CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixçi alim faşizm üzərində qələbədə Azərbaycanın rolundan danışır

Abunə olmaq
Tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev deyir ki, Azərbaycan ərazisində hərbi əməliyyatlar olmasa da, ölkəmiz qələbəyə öz töhfəsini vermişdi
İlqar Niftəliyev: “İkinci dünya müharibəsi xalqımızın tarixində dərin iz qoyub”

“İkinci dünya müharibəsi XX əsrin ən böyük hadisəsi idi, çünki bu müharibənin nəticələri dünyanın sonrakı inkişafına çox böyük təsir etdi”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev deyil.

“Azərbaycan ərazisində hərbi əməliyyatlar olmasa da, ölkəmiz qələbəyə öz töhfəsini vermişdi. Azərbaycan əsgərləri partizan hərəkatında fəal iştirak etmişdilər. Bu gün hamının gəldiyi ümumi nəticə belədir ki, Bakı nefti olmasaydı, faşizm üzərində qələbə mümkün olmazdı. İkinci Dünya Müharibəsi xalqımızın tarixində dərin iz qoyub. Baxmayaraq ki, artıq Sovet İttifaqı yoxdur, ancaq biz hər il qələbə gününü qeyd edirik”, – deyə tarixçi bildirib.

Qeyd edək ki, mayın 9-da alman faşizmi üzərində tarixi qələbədən 75 il keçir. 1941-ci il iyunun 22-də Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. 1945-ci il mayın 9-da — Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilib və SSRİ-nin bayrağının sancılması ilə faşizm zülmü başa çatıb.

İlqar Niftəliyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0