Millət vəkili Musa Quliyev

Yas yeri elədir ki, burada cərimələr tətbiq etmək olmaz Musa Quliyev

94
(Yenilənib 10:13 14.06.2020)
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyir ki, əsasən rayonlarda kütləvi şəkildə yas mərasimlərinin keçirilməsi müşahidə olunur ki, burada da çoxlu sayda yoluxma baş verir
Yas yerlərində məhdudlaşmalar tətbiq edilə bilər – Musa Quliyev belə deyir

Yas yerlərində koronavirusa yoluxmaların çoxalması ciddi narahatlıq doğurur. Təəssüflər olsun ki, xəbərdarlıqlara baxmayaraq, vətəndaşlarımız koronavirusla mübarizədə lazımi məsuliyyət nümayiş etdirmirlər. Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, əsasən rayonlarda, kəndlərdə kütləvi şəkildə yas mərasimlərinin keçirilməsi müşahidə olunur ki, burada da çoxlu sayda yoluxmalar baş verir:

“Hesab edirəm ki, bu məsələdə bir neçə istiqamətdə ləngimədən iş aparmaq lazımdır. Ya Qafqaz Müsəlmanları İdarəsi fətva verməlidir, ya vətəndaşlara müraciət etməlidir, yaxud da onların tabeliyində olan din xadimlərinin vasitəsilə yas mərasimlərinin keçirilməsinin məhdudlaşdırılması üçün tədbirlər görülməlidir. Yas mərasimlərində iştirak edən insanların cərimələnməsini doğru hesab etmirəm. Yas yeri elədir ki, burada cərimələr tətbiq etmək olmaz, bu bir az bizim ənənələrimizə uyğun deyil. Amma hər halda yas çadırlarını kirayə verən şirkətlər, şəxslər, mərasim yerlərinin sahiblərinə cərimələr tətbiq oluna bilər”.

Musa Quliyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

94
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (373)
Əlaqədar
Əzrayılın köməkçiləri: ehsan boşqabını sayanlar, ürəyiyuxa polis və öldürücü mehribanlıq
Bir yerə yığışmağın acı fəsadı: Toyda 40 nəfər koronavirusa yoluxdu
Polisdən müraciət: evdən çıxmaq istəsəniz...
Virusdan ölən Xalq artistinin "izdihamsız" dəfn görüntüləri yayıldı - VİDEO
Azərbaycanda gənc iş adamı COVID-19-dan vəfat edib

Samir Dübəndi: “Məhdudiyyətlərin götürülməsi turizm mövsümünü uzatdı”

33
(Yenilənib 15:53 24.09.2020)
DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyir ki, sentyabrın 8-dən etibarən ölkə ərazisində sərbəst hərəkətə icazə verilməsi bölgələrdə yerləşən otellərin fəaliyyətinə müsbət təsir göstərib
Samir Dübəndi: “Şəhər otelləri pandemiya zamanı çətinliklər yaşadı”

“Hətta sərt karantin dövründə belə otellərin fəaliyyətinə qadağa qoyulmamışdı. Otellər məcburiyyət qarşısında qalıb fəaliyyətini dayandırmışdı”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyib.

O bildirib ki, Azərbaycan turizmi son illər gəlmə turizmi istiqamətində uğurlar qazanıb:

“Lakin pandemiya şəraitində bu mümkün olmadığı üçün turizm sektoru ziyan çəkib. Xüsusən də şəhər otelləri bu baxımdan çətinliklər yaşayır. Sentyabrın 8-dən etibarən ölkə ərazisində sərbəst hərəkətə icazə verilməsi bölgələrdə yerləşən otellərin fəaliyyətinə müsbət təsir göstərib. Uzun müddət sərt karantin rejimində yaşamış insanlar istirahət zonalarına üz tuturlar. Məhdudiyyətlərin götürülməsi başa çatmış yay mövsümünü turizm üçün bir qədər də uzatdı. Ona görə də hazırda həftə sonları bölgələrdə yerləşən turizm mərkəzlərində boş yerlər tapmaq çətindir”.

Samir Dübəndinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

33
Politoloq Əhməd Əlili

Politoloq: “Moskva Bakı çalışır ki, region silah anbarına çevrilməsin”

69
(Yenilənib 10:16 24.09.2020)
Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru, politoloq Əhməd Əlili deyir ki, təhlükəsizliyin qorunması və təmin edilməsi üçün iki ölkə arasında qarşılıqlı yardımlaşma və koordinasiyalı fəaliyyət daim yüksək səviyyədə olub
Əhməd Əlili: “Regional təhlükəsizlik hər iki ölkə üçün xüsusi önəm kəsb edir”

“Çox şadıq ki, Azərbaycan və Rusiya arasındakı münasibətlər bütün istiqamətlərdə inkişaf edir”. Bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova ilə görüşündə deyib.

Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru, politoloq Əhməd Əlili Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan və Rusiyanı bir çox məqamlar birləşdirir:

“Regional təhlükəsizlik məsələləri hər iki ölkə üçün xüsusi önəm kəsb edir. Təhlükəsizliyin qorunması və təmin edilməsi üçün iki ölkə arasında qarşılıqlı yardımlaşma və koordinasiyalı fəaliyyət daim yüksək səviyyədə olub. Bu baxımdan son səfər baş verənləri aydınlaşdırmaq üçn çox vacibdir. Moskva və Bakı çalışır ki, region silah anbarına çevrilməsin”.

Politoloqun  geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

69
ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

Trampa elə sərt cavab verdilər ki: "Türkiyədə deyilsiniz"

0
(Yenilənib 13:57 25.09.2020)
Tramp çərşənbə günü keçirdiyi mətbuat konfransında seçkilərdə məğlub olarsa, vəzifəsini dinc yolla rəqibinə verib-verməyəcəyi ilə bağlı suala "vəziyyətə görə baxarıq" cavabını verib.

BAKI, 25 sentyabr — Sputnik. Bura Amerikadır, bura demokratik ölkədir. Sputnik Türkiyə xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan sədri Nensi Pelosi Prezident Donald Trampın seçkilərdə məğlub olarsa, vəzifəsindən dinc yolla gedib-getməyəcəyinə dair sualı cavablandırmaqdan yayınması məsələsinə münasibət bildirərkən qeyd edib.

Vaşinqtonda üçüncü ən nüfuzlu şəxs hesab olunan Pelosi Rusiya Prezidenti Vladimir Putin, Şimali Koreya lideri Kim Çen Inı və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı nümunə göstərərək, qeyd edib ki, "Trampın hökumətdəki rolunu uzun müddət artıranlara simpatiya bəsləyir".

"Amma sizə bunu xatırlatmaq istəyirəm. Cənab Prezident Şimali Koreyada deyilsiniz, Türkiyədə deyilsiniz, Rusiyada deyilsiniz, Səudiyyə Ərəbistanında deyilsiniz. Bura Amerikadır, bura demokratik ölkədir", - deyə Pelosi qeyd edib.

O, eyni zamanda Trampı öz prezidentlik səlahiyyətlərini yerinə yetirməyə çağırıb.

Qeyd edək ki, Tramp çərşənbə günü keçirdiyi mətbuat konfransında seçkilərdə məğlub olarsa, vəzifəsini dinc yolla rəqibinə verib-verməyəcəyi ilə bağlı suala "vəziyyətə görə baxarıq" cavabını verib.

O, daha əvvəl seçkinin nəticələrini qəbul edib-etməyəcəyi ilə bağlı sualı da cavabsız qoymuşdu.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-ü baş tutacaq. Seçkidə əsas mübarizə ABŞ-ın hazırkı prezidenti Donald Tramp və Demokratlar partiyasının namizədi Co Bayden arasında gedəcək.

0
Teqlər:
Amerika, Səudiyyə Ərəbistanı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Şimali Koreya lideri Kim Çen In, Rusiya prezidenti Vladimir Putin, Türkiyə, ABŞ-ın dövlət başçısı Donald Tramp, ABŞ prezidenti Donald Tramp, Donald Tramp
Əlaqədar
Tramp İranı təhdid etdi – "1000 qat cavab verəcəksiniz"
Tramp “kartları” açır: Rusiya onu prezident görmək istəyir
Tramp seçkiləri rus təyyarə və silahlarının hesabına qazanmaq istəyir - FOTO
Tramp telefon zənginə görə mətbuat konfransını yarımçıq kəsib
Tramp prezident seçkiləri üçün ən böyük təhdidi açıqladı