Elxan Ələsgərov

Politoloq: “Liviyanı Türkiyə-Rusiya müttəfiqliyi xilas edə bilər”

97
(Yenilənib 10:30 25.06.2020)
“Baku Network” Ekspert şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov deyir ki, Türkiyənin Liviyadakı fəaliyyəti Rusiyanın Suriyadakı fəaliyyəti ilə paralellik təşkil edir
Elxan Ələsgərov: “Rusiya və Türkiyə təcrübəyə malikdir”

“Liviyada qanuni hökumətlə Türkiyənin müttəfiqliyi ölkə ərazisinə nəzarət etməyə imkan verir”. Bunu Sputnik Azərbaycan-a “Baku Network” Ekspert şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov deyib.

Politoloq bildirir ki, Türkiyənin Liviyadakı fəaliyyəti Rusiyanın Suriyadakı fəaliyyəti ilə paralellik təşkil edir:

“Hazırkı şəraitdə Türkiyənin qanuni hökumətlə müttfiqliyi Rusiyanın mövqeyi ilə ziddiyyət təşkil etsə də, düşünürəm ki, bu vəziyyət Suriya böhranında olduğu kimi həll edilə bilər. Rusiya və Türkiyə belə bir təcrübəyə malikdir. Bu iki ölkənin anlaşması  Liviyanı dağıdıcı müharibədən xilas edə bilər”.

Elxan Ələsgərovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

97

Anar Kərimov: “Ermənistan məsuliyyət daşımalı bütün təzminatları ödəməlidir”

73
(Yenilənib 02:22 24.11.2020)
Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyir ki, azad olunmuş torpaqlara qiymətləndirmə missiyası göndəriləcək, dəymiş ziyan hesablanacaq və bunun əsasında beynəlxalq təşkilatlara və məhkəmələrə müraciət olunacaq
Anar Kərimov: “Ermənistan məsuliyyət daşımalı və bütün təzminatları ödəməlidir”

“Aparılmış monitorinqlərin ilkin nəticələrinə əsasən işğaldan azad edilmiş rayonlarda 151 mədəniyyət müəssisəsi, o cümlədən 72 kitabxana, 62 mədəniyyət evi və klub, 8 muzey, 9 uşaq musiqi məktəbinin olduğu dəqiqləşdirilib”. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.

“Bu müəssisələrin hamısı dağıdılmış vəziyyətdədir. Bu nəinki beynəlxalq hüquqa, həm də insani dəyərlərə, İslama zidd bir fəaliyyətdir. Biz beynəlxalq ekspertləri dəvət edəcəyik və saxtalaşdırılmış tarixi abidələrdə olan faktları qeydiyyatdan keçirəcəyik. Beynəlxalq mətbuatda ermənilər tərəfindən bir qarayaxma kampaniyası başlanıb. Təəssüflər olsun ki, bir çox təşkilatlar bu kampaniyanın tərkib hissəsinə çevriliblər. Biz mənşəyindən asılı olmayaraq bütün abidələrimizi, o cümlədən islam və xristian abidələrimizi qoruyub bərpa edəcəyimiz barədə bəyanatlar vermişik. Azad olunmuş torpaqlara qiymətləndirmə missiyası göndəriləcək, dəymiş ziyan hesablanacaq və bunun əsasında beynəlxalq təşkilatlara və məhkəmələrə müraciət olunacaq. Təbii ki, Ermənistan bununla bağlı məsuliyyət daşımalı və bütün təzminatları ödəməlidir” – deyə Anar Kərimov bildirib.

Anar Kərimovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

73
Mübariz Əhmədoğlu, politoloq

Politoloq: “İran ABŞ-ın şərtlərinə əməl etsə, münasibətlər normallaşa bilər”

21
(Yenilənib 14:59 23.11.2020)
Politoloq Mübariz Əhmədoğlu deyir ki, bu iki ölkənin gələcək münasibətlərindən danışarkən İranın iqtisadi cəhətdən geriləməsini kənara qoymaq olmaz
Mübariz Əhmədoğlu: “Bayden prezident kürsüsündə oturan kimi İranı təhlil edəcək”

ABŞ rəhbərliyi ölkəsinin təktərəfli sanksiyalarına şamil olan İran fiziki və hüquqi şəxslərinin siyahısını növbəti dəfə genişləndirib. Bu barədə ABŞ Maliyyə Nazirliyi bildirib.

Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, ABŞ-ın İrana qarşı siyasətini  nəzərdən keçirərkən 4 il əvvəl Trampın hakimiyyətə gəldiyi dövrü xatırlamaq lazımdır:

“Tramp elə vəziyyət yaradır ki, Bayden hakimiyyətə gəlsə də, yeni administrasiya İranla münasibətləri normallaşdırmağa çətinlik çəksin. Bu iki ölkənin gələcək münasibətlərindən danışarkən İranın iqtisadi cəhətdən geriləməsini kənara qoymaq olmaz. Bayden prezident kürsüsündə oturan kimi İranı təhlil edəcək. O, İranın qarşısına şərt qoyacaq ki, bu ölkə qonşu dövlətlər üçün təhlükə yaratmasın. İran Baydenin şərtlərini qəbul etsə, ABŞ İranla əməkdaşlıq edə bilər”.

Mübariz Əhmədoğlunun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

21
Teqlər:
normallaşma, şərtlər, münasibətlər, İran, ABŞ
Əlində plastik torba olan kişi, arxiv şəkli

"Can rahatlığı"na əlvida: torba olacaq, çəngəl-qaşıq

0
(Yenilənib 16:35 24.11.2020)
Qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, birdəfəlik plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilir

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 24 noyabr — Sputnik. Azərbaycanda gələn ildən polietilen torbalar və plastik məmulatların satışı qadağan ediləcək.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında ikinci oxunuşda müzakirə edilən "Ətraf mühitin mühafizəsi haqqında" qanun layihəsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.

Qeyd edilib ki, layihə ölkə Prezidentinin 2019-cu il 7 fevral tarixli "Azərbaycanda plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı"na əsasən hazırlanıb. Qalınlığı az olan plastik torbalar çürüməyə qarşı davamlı olduğu üçün təbiətin çirklənməsində daha böyük rol oynayır.

Sənədə təklif olunan dəyişiklikdə qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilir.

Bu Qanunun müddəaları polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən,  birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanlara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minir.

İclasda həmçinin İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsi də müzakirə edilib. Təklif olunan dəyişikliklər "Ətraf mühitin mühafizəsi haqqında" qanun layihəsinə edilən dəyişikliklərə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi ilə bağlı müddəaların pozulmasına görə inzibati məsuliyyət hallarını özündə ehtiva edir.

Hər iki dəyişiklik müzakirələrdən sonra səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

0
Teqlər:
qadağa, polietilen torbalar, plastik qablar, plastik, qərar, Milli Məclis, Azərbaycan