Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İbrahimov: “Əmlak bazarında ucuzlaşma qaçılmaz olacaq”

© Photo : REPORT IAНусрет Ибрагимов, гендиректор консалтинговой компании MBA Ltd
Нусрет Ибрагимов, гендиректор консалтинговой компании MBA Ltd - Sputnik Azərbaycan
Abunə olmaq
Əmlak eksperti Nüsrət İbrahimov deyir ki, ötən il qeydə alınmış artımların azalması müşahidə edilir və qiymət artımı sıfıra yaxınlaşır
Nüsrət İbrahimov: “Qiymətlərin azalması pandemiyanın müddətindən asılı olacaq”

“Əmlak bazarında tələbin azalması qiymətlərə də təsir göstərib”. Sputnik Azərbaycan xəbər verir ki, bunu əmlak eksperti Nüsrət İbrahimov deyib.

Ekspert bildirib ki, ay ərzində qiymətlərdə azalmalar qeydə alınıb:

“Bu ilin mart ayından etibarən ötən il qeydə alınmış artımların azalması müşahidə edilir və qiymət artımı sıfıra yaxınlaşır. Pandemiyanın ilin sonuna qədər davam edəcəyi ehtimal edilir. Bunun nəticəsində qiymətlərdə daha da azalmaların olması qaçılmaz olacaq. Qiymətlərin nə qədər azalması isə pandemiyanın müddətindən və karantinin dərinliyindən asılı olacaq”.

Nüsrət İbrahimovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0