Sənan Şəfizadə

İdman şərhçisi: ““Qarabağ” potensial rəqiblərindən güclüdür”

114
İdman şərhçisi Sənan Şəfizadə deyir ki, “Qarabağ”ın oyunçuları 5 aydır məşq etmirlər, amma onlar qısa zamanda fiziki hazırlıqlarını bərpa edə bilərlər
Sənan Şəfizadə: “Rəqiblər “Qarabağ”ın dişinə görədir”

“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

İdman şərhçisi Sənan Şəfizadə Sputnik Azərbaycan-a deyir ki, rəqiblər “Qarabağ”ın dişinə görədir: ““Qarabağ” əvvəllər də bu komandalarla qarşılaşıb. İkinci təsnifat mərhələsində üstünlüyümüz həm də odur ki, ilk oyun Bakıda keçiriləcək. Düşünürəm ki, “Qarabağ” potensial rəqiblərindən güclüdür. Nəzərə almaq lazımdır ki, “Qarabağ”ın oyunçuları 5 aydır məşq etmirlər, amma onlar qısa zamanda fiziki hazırlıqlarını bərpa edə bilərlər”.

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları 18-19 avqust, II mərhələnin matçları isə 25-26 avqustda gerçəkləşəcək. Pley-offa qədər bütün raundlar bir oyundan ibarət olacaq. "Qarabağ" "Sileks"i də doğma meydanda qəbul edəcək.

Sənan Şəfizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

114
DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi

Ekspert: "Xəzəryanı ölkələrin turizm marşrutu yaratması maraqlı olar"

87
(Yenilənib 09:45 21.09.2020)
DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyir ki, Xəzəryanı ölkələrin belə bir turizm marşrutu yaratması maraqlı olar
Samir Dübəndi: “Təşəbbüsün tezliklə reallaşmasını istərdik”

Azərbaycan Turizm Assosiasiyasının təşəbbüsü ilə Türk Dövlətlərinin Turizm Təşkilatı yaradılacaq.

DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan və Türkiyə uzun illərdir belə bir müştərək təşkilatın yaradılmasının təşəbbüskarı olub:

“Keçmiş SSRİ-dən ayrılıb müstəqillik qazanmış ölkələr də müştərək turizm marşrutları işləyib tətbiq edə bilərlər. Xüsusən də Xəzəryanı ölkələrin belə bir turizm marşrutu yaratması maraqlı olar. Zamanla tətbiq olunacaq marşrutun əhatə dairəsinin genişlənməsi türk mədəniyyətinin daha uzaq regionlarda tanınmasına imkan yaradar. Təşəbbüsün tezliklə realizasiya olunmasını istərdik”.

Samir Dübəndinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

87
Transxəzər nəqliyyat dəhlizinin perspektivlərinə həsr olunmuş dəyirmi masa

Professor: “İnnovativ layihələrin böyük qismi sonradan real iqtisadiyyata çatmır”

89
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, risklərin sığortalanması və idarə edilməsi baxımından dövlətin rolu müstəsna olmalıdır
Elşad Məmmədov: “İnnovativ layihələr dövlət tərəfindən ciddi dəstəyə malik olmalıdır”

Azərbaycanda ilk dəfə İnnovasiyalar Agentliyində startapları və innovativ layihələri maliyyələşdirən beynəlxalq vençur fondunun nümayəndəliyi fəaliyyətə başlayıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, innovativ layihələrin reallaşdırılması kifayət qədər vacib, eyni zamanda mürəkkəb prosesdir:

“Çünki qazanılmış təcrübələrə görə, innovativ layihələrin 90 faizi sonradan real iqtisadiyyata çatmır. Bu baxımdan belə layihələrin riskləri yüksəkdir. Hesab edirəm ki, bu risklərin sığortalanması və idarə edilməsi baxımından dövlətin rolu müstəsna olmalıdır. Bu baxımdan belə layihələr dövlət tərəfindən ciddi dəstəyə malik olmalıdırlar”.

Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

89
Milli Məclisinin sədri Sahibə Qafarova Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə

Azərbaycan parlamentinin spikeri Moskvaya gedib

0
(Yenilənib 17:01 21.09.2020)
Bu, Sahibə Qafarovanın Milli Məclisin Sədri kimi Rusiyaya ilk rəsmi səfəridir. Onu hava limanında səfir Polad Bülbüloğlu və digər rəsmi şəxslər qarşılayıb.

BAKI, 21 sentyabr — Sputnik. Sentyabrın 21-də Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Rusiya Federasiyasına rəsmi səfər edib.

Sputnik Azərbaycan Milli Məclisin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu, Sahibə Qafarovanın Milli Məclisin Sədri kimi Rusiyaya ilk rəsmi səfəridir.

Moskva şəhərinin "Domodedovo" hava limanında Milli Məclisin nümayəndə heyətini Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədr müavini İlyas Umaxanov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digər rəsmi şəxslər qarşılayıb.

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatlarından və parlament aparatının məsul işçilərindən ibarət rəsmi şəxslər daxildirlər.

Sahibə Qafarovanın Rusiyaya səfəri zamanı

Səfər zamanı Milli Məclisin Sədri Rusiya Federasiyası Federal Məclisi Federal Şurasının Sədri Valentina Matviyenko, Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının Sədri Vyaçeslav Volodin ilə görüşəcək, parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparacaq.

Səfər müddətində Milli Məclisin Sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federal Şurasının plenar iclasında çıxışı gözlənilir. Rusiya Dövlət Dumasında olarkən Azərbaycan Respublikasının Milli Məclisi ilə Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması arasında əməkdaşlıq haqqında Sazişin imzalanma mərasimi keçiriləcək.

Milli Məclis Sədrinin Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov ilə görüşü nəzərdə tutulub.

Səfər çərçivəsində keçirilən görüşlərdə parlamentlər səviyyəsində mütəmadi səfərlərin həyata keçirilməsi, qanun yaradıcılığı prosesində təcrübə və informasiya mübadiləsi, nüfuzlu beynəlxalq təşkilatlarda nümayəndə heyətlərimizin iştirakı, regional münaqişələrin həlli yolları, iqtisadi, siyasi, mədəni, humanitar sahələrdə əlaqələrimizin daha da möhkəmləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Səfər sentyabrın 23-də başa çatacaq.

0
Əlaqədar
Sahibə Qafarova ilk rəsmi səfərini Türkiyəyə edəcək
Sahibə Qafarova Sergey Lavrovla görüşəcək