CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rəşad Məcid: “Sürətli dəyişmələr mətbuatda xaotik vəziyyətin yaranmasına səbəb olur”

© Sputnik / Murad OrujovVII съезд азербайджанских журналистов
VII съезд азербайджанских журналистов - Sputnik Azərbaycan
Abunə olmaq
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid deyir ki, sərəncam prezidentin mətbuata verdiyi önəmin göstəricisidir
Rəşad Məcid: “Müstəqilliyimiz üçün qazanclarımızdan biri Azərbaycan mətbuatıdır”

“Pandemiya şəraitində mətbuatımızın 145 illiyinin sakit şəkildə qeyd ediləcəyini düşünürdük. Ancaq ölkə prezidentinin düşüncəmizin əksinə olaraq imzaladığı sərəncam bizi çox sevindirdi”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid deyib.

“Bu sərəncam prezidentin mətbuata verdiyi önəmin göstəricisidir. Bununla bağlı olaraq müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur. Tədbirlərin əksəriyyəti Operativ Qərargahın tələbləri nəzərə alınmaqla onlayn formada keçiriləcək. Son 30 ildə texnologiyaların inkişafı ilə mətbuatda da dəyişikliklərin şahidi olmuşuq. Şübhəsiz ki, bu cür sürətli dəyişmələr mətbuatda xaotik vəziyyətin yaranmasına səbəb olur. Mediaya aid olmayan insanlar özlərini jurnalist elan edir və söz-ifadə azadlığı ilə bağlı hansısa addımlar atır. Ümumilikdə, müstəqilliyimiz üçün qazanclarımızdan biri də Azərbaycan mətbuatıdır”.

İyunun 30-da Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan milli mətbuatının 145 illik yubileyi ölkəmizdə geniş qeyd olunacaq.

Rəşad Məcidin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0