Ekspert: “Təmzilənməmiş sular, təmizlənmiş su adı altında satılır”

819
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, biznes qurumları suyun qeyri-adi xüsusiyyətlərə malik olmasından istifadə edirlər
Eyyub Hüseynov: “AQTA-nın bu sahədə gördüyü işlər çox əhəmiyyətlidir”

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda saxlama müddəti ötmüş müxtəlif əmtəə nişanlı qazlı və qazsız su aşkarlayıb.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a deyir ki, obyektiv səbəblərdən istehlakçılar suyun keyfiyyətini ayırd edə bilmirlər:

“Bu gün Azərbaycan əmtəə bazarında bir litrinin qiyməti 40 qəpikdən 6 manata qədər olan sular mövcuddur. Əgər bunlar hamısı H2O-dursa, qiymətlər nə üçün bu qədər fərqlənir? Biznes qurumları suyun qeyri-adi xüsusiyyətlərə malik olmasından istifadə edirlər. Bəzi hallarda təmzilənməmiş sular, təmizlənmiş su adı altında satılır. Bununla bağlı da şikayətlər daxil olur. Düşünürəm ki, AQTA-nın bu sahədə gördüyü işlər çox əhəmiyyətlidir”.

Eyyub Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

819
Rəşad Məcid

Baş redaktor: “İctimaiyyət daha çox fəxri adlarla bağlı məsələyə diqqət yetirir”

19
(Yenilənib 10:06 22.09.2020)
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid deyir ki, fəxri adlar məsələsində ən çox narazılıq doğuran məqam müğənnilərin, şou-biznes nümayəndələrinin layiq olmadıqları halda təltif olunmasıdır
Rəşad Məcid: “Cəmiyyətdə fəxri adların ləğvinin tərəfdarları var”

Gələcəkdə fəxri adların verilməsi ilə bağlı sui-istifadə hallarının qarşısının alınması məqsədilə hüquqi tənzimləyici mexanizmin həyata keçirilməsini təklif edirik. Bu mexanizmdə konkret meyarlar tərtib olunacaq. Bu fikirləri jurnalistlərə Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Sputnik Azərbaycan-a deyir ki, ümumiyyətlə mədəniyyət sahəsində yeni konsepsiyanın hazırlanması, idarəetmə formasında dəyişikliklərin aparılması bir neçə müddətdir müzakirə edilir:

“İctimaiyyət daha çox fəxri adlarla bağlı məsələyə diqqət yetirir. Təklif olunan variantı məqbul hesab etmək olar. Fəxri adlar məsələsində ən çox narazılıq doğuran məqam müğənnilərin, şou-biznes nümayəndələrinin layiq olmadıqları halda təltif olunmasıdır. Amma eyni zamanda cəmiyyətdə fəxri adların ümumiyyətlə ləğvinin tərəfdarları da var”.

Rəşad Məcidin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

19
DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi

Ekspert: "Xəzəryanı ölkələrin turizm marşrutu yaratması maraqlı olar"

96
(Yenilənib 09:45 21.09.2020)
DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyir ki, Xəzəryanı ölkələrin belə bir turizm marşrutu yaratması maraqlı olar
Samir Dübəndi: “Təşəbbüsün tezliklə reallaşmasını istərdik”

Azərbaycan Turizm Assosiasiyasının təşəbbüsü ilə Türk Dövlətlərinin Turizm Təşkilatı yaradılacaq.

DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan və Türkiyə uzun illərdir belə bir müştərək təşkilatın yaradılmasının təşəbbüskarı olub:

“Keçmiş SSRİ-dən ayrılıb müstəqillik qazanmış ölkələr də müştərək turizm marşrutları işləyib tətbiq edə bilərlər. Xüsusən də Xəzəryanı ölkələrin belə bir turizm marşrutu yaratması maraqlı olar. Zamanla tətbiq olunacaq marşrutun əhatə dairəsinin genişlənməsi türk mədəniyyətinin daha uzaq regionlarda tanınmasına imkan yaradar. Təşəbbüsün tezliklə realizasiya olunmasını istərdik”.

Samir Dübəndinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

96
Qəza, arxiv şəkli

Azərbaycanlı repçi qəza törədib - VİDEO

0
(Yenilənib 17:28 22.09.2020)
O, hadisə yerində alkoqol və narkotik analizi verib. Amma qanı təmiz çıxıb. Lakin Elminin avtomobili yüksək sürətlə sürmək həvəskarı olduğu aydınlaşıb

BAKI, 22 sentyabr — Sputnik. Rusiyada "Elley" ləqəbi ilə tanınan məşhur azərbaycanlı repçi Elmin Quliyev ağır qəza törədib.

Sputnik Azərbaycan xəbər verir ki, hadisə Moskvanın Ostojenka keçəsində, 47 nömrəli binanın yanında baş verib.

İşıqforun qırmızı işığında keçən və yüksək sürətlə hərəkət edən "Infiniti" "Mercedes" markalı avtomobillə toqquşub, bu zaman səki ilə gedən piyadaları da vurub kənara atıb. Nəticədə üç nəfər yaralanıb, onlardan iki qadının vəziyyəti ağırdır. Reperin avtomobili qəza zamanı divara dəyərək dayanıb.

Hadisədən bir neçə dəqiqə sonra "Infiniti"nin sürücüsü və qəzanın səbəbkarı məlum olub. O, 26 yaşlı azərbaycanlı reper Elmin Quliyevdir. Elmin dərhal günahını etiraf edib.

"Mən yanıb-sönən yaşıl işıqda keçirdim, gözlənilmədən qırmızı yandı", – deyə Elmin polis əməkdaşlarına deyib.

O, hadisə yerində alkoqol və narkotik analizi verib. Amma qanı təmiz çıxıb. Lakin Elminin avtomobili yüksək sürətlə sürmək həvəskarı olduğu aydınlaşıb.

"Mən saatda 60 kilometrdən çox sürətlə getmirdim", - o, polis əməkdaşlarına deyib. Amma "İnfiniti"nin qəza anında sürətini texniki ekspertiza müəyyən edəcək. Nəticələr isə 2-3 həftəyə bəlli olacaq.

Avtomobil idmanı üzrə beynəlxalq dərəcəli idman ustası Tatyana Yeliseyeva isə "Komsomolskaya Pravda"ya deyib ki, "Infiniti"nin aldığı zədələr onun divara saatda azı 60 kilometr sürətlə dəydiyini göstərir. Üstəlik bundan əvvəl sürətin 30 kilometr saatını "Mercedes" "udub". Yəni "Infiniti" saatda azı 90 kilometr sürətlə hərəkət edib. Həmin ərazidə isə sürət həddi saatda 40 kilometrdir.

"Qəzanın günahkarı bu cür yüksək sürətlə təcili tormozlaya bilməzdi. O, cəhd edib, amma uğursuz olub. "Mercedes"in sürücüsünə gəldiksə isə o, ümumiyyətlə qırmızı işıqda keçən "Infiniti"ni vaxtında görə bilməzdi", - ekspert deyib.

Quliyev Elmin Camal oğlu 1993-cü ildə Bakıda anadan olub. Beş il bundan qabaq Moskvaya köçüb və orada gecə klublarında çıxış etməyə başlayıb. Quliyev əvvəllər DJ işləyib, eyni vaxtda mahnılar yazıb. Son illər isə reper kimi məşhurlaşıb.

0
Teqlər:
"İnfiniti", Mercedes, Moskva, reper, azərbaycanlı
Əlaqədar
Xalq artistinin yazdığı şərh izləyiciləri özündən çıxardı
Emin Ağalarov Fatimə adlı qıza həsr etdiyi mahnını paylaşdı
Müğənni içkili halda yaşlı kişini döyüb
Azərbaycanlı müğənni Vilayət Eyvazova müraciət etdi: Məni döyüblər
Müğənninin zinət əşyalarını oğurlayan qadın onun ərindən hamilə qaldı