İlqar Orucov

Ekspert: “Müasir ixtisasların tədrisi üçün peşəkar kadrlara ehtiyac var”

97
(Yenilənib 11:51 05.07.2020)
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyir ki, müasir əmək bazarının tələblərinə cavab verən ixtisaslara qəbul istiqamətində işlər görülməlidir
İlqar Orucov: “Dövrümüzdə kiber təhlükəsizlik sahəsində təhsilə xüsusi önəm verilir”

Dövlət İmtahan Mərkəzi (DİM) “Magistr” jurnalının 5-ci nömrəsini nəşr edib. Jurnalın bu nömrəsində 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olunanların siyahısı, ixtisaslaşmalar üzrə minimal keçid balları, o cümlədən dövlət sifarişi üzrə müsabiqə nəticəsində formalaşmış keçid balları və digər zəruri məlumatlar dərc olunub.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a deyir ki, yeni ixtisaslarla bağlı magistr qəbuluna rast gəlmədiyim üçün təəssüf edirəm:

“Xüsusilə, hazırkı zamanda müasir əmək bazarının tələblərinə cavab verən ixtisaslara qəbul istiqamətində işlər görülməlidir. Xarici ölkələrdə müxtəlif ixtisasların kəsişməsi ilə yaranan multidisiplinar istiqamətlərdə təhsil priotet sayılır. Dövrümüzdə informasiya təhlükəsizliyi və kiber təhlükəsizlik sahəsində təhsilə xüsusi önəm verilir. Düşünürəm ki, bizim ali təhsil müəssisələri də bu istiqamətlərdə işlərini qurmalıdır. Digər ortaya çıxan məqam isə bu istiqamətlərdə təhsilin qurulması üçün peşəkar professor-müəllim kadrlar heyətinin azlığıdır. Bunun da çıxış yolu tələbələrin müvafiq proqramlarla doktorantura pilləsi üzrə inkişaf etmiş ölkələrdə təhsil almasına şərait yaratmaqdır”.

İlqar Orucovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

97
Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov

Ekspert: “Əmlak bazarında ciddi dəyişikliklərin olacağı gözlənilmir”

11
(Yenilənib 14:24 27.11.2020)
Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov deyir ki, rəqabət müşahidə edilən ərazilərdə endirimləri görmək olar
Elnur Azadov: “Kirayə bazarında 20% endirim müşahidə edilir”

“Pandemiya ilə əlaqədar olaraq iqtisadi proseslərin dayanması daşınmaz əmlak bazarındakı qiymətlərə ciddi təsir etməyib”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov deyib.

O bildirib ki, bəzi tikinti şirkətləri inşaat prosesini davam etdirə bilmək üçün endirim aksiyalarına başlamışdılar:

“Bu ümumi bazara təsir göstərməsə də, rəqabət müşahidə edilən ərazilərdə endirimləri görmək olar. Kirayə bazarında isə 20% endirim müşahidə edilir. Bu baxımdan ilin sonuna qədər əmlak bazarında ciddi dəyişikliklərin olacağı gözlənilmir. Məcburi köçkünlərin qayıdışından sonra əmlak bazarında hansı vəziyyətin yaranması isə dövlət proqramından asılı olacaq”.

Elnur Azadovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

11
Politoloq Ramiyə Məmmədova

Politoloq: “ABŞ-ın yeni hökuməti İran siyasətini dəyişməyəcək”

18
(Yenilənib 10:08 29.11.2020)
Politoloq Ramiyə Məmmədova deyir ki, Bayden administrasiyasının Trampdan çox da fərqli siyasət yeridəcəyini düşünmür
Ramiyə Məmmədova: “Bayden hökuməti İrana yeni sanksiyalar tətbiq edilə bilər”

“ABŞ-ın yeni administrasiyasının hazırkı Prezident Donald Trampın İrana qarşı qəbul etdiyi qərarlarını tez bir zamanda ləğv edəcəyinə ümid edirik”. Bunu İran Prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında deyib.

Politoloq Ramiyə Məmmədova Sputnik Azərbaycan-a deyir ki, yanvarda Bayden hakimiyyəti işə başlayacaq, ancaq bu günə qədər ABŞ hökumətinin İran siyasəti dəyişməz qalır:

“ABŞ geopolitik maraqlarını bütün maraqlarından öndə tutur. Ona görə də Bayden administrasiyasının Trampdan çox da fərqli siyasət yeridəcəyini düşünmürəm. ABŞ bu yaxınlarda İran sərhədlərinin yaxınlığına qırıcı təyyarələr göndərib. Bu o deməkdir ki, İranı hələ də ABŞ təhdidi gözləyir. Bayden hökuməti İrana yeni sanksiyalar tətbiq edilə bilər”.

Ramiyə Məmmədovanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

18
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli

Putin Paşinyanla görüşməkdən imtina etdi

9
(Yenilənib 18:09 30.11.2020)
Məlumatda qeyd olunur ki, səfərin ləğv olunmasına səbəb baş nazirin Rusiya rəhbərliyi ilə yüksək səviyyədə görüşə dair razılığın əldə olunmaması olub.

BAKI, 30 noyabr — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri təxirə salınıb. Bu barədə Spuntik Azərbaycan "News.am"-a istinadən xəbər verir.

Məlumatda qeyd olunur ki, səfərin ləğv olunmasına səbəb baş nazirin Rusiya rəhbərliyi ilə yüksək səviyyədə görüşünə dair razılığın əldə olunmaması olub.

"Ermənistanın Paşinyan – Putin görüşünü təşkil etmək cəhdləri iflasa uğrayıb. Ermənistan baş nazirinin protokol rəhbəri geri – Yerevana çağırılıb", - deyə məlumatda bildirilir.

 

9
Teqlər:
imtina, görüş, Nikol Paşinyan, Vladimir Putin, Ermənistan, Rusiya