Regional İnkişaf Mərkəzinin rəhbəri Çingiz İsmayılov

Professor: “Xidmət sahələrində suyun istifadəsi ciddi nəzarətə götürülməlidir”

118
(Yenilənib 09:58 28.07.2020)
Bakı Dövlət Universiteti rektorunun beynəlxalq əlaqələr üzrə müşaviri, professor Çingiz İsmayılov deyir ki, mövcud su mənbələrindən səmərəli istifadə olunmalıdır
Çingiz İsmayılov: “Ən vacib məqam bu sahədə maarifləndirmənin aparılmasıdır”

“Əkin sahələrinin müasir texnologiyalar əsasında suvarılmasına böyük ehtiyac var. Xüsusilə nəzərə alsaq ki, indi biz suya qənaət etməliyik. Ona görə biz bu işlərə xarici mütəxəssisləri cəlb etməliyik”. Bu fikirləri iyulun 23-də Prezident İlham Əliyev su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.

Bakı Dövlət Universiteti rektorunun beynəlxalq əlaqələr üzrə müşaviri, professor Çingiz İsmayılov Sputnik Azərbaycan-a deyir ki, su qıtlığından əziyyət çəkən ölkə olduğumuz üçün mövcud su mənbələrindən səmərəli istifadə olunmalıdır:

“Baxmayaraq ki, su qıtlığı var, onun istifadəsinə qənaətlə yanaşılmır. Xüsusəndə, suvarmada müasir texnologiyaların tətbiqi vacibdir. Ən vacib məqam isə bu sahədə maarifləndirmənin aparılmasıdır. İçməli suyun əsas hissəsi məişətdə istifadə olunur. Xidmət sahələrində də suyun istifadəsi ciddi nəzarətə götürülməlidir. Bu məsələlərə diqqət yetirilsə, çətinliklərimiz xeyli yüngülləşəcək”.

Çingiz İsmayılovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

118

Politoloq: “İrana qarşı sanksiyalar ən effektiv metoddur”

37
(Yenilənib 14:54 29.10.2020)
Politoloq İlqar Vəlizadə deyir ki, sanksiyalar nüvə proqramının həyata keçirilməsini kifayət qədər məhdudlaşdırır
İlqar Vəlizadə: “İran sanksiyalardan kənarda əməkdaşlıq mexanizmləri qurub”

ABŞ İranın Neft Naziri Bijən Namdar Zəngənə, eləcə də neft nazirliyi də daxil olmaqla ölkənin bir sıra digər İran vətəndaşlarına, şirkət və təşkilatlarına sanksiya tətbiq edib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, sanksiyalar ABŞ-ın İrana qarşı ənənəvi siyasətinin davamıdır:

“Sanksiyalar nüvə proqramının həyata keçirilməsini kifayət qədər məhdudlaşdırır və İranın hərbi-sənaye kompleksinə mənfi təsir göstərir. Bu da ABŞ üçün ən faydalı siyasət kimi görünür. İllərdir davam edən sanksiyalara baxmayaraq İran məqsədinə çatmağa çalışır. İran sanksiyalardan kənarda müxtəlif ölkələrlə əməkdaşlıq mexanizmləri qurub”.

İlqar Vəlizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

37

Vüqar Hüseynov azad edilmiş ərazilərin kənd təsərrüfatının inkişafına təsirini açıqlayır

23
(Yenilənib 09:17 31.10.2020)
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyir ki, kənd təsərrüfatının inkişafı mərhələli şəkildə həyata keçiriləcək
Vüqar Hüseynov: “Kənd təsərrüfatının gələcək inkişafının planlaşdırılması nəzərdə tutulur”

“İşğaldan azad edilmiş ərazilərimizdə kənd təsərrüfatının gələcək inkişafının planlaşdırılması nəzərdə tutulur”. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri AZƏRTAC-a məxsusi açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

“Planlaşdırma, ilk növbədə, azad edilmiş rayonlarda işğaldan əvvəlki dövrdə populyar olan kənd təsərrüfatı sahələrinin inkişafına hesablanıb. Dağlıq Qarabağ və ətrafdakı rayonlarda hələ sovetlər dövründə üzümçülük, taxılçılıq, pambıqçılıq, tütünçülük, heyvandarlıq çox inkişaf edib. Təkcə dağlıq ərazilərdə yerləşən Kəlbəcər, Laçın, Qubadlı rayonlarında heyvandarlığın yenidən inkişaf etdirilməsi üçün kifayət qədər böyük potensial var. Eyni qaydada üzümçülük ənənələri geniş olan digər rayonlarımızda aqrar sahənin bu istiqamətinin inkişaf etdirilməsi mümkündür. Azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı təbii ki, mərhələli şəkildə həyata keçiriləcək. Əsas odur ki, bunun üçün ciddi potensial və dövlət dəstəyi var” – deyə o bildirib.

Vüqar Hüseynovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

23
Böyük Britaniyada epidemioloji vəziyyət

Britaniyada bir aylıq karantin tətbiq ediləcək

0
(Yenilənib 23:52 31.10.2020)
Yeni qaydalara görə, məktəblər və universitetlər, zəruri mağazalar fəaliyyətlərinə davam edə biləcək.

BAKI, 31 oktyabr - Sputnik. İngiltərədə gələn həftədən bir aylıq karantin tətbiq ediləcək.

APA-nın verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın Baş Naziri Boris Conson keçirilən mətbuat konfransında məlumat verib.

Conson bildirib ki, 5 noyabrdan etibarən İngiltərədə restoranlar, kafelər, qeyri-zəruri mağazalar, əyləncə məkanları yenidən bağlanacaq. O qeyd edib ki, başqa bir alternativ olmadığı üçün hərəkətə keçməyin zamanı gəlib. Baş Nazir xalqa gələn həftədən etibarən evdə qalmalı olduqlarını deyib. Buna görə insanlar evdən işləməli, zəruri olmadıqca evdən çıxmamalıdırlar.

Conson qeyd edib ki, yeni karantin qaydaları 2 dekabr tarixinə qədər qüvvədə qalacaq. Ancaq yeni qaydalara görə, məktəblər və universitetlər, zəruri mağazalar fəaliyyətlərinə davam edə biləcək.

0
Teqlər:
Koronavirus, Böyük Britaniya, Boris Conson, İngiltərə