Elşad Məmmədov

İqtisadiyyatın rəqəmsallaşdırılması ilə nəticələnə bilər - professor şərhi

55
(Yenilənib 11:01 16.05.2020)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, rəqəmsallaşma ilə bağlı bütün müsbət və mənfi amillər ciddi təhlil edilməlidir
Elşad Məmmədov: “Rəqəmsal iqtisadiyyatın tətbiqi müsbət nəticələr verməkdədir”

“Hazırda dünya iqtisadiyyatı yeni imkanlar vəd edən rəqəmsallaşma prosesindədir. Buna görə də iqtisadiyyatın rəqəmsallaşması uzunmüddətli məqsəd kimi qarşıya qoyulub”. Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Fransa Sahibkarlar Təşkilatı (MEDEF) və Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə vebinar formatında keçirilən işgüzar görüşdə deyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi zəruridir:

“Rəqəmsal iqtisadiyyatın tətbiqi bir çox amillər üzrə müsbət nəticələr verməkdədir. Şübhəsiz ki, rəqəmsallaşma iqtisadi inkişafa xidmət etməlidir. Rəqəmsallaşma ilə bağlı bütün müsbət və mənfi amillər ciddi təhlil edilməlidir. Bu proses biznesin daha da çevik reallaşdırılmasına və iqtisadi artıma xidmət etməlidir”.

Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

55
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu

Politoloq: “İrandan silah alacaq ölkələr ABŞ sanksiyaları ilə üzləşə bilər”

25
(Yenilənib 10:24 21.10.2020)
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, silah embarqosunun ləğvinə baxmayaraq hansısa ölkənin İrandan silah alacağına inanmır
Elxan Şahinoğlu: “İran müasir silah texnologiyaları almağa çalışacaq”

“Silah embarqosunun ləğvindən sonra rəsmi Tehran silah almağı yox, əksinə, külli miqdarda silah satmağı planlaşdırır”. Bunu İranın Müdafiə naziri, briqada generalı Əmir Hatəmi bildirib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, İranın hər zaman müasir silah texnologiyalarına ehtiyacı olub və indi də var:

“Silah embarqosunun ləğvinə baxmayaraq hansısa ölkənin İrandan silah alacağına inanmıram. Bunun nəticəsi olaraq həmin ölkələr ABŞ sanksiyaları ilə üzləşə bilər. Bununla belə İran özünə tərəfdar qrupları silahlandırmağa davam edəcək. İran çalışacaq ki, Rusiyadan və ya hansısa Avropa ölkəsindən müasir silah texnologiyaları alsın. Problem burasındadır ki, hazırda İran iqtisadiyyatı ağır günlərini yaşayır və hansı pulla bu texnologiyaların idxal ediləcəyi sual altındadır”.

Elxan Şahinoğlunun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

25
Təhsil eksperti Kamran Əsədov

Ekspert: "Azərbaycan təhsili 28 ildir müharibənin ağrısını hiss edirdi"

33
(Yenilənib 10:20 20.10.2020)
Təhsil eksperti Kamran Əsədov deyir ki, ordumuzun keçirdiyi əks-hücum əməliyyatları düşmən tərəfini daha da azğınlaşdırıb
Kamran Əsədov: “Torpaqlarımızın azad edilməsi təhsilimizə müsbət təsir göstərəcək”

Sentyabrın 27-dən başlayan düşmən hücumları nəticəsində 40-a yaxın məktəb dağıntılara məruz qalıb. Bunu Təhsil naziri Emin Əmrullayev Operativ Qərargahın brifinqində deyib.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan təhsili 28 ildir müharibənin təsirini, ağrısını hiss edirdi:

“Cəbhəyanı ərazilərimizdəki təhsil müəssisələri mütəmadi olaraq düşmənin hədəfinə çevrilirdi. Hazırda ordumuzun keçirdiyi əks-hücum əməliyyatları düşmən tərəfini daha da azğınlaşdırıb. Onlar yenə də məktəbləri, sivil yaşayış məntəqlərini mütəmadi atəşə tuturlar. Ordumuzun torpaqları işğaldan azad etməsi Azərbaycan təhsilinə psixoloji olaraq müsbət təsir göstərəcək”.

Kamran Əsədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

33
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Ekspert: “Yeni təhsil ili kirayə mənzil bazarında aktivlik yaratmayıb”
Nazirdən sabah ad günü olacaq Nigarla bağlı paylaşım
Gəncədə orta məktəb ciddi dağıntılara məruz qalıb - Nazirlik
Nazir icazə verdi: Repetitorlar fəaliyyətlərini davam etdirə bilərlər
Müharibəyə gedən tələbələrin aqibəti necə olacaq? Nazir açıqladı
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda son sutkada 714 nəfər koronavirusa yoluxdu - Yenə rekord

0
(Yenilənib 15:17 21.10.2020)
Aktiv xəstə sayı 5 503 nəfərdir. Ötən müddət ərzində 1 milyon 250 min 736 test aparılıb. Bugünkü test sayı isə 9 072-dir.

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycanda bu gün koronavirus infeksiyasına 714 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 7 nəfər COVID-19-dan vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 46 min 593 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 448 nəfər müalicə olunaraq sağalıb, 642 nəfər vəfat edib. Aktiv xəstə sayı 5 503 nəfərdir. Ötən müddət ərzində 1 milyon 250 min 736 test aparılıb. Bugünkü test sayı isə 9 072-dir.

0