Politoloq Fikrət Sadıxov

Fikrət Sadıxov: “Azərbaycanın pandemiya ilə mübarizəsi beynəlxalq səviyyədə dəstəklənir”

63
(Yenilənib 10:34 30.06.2020)
Politoloq Fikrət Sadıxov deyir ki, dövlətlər Prezident İlham Əliyevin təşəbbüsünə dəstək verməklə çoxtərəfli əməkdaşlığa münasibətlərini ifadə etdilər
Fikrət Sadıxov: “Bu bəla ilə sistemli mübarizə aparmaq lazımdır”

“Azərbaycanın koronavirus pandemiyası ilə sistemli mübarizəsi bir çox dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir”. Bunu Sputnik Azərbaycan-a politoloq Fikrət Sadıxov deyib.

Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin BMT-nin xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü təşkilatın onlarla üzv ölkəsi tərəfindən dəstəklənib:

“Bu ümumi bəladır və sistemli mübarizə aparmaq lazımdır. Reallıq budur ki, dövlətlər bu təşəbbüsə dəstək verməklə çoxtərəfli əməkdaşlığa münasibətlərini ifadə etdilər və bu əməkdaşlıq birgə səylərin vacibliyini önə çıxarır. Təbii ki, bu təşəbbüsün dəstək almasında Azərbaycan Prezidentinin nüfuzu önəmli rol oynayır”.

Qeyd edək ki, Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsü 130-a qədər BMT-yə üzv dövlət tərəfindən dəstəklənib.

Fikrət Sadıxovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

63

Ekspert: “Valideynlər bəzi tövsiyələri yerinə yetirsələr, yaxşı olar”

24
Təhsil ekpserti Kamran Əsədov deyir ki, məsafədən təhsil formasında təhsilin əlçatanlığı və müəyyən bilik-bacarıqların aşılanması baxımından problemlər var
Kamran Əsədov: “Şagirdlər birdən-birə adaptasiya ola bilməyəcəklər”

Nazirlər Kabineti Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə qərar verib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində fevralın 1-dən tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili təmin ediləcək.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, fevralın 1-dən məktəblərin yenidən açılması sevindiricidir:

“Çünki artıq 4 aya yaxındır, şagirdlərimiz məsafədən təhsil prosesinin iştirakçısıdırlar. Etiraf etmək lazımdır ki, bu cür təhsil formasında təhsilin əlçatanlığı və müəyyən bilik-bacarıqların aşılanması baxımından problemlər var. Şagirdlər uzun müddətdir ki, təhsildən kənarda qalıblar və onlar birdən-birə adaptasiya ola bilməyəcəklər. Bu baxımdan valideynlər bəzi tövsiyələri yerinə yetirsələr, yaxşı olar”.

Kamran Əsədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

24
Professor Çingiz İsmayılov

Professor: "Polietilen paketlərlə bağlı xarici ölkələrin təcrübəsinin tətbiqi düzgün olar"

16
(Yenilənib 09:57 25.01.2021)
Xəzər Araşdırmaları Mərkəzinin rəhbəri, professor Çingiz İsmayılov deyir ki, inkişaf etmiş ölkələrdə ticarət mərkəzləri polietilen əvəzinə kağız paketlərlə təmin edilir
Çingiz İsmayılov: “Polietilen paketləri ləğv edərkən, əvəzedicisini də düşünmək lazım idi”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə nazirliyin “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı”nda qalınlığı 15 mikrondan çox olan polietilen paketlərin alıcılara ödənişli təqdim olunması ilə bağlı təkliflər hazırlandığını və aidiyyəti qurumlarla razılaşdırılaraq hökumətə təqdim olunduğunu bildirib.

Xəzər Araşdırmaları Mərkəzinin rəhbəri, professor Çingiz İsmayılov Sputnik Azərbaycan-a deyir ki, polietilen paketlərin ləğv edilməsi ilə bağlı qərar verərkən onu nə ilə əvəz etməklə bağlı da düşünmək lazımdır:

“İnkişaf etmiş ölkələrdə ticarət mərkəzləri polietilen əvəzinə kağız paketlərlə təmin edilir. Bunun bizim ölkəmizdə də tətbiq edilməsi düzgün olardı. Çünki Balaxanıda yerləşən tullantıların emalı müəssisəsi belə kağız paketləri təkrar emal etmək imkanına sahibdir. Əgər bu məsələ həll olunubsa, bu çox təqdirəlayiq addımdır. Amma əksi olduğu təqdirdə problemlər yaradacaqdır”.

Qeyd edək ki, yanvarın 1-dən çox nazik, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların istifadəsinə qadağa qoyulub.

Çingiz İsmayılovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

16
Kadir Doğulu və Neslihan Atagül

"Səfirin qızı" rolunun ifaçısı serialdan ayrılıb

0
(Yenilənib 06:58 26.01.2021)
Neslihan Atagülun son durumu "Instagram" izləyicilərini məyus edib və onlar aktrisaya şəfa diləyiblər.

BAKI, 26 yanvar — Sputnik. Səhhətində ciddi problemlər yarandığı üçün "Sefirin Kızı" serialından ayrılan Neslihan Atagül ilə bağlı yeni xəbər var.

Sputnik Azərbaycan xəbər verir ki, aktrisanın xəstəxanadan görüntüsü yayılıb. Onun bu halı "Instagram" izləyicilərini məyus edib və onlar aktrisaya şəfa diləyiblər. Aktrisa xəstəxanadan video çəkərək hazırda vəziyyətinin yaxşı olduğunu, müalicənin davam edəcəyini bildirib.

Məlumat üçün bildirək ki, gənc aktrisa bağırsaq sızması sindromundan əziyyət çəkir. Bu səbəbdən sürətlə arıqlayan Neslihan hətta çəkilişlərə son verib və "Sefirin kızı" serialından ayrılıb.

0