qaçmalıdırlar. Zəruri olmadıqca bir-birinin evinə getməməlidirlər. Qapalı məkanlarda maska mütləq istifadə etməlidirlər. Hal-hazırda kritik günlər yaşayırıq. Avropa ölkələrində ciddi nəzarət tədbirləri görülür. Əgər belə artım olsa, sərt karantin rejiminə keçilə bilər”.

Vasif Əliyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

87
Türkiyə bayrağı

Rəsmi Moskva Türkiyənin Qarabağ danışıqlarında iştirakı barədə

0
(Yenilənib 18:42 27.10.2020)
"Bu məsələdə yalnız qarşı-qarşıya gələn tərəflərin – yəni Azərbaycan və Ermənistanın mövqeyi önəmlidir"

BAKI, 27 oktyabr — Sputnik. Türkiyənin Dağlıq Qarabağ üzrə danışıqlarda iştirak etməsi məsələsində yalnız qarşı-qarşıya gələn tərəflərin – Azərbaycan və Ermənistanın mövqeyi önəmlidir. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bu məsələdə yalnız qarşı-qarşıya gələn tərəflərin – yəni Azərbaycan və Ermənistanın mövqeyi önəmlidir. Çünki yalnız bu ölkələr bu və ya digər ölkənin nizamlanma prosesində iştirakına razılıq verə və ya onların iştirakını istəyə bilər", - deyə Peskov jurnalistin "Kremldə Türkiyənin Ermənistan-Azərbaycan danışıqlarının növbəti raunduna cəlb edilməli olduğunu düşünürlərmi?" sualına cavab olaraq bildirib.

 

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölənlərin sayı artdı
Ceyhun Bayramov: "Azərbaycanın səfərbərlik potensialı kifayət edir"
Prezidentin köməkçisi: "İran, Rusiya və Türkiyənin iştirakı ilə Minsk qrupuna paralel..."
İlham Əliyev: "İşğalçı siyasətdən imtina etsələr, barışıq mümkündür"
İranın xüsusi elçisi Qarabağa görə Bakı, Moskva, Yerevan və Ankaraya səfər edəcək