Ekspert Aydın Quliyev

Siyasi ekspert korrupsiya ilə mübarizə çərçivəsində görülən işləri şərh edir

60
(Yenilənib 10:46 23.05.2020)
Siyasi ekspert Aydın Quliyev Sputnik Azərbaycan-a deyir ki, prezidentin atdığı addımlar ictimai rəyə uyğundur
Aydın Quliyev: “Korrupsiya ilə mübarizənin davam etdirilməsinə ehtiyac var”

“Ünvanlı sosial yardımın verilməsindənsə sahibkarlığı inkişaf etdirmək daha yaxşı olardı. 5 rayonda icra hakimiyyəti rəhbərlərinin həbsi sübut etdi ki, biz bu problemdən qurtulmaq üçün sahibkarlığı inkişaf etdirməliyik. İcra başçıları həbs olunmayan rayonlarda da bu problem qalmaqdadır”. Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı millət vəkili Zahid Oruc deyib.

Siyasi ekspert Aydın Quliyev Sputnik Azərbaycan-a deyir ki, hazırkı şəraitdə ölkədə korrupsiya ilə bu formada mübarizənin aparılması ictimai rəyin tələbləridir:

“Formalaşmış şəraitə görə prezidentin atdığı addımlar ictimai rəyə uyğundur. Korrupsiya ilə mübarizə çərçivəsində atılacaq addımların ardıcıllığının təmin edilməsi iki şeydən asılıdır. O cümlədən, müşahidələr göstərir ki, həm yerli, həm də mərkəzi icra orqanlarında korrupsiya ilə mübarizənin davam etdirilməsinə ehtiyac var”.

Aydın Quliyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

60
Qurban Qurbanov, arxiv şəkli

Qurban Qurbanov: “Fikrimiz Azərbaycan əsgərlərinin yanındadır”

19
(Yenilənib 16:01 22.10.2020)
“Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov deyir ki, futbolçuları oyuna motivasiya etməyə çalışırıq
Qurban Qurbanov: ““Makkabi”nin yaxşı oyun fəlsəfəsi var”

“Rəqibimizin Çempionlar Liqasında həm Belarusun “Dinamo” (Brest), həm də Avstriyanın “Zaltsburq” komandaları ilə keçirdiyi matçları izləmişəm. Özünəməxsus oyun taktikası olan komandadır”.

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İsrailin paytaxtı Təl-Əvivdə “Makkabi”yə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının I qrupunun ilk tur matçı barədə danışarkən deyib.

O bildirib ki, rəqibin hansısa futbolçusunu fərqləndirmək istəmir: ““Makkabi”nin yaxşı oyun fəlsəfəsi var. Hazırda Qarabağda müharibə getdiyi üçün fikrimiz Azərbaycan əsgərlərinin yanındadır. Ordumuz torpaqlarımızın işğaldan azad olunması üçün mübarizə aparır. Hər gün cəbhədən xoş xəbərlər gəlir. Biz də futbolçularımızı oyuna motivasiya etməyə və sərfəli nəticə qazanmaq üçün əlimizdən gələni etməyə çalışırıq”.

Qeyd edək ki, bu gün “Blumfild” stadionunda keçiriləcək “Makkabi” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qurban Qurbanovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

19
Politoloq İlqar Vəlizadə

Politoloq: “Vaşinqton görüşü Minsk qrupunun sonrakı fəaliyyətinə təsir edə bilər”

40
(Yenilənib 10:22 22.10.2020)
Politoloq İlqar Vəlizadə deyir ki, ABŞ Minsk qrupunun həmsədr ölkəsi kimi münaqişənin həlli üçün təsirli rola malikdir
İlqar Vəlizadə: “ABŞ öz rolunda düzəlişlər etmək niyyətindədir”

Oktyabrın 23-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Mayk Pompeo, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşünün keçirilməsi nəzərdə tutulur.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, ABŞ münaqişənin gərgin mərhələsində öz rolunu dəqiqləşdirmək və düzəlişlər etmək niyyətindədir:

“Mayk Pompeo Ceyhun Bayramovla cari vəziyyəti və birgə addımların atılması haqqında müzakirələr aparacaq. ABŞ Minsk qrupunun həmsədr ölkəsi kimi münaqişənin həlli üçün təsirli rola malikdir. Bu görüş Minsk qrupunun sonrakı fəaliyyətinə də müsbət təsir edə bilər”.

Qeyd edək ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xətti zonasında yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi növbəti dəfə intensiv atəşə tutmasına və təcavüzkar əməllərini davam etdirməsinə cavab olaraq Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmri ilə düşmənə qarşı indiyədək misli görünməmiş əks-hücum əməliyyatına başlayıb.

Politoloqun  geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

40
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Hikmət Hacıyevdən Paşinyana cavab: Münaqişənin danışıqlar yolu ilə həllini dəstəkləyirik
Paşinyan indi də İranı Qarabağ münaqişəsinin həllinə çəkmək istəyir
Makron Putinə zəng etdi: Mövzu Qarabağdır
XİN: Ceyhun Bayramovun Vaşinqtonda Pompeo və həmsədrlərlə görüşü gözlənilir
İlham Əliyev: İndi baş verənlərin bütün təqsiri şəxsən Paşinyanın üzərindədir
 “TOÇKA-U” raketinin buraxılışı, arxiv şəkli

Beynəlxalq təşkilatlar rayonlarımızın raket atəşinə tutulması barədə məlumatlandırılıb

0
Ermənistan ərazilərindən döyüş əməliyyatları zonasından aralıda yerləşən Qəbələ, Kürdəmir və Siyəzən rayonlarında yaşayan dinc əhalinin və mülki infrastrukturun raket zərbələrinə məruz qalması diqqətə çatdırılıb

BAKI, 22 oktyabr - Sputnik. Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov tərəfindən ölkəmizdə akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün bu gün növbəti brifinq verilib.
Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən daxil olan məlumata görə, brifinqdə qonaqlara Ermənistan Respublikasının münaqişədə birbaşa iştirakı, Ermənistan ərazilərindən döyüş əməliyyatları zonasından aralıda yerləşən Qəbələ, Kürdəmir və Siyəzən rayonlarında yaşayan dinc əhalinin və mülki infrastrukturun raket zərbələrinə məruz qalması, eləcə də humanitar atəşkəs razılığına əməl etməyərək açıq şəkildə onu pozması haqqında ətraflı məlumat verilib.
Əlavə olaraq, işğaldan azad olunmuş Cəbrayıl, Füzuli və Zəngilan rayonlarının ərazilərində olan inzibati yaşayış mərkəzlərinin, tarixi-memarlıq və dini abidələrinin dağıdılması və talan edilməsi, eləcə də döyüş texnikasının tibbi təyinatlı texnika adı altında döyüşlərdə istifadə edilməsi barədə də məlumat diqqətə çatdırılıb.

0
Teqlər:
Azərbaycan Müdafiə Nazirliyi, Siyəzən, Kürdəmir, Qəbələ, raket zərbələri, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
İsrail səfiri Gəncədə: “Qurbanların başına gələnləri dinləmək ürəyimi ağrıdır”
Qəbələnin atəşə tutulması nəticəsində bir nəfər xəsarət alıb
Prezidentin köməkçisi: "Qəbələyə raketlər Qafan və Cermuk bölgələrindən atılıb"
Hikmət Hacıyev Ermənistanın Qəbələ, Kürdəmir və Siyəzənə raket atəşi barədə
Ermənistan ərazisindən Siyəzən, Qəbələ və Kürdəmir raket atəşinə tutulub