Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Karantindən sonra turizm obyektləri necə fəaliyyət göstərəcək - Kənan Quluzadə danışır

Abunə olmaq
Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyir ki, əsas kriteriya insanların sağlamlığının qorunub təmin edilməsidir
Karantindən sonra turizm obyektləri necə fəaliyyət göstərəcək - Kənan Quluzadə danışır

“Xüsusi sanitar-gigiyena qaydalarının tətbiqi üçün SAHMAN proqramı təklif edilib ki, bu proqramın tətbiqi nəticəsində Azərbaycan turizminin rəqabət imkanları daha da artırılacaq”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə AZƏRTAC-a müsahibəsində bildirilib.

Kənan Quluzadə deyib ki, turizmin bərpası xüsusi kriteriyalarla olacaq:

“Əsas kriteriya insanların sağlamlığının qorunub təmin edilməsidir ki, həm kafe və restoranlarda, həm mehmanxana və mehmanxana tipli obyektlərdə, turislərə xidmət göstərən nəqliyyat vasitələrində xüsusi qaydaların tətbiq edilməsi təklif edilib və həmin qaydalara riayət edən obyektlərin üzərində SAHMAN leybli vurulacaq. Biz yerli otellərlə, turizm şirkətləri, turizm assosiasiyaları ilə danışıqlar aparırıq ki, əhali üçün qiymətlər sərfəli olsun, hər kəz öz büdcəsinə uyğun olaraq həm regionlarda, həm Bakıda səhayətlərini qura bilsinlər. Bakı otelləri də bu dövrdə şərait yaratsalar ki, Bakıya gələn insanlar öz büdcələrinə uyğun otellərin xidmətlərindən bəhrələnsinlər, əlbəttə, bu istiqamət də inkişaf edə bilər”.

Kənan Quluzadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0