Kənd Təsərrüfatı naziri İnam Kərimov

İnam Kərimov: "Bundan sonra suvarma sistemləri subsidiyalaşdırılacaq"

144
(Yenilənib 09:37 30.07.2020)
Kənd təsərrüfatı naziri İnam Kərimov deyir ki, suvarma sistemləri suya qənaət edəcək və yeni su ehtiyatları yaradılacaq
İnam Kərimov: “Su qıtlığının yaranması kənd təsərrüfatında problemlərə səbəb olur”

“Ölkə ərazisində su qıtlığının yaranması kənd təsərrüfatında problemlərə səbəb olur”. Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kənd təsərrüfatı naziri İnam Kərimov bildirib.

Nazir qeyd edib ki, bundan sonra suvarma sistemləri subsidiyalaşdırılacaq:

“Dünyada iqlim istiləşməsi, həmçinin quraqlıq hava şəraiti su probleminin yaranmasına səbəb olur. Azərbaycanda da kənd təsərrüfatı sahəsi bu problemdən ciddi təsirlənir. Azərbaycanda sahələrin suvarılmasında müasir suvarma sistemlərindən istifadə edilməsi üçün addımlar atılır. Suvarma sistemlərinin subsidiyalaşdırılması üçün əlavə vəsait ayrılıb.Yeni suvarma sistemləri suya qənaət edəcək və yeni su ehtiyatları yaradılacaq. Bunun üçün dövlət başçısı tərəfindən tapşırıqlar verilib”.

İnam Kərimovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

144
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini, “Vecon Consulting” qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc

Vüqar Oruc: “Əmlak bazarında durğunluğa əsas yoxdu”

4
(Yenilənib 16:05 03.12.2020)
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini Vüqar Oruc deyir ki, əhalinin əksəriyyəti məskunlaşdığı ərazilərdə əmlak sahibi olub, bu səbəbdən də onlar sistematik surətdə həm regionda, həm məskunlaşdığı ərazidə yaşayacaqlar
Vüqar Oruc: “Əmlak bazarında böyük canlanma yaranacaq”

“Torpaqların 28 il işğal altında olduğu dövrdə məcburi köçkünlərin nüfuz sayı da yüksəlib. Söhbət bu illər ərzində 600 mindən 900-950 min civarında artan əhalidən gedir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini, “Vecon Consulting” qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc deyib.

“Həmin əhalinin bir qismi işğaldan azad edilən ərazilərə qayıdacaq, digər qismi elə əvvəlki kimi paytaxtda və məskunlaşdıqları digər şəhərlərdə yaşamağa davam edəcək. Artıq əhalinin əksəriyyəti məskunlaşdığı ərazilərdə əmlak sahibi olub, bu səbəbdən də onlar sistematik surətdə həm regionda, həm məskunlaşdığı ərazidə yaşayacaqlar. Məsələnin digər tərəfi ondan ibarətdir ki, iqtisadiyyatın inkişafı, investisiya qoyuluşu, yeni istehsal sahələrinin, eləcə də iş yerlərinin yaranması deməkdir. Bu proses paytaxtın, yaxud da digər şəhərlərin boşalması və ya iştirakçısı olduğumuz əmlak bazarında durğunluğun yaranmasına səbəb ola bilməz. Əksinə mən deyərdim ki, böyük canlanma yaranacaq”, – deyə o bildirib.

Vüqar Orucun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

4
Müslüm İbrahimov

Professor: “Azərbaycanda Rusiya mənşəli emal sənaye komplekslərinin yaradılması vacibdir”

7
(Yenilənib 13:41 04.12.2020)
Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov deyir ki, Rusiya son on il ərzində kənd təsərrüfatının emal sənayesinin formalaşmasında yüksək texnoloji uğurlar əldə edə bilib
Müslüm İbrahimov: “Rusiya ilə əməkdaşlığın artırılması hər zaman aktualdır”

Azərbaycanla Rusiya arasında aqrosənaye kompleksi sahəsində əməkdaşlıq proqramı iki ölkə arasındakı kənd təsərrüfatı sahəsindəki münasibətləri yeni bir mərhələyə keçirmək üçün hazırlanıb. Bunu Trend-ə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayalov deyib.

Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan-Rusiya arasında kənd təsərrüfatı sahəsində iqtisadi əməkdaşlığın artırılması hər zaman aktualdır:

“Bu gün Azərbaycan kənd təsərrüfatının xammal məhsulları ilə yanaşı, emal məhsullarının da ixracında maraqlıdır. Rusiya son on il ərzində kənd təsərrüfatının emal sənayesinin formalaşmasında yüksək texnoloji uğurlar əldə edə bilib. Ona görə də Azərbaycanda Rusiya mənşəli emal sənaye komplekslərinin yaradılması vacibdir”.

Müslüm İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

7
Bakıda buludlu hava, arxiv şəkli

Sabah meteohəssas insanlar üçün yaxşı gün olacaq

0
Tibbi-meteoroloji proqnoza görə, dekabrın 6-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir

BAKI, 5 dekabr — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata istinadla xəbər verir ki, gecə və səhər zəif duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Dekabrın 6-da Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə, dekabrın 6-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

0
Teqlər:
hava proqnozu, qar, külək, şaxta, yağış, buludlu hava