İqtisadçı ekspert Fuad İbrahimov, arxiv şəkli

Ekspert: “Vergi siyasəti kölgə iqtisadiyyatı ilə mübarizə effektiv rol oynayır”

133
(Yenilənib 10:01 20.07.2020)
İqtisadçı ekspert Fuad İbrahimov deyir ki, qeyri-neft sektorunun vergi yığımındakı artımlar kölgə iqtisadiyyatının aradan qaldırılması ilə bağlıdır
Fuad İbrahimov: “Kölgə iqtisadiyyatı ilə mübarizədə qərb praktikasından istifadə edilir”

“İlk növbədə, biz kölgə iqtisadiyyatının həcmini ölçərkən dövriyyələrə fikir veririk - xüsusilə elektron qaimə ilə rəsmiləşən dövriyyələrə. Bunların həcmi ötən ilin 5 ayına nisbətən 6,8 faiz artmışdır”. Bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

İqtisadçı ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, əsasən son 3-4 il ərzində Azərbaycanda kölgə iqtisadiyyatı ilə mübarizədə konkret addımlar atılıb:

“Bunun üçün qərb praktikasından istifadə edilir. Xüsusən də vergi siyasətinin təkmilləşdirilməsi kölgə iqtisadiyyatı ilə mübarizə effektiv rol oynayır. Bu addımlar kölgə iqtisadiyyatının imkanlarını məhdudlaşdırıcı siyasətdir. Son illər qeyri-neft sektorunun vergi yığımındakı artımlar kölgə iqtisadiyyatının aradan qaldırılması ilə bağlıdır”.

Fuad İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

133
Elmar Babanlı, Azərbaycan Cüdo Federasiyasının baş katibi

Baş katib cüdoçularımızın ““Böyük dəbilqə”dəki çıxışından danışır

14
(Yenilənib 08:33 27.10.2020)
Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı deyir ki, Tokio Olimpiadasına vacib reytinq xalları qazandırması turnirin əhəmiyyətliliyini daha da artırır
Elmar Babanlı: “Medal gözlədiyimiz idmançımız ümidləri doğrultmadı”

““Böyük dəbilqə” turniri 7 aylıq fasilədən sonra keçirilən ilk böyük turnir idi” . Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı bildirib.

O bildirib ki, yarışın Tokio Olimpiadasına vacib reytinq xalları qazandırması onun əhəmiyyətliliyini daha da artırır:

“Cüdoçumuz Nicat Şıxəlizadə (66 kiloqram) medal qazana bilərdi. Gültac Məmmədəliyeva (52 kiloqram) yaxşı güləş göstərib güclü rəqiblərinə qalib gəlsə də, medal qazana bilmədi. Amma onun üçün reytinqli idmançılar arasında “Böyük dəbilqə” kimi nüfuzlu turnirdə 7-ci yeri tutmaq yaxşı nəticə sayılır. Digər cüdoçumuz, 81 kiloqram çəkidə mübarizə aparan Hidayət Heydərov o qədər də güclü olmayan bolqarıstanlı rəqibinə məğlub oldu. Rəqib görüşün əvvəlində vazari xalı ilə üstünlüyə malik idi və sonadək mövqeyini qorudu. Bu çəkidə Murad Fətiyev kifayət qədər perspektivli idmançıdır. Bir görüşdə qalib gəlməyi onun potensialının göstəricisidir. Daha bir perspektivli cüdoçumuz Telman Vəliyev (73 kiloqram) ötən Qran-Pri yarışlarında mükafatçı olub və bu turnirdə də ondan medal gözləyirdik. Amma ümidləri doğrultmadı”.

Elmar Babanlının fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

14

Vasif Əliyev: “Yenidən sərt karantin rejiminə keçilə bilər”

89
(Yenilənib 09:52 26.10.2020)
TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyir ki, yumşalmalardan sonra təkrar artımın ola biləcəyi dəfələrlə qeyd edilib
Vasif Əliyev: “Elə edək ki, zabitlərimizi koronavirusa da düçar etməyək”

“Biz öncə də demişdik ki, yoluxma artıma doğru gedir. Hazırki rəqəmlərdən də bunu görə bilərik. Təəssüf ki, bu artım davam edəcək. İnsanlarda o qədər arxayınlıq yaranıb ki... Belə olsa, iki həftədən sonra daha pis nəticələri görə bilərik”. Sputnik Azərbaycan xəbər verir ki, bunu TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

O bildirib ki, yoluxmaların sayı gələcəkdə hərbi-zabit heyətinə də təsir göstərə bilər. “Xəstəxanalarda həkim, eyni zamanda çarpayı qıtlığına səbəb ola bilər. Bu problem bizim qələbə sevincimizə mənfi təsir edə bilər. Elə edək ki, koronavirusa zabitlərimizi də düçar etməyək. Sadəcə, fərdi məsuliyyətsizlik, arxayınlaşma yarandı. Baxmayaraq yumşalmalardan sonra təkrar artımın ola biləcəyin dəfələrlə qeyd etmişdik. İnsanlar təmasdan qaçmalıdırlar. Zəruri olmadıqca bir-birinin evinə getməməlidirlər. Qapalı məkanlarda maska mütləq istifadə etməlidirlər. Hal-hazırda kritik günlər yaşayırıq. Avropa ölkələrində ciddi nəzarət tədbirləri görülür. Əgər belə artım olsa, sərt karantin rejiminə keçilə bilər”.

Vasif Əliyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

89
Eldar Qasımov, arxiv şəkli

Biz Qarabağda oyanmaq istəyirik - VİDEO

0
(Yenilənib 22:02 27.10.2020)
"Mən Qarabağda oyanmaq istəyirəm" adlı mahnının bəstəkarı Vaqif Yaqubov, söz müəllifi Leyla Nəsibli, aranjmançısı isə Osman Həmidovdur

BAKI, 27 oktyabr — Sputnik. Eldar Qasımov Şuşaya həsr olunmuş mahnısını təqdim edib.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycana Avroviziya qalibiyyəti bəxş edən müğənni Eldar Qasımov Şuşaya həsr olunmuş yeni mahnısını təqdim edib. Rus dilində olan mahnı "Mən Qarabağda oyanmaq istəyirəm" adlanır və vətənpərvərlik mövzusundadır.

Mahnının bəstəkarı Vaqif Yaqubov, söz müəllifi Leyla Nəsibli, aranjmançısı isə Osman Həmidovdur. Mahnı qısa zamanda sosial şəbəkələrdə paylaşılıb.

 

0
Teqlər:
mahnı, Eldar Qasımov, Şuşa şəhəri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Türkiyəli sənətçilər Qarabağda müharibəyə görə toylarını təxirə saldılar
Daha bir rəzalət - Sərdar Ortacı şəhid Azərbaycan əsgəri kimi təqdim etdilər
Sinan Akçıldan daha bir dəstək - "Daim yaşa, Azərbaycan" adlı mahnı bəstələyib
Rəzalət davam edir - Türk sənətkarları Qarabağda "öldürürlər"
İbrahim Tatlısəsdən kövrək addım: "Ölənədək yanındayıq, AZƏRBAYCAN!"