Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Korrupsiya ilə mübarizə ciddi dəyişikliklərə səbəb olacaq - Əliməmməd Nuriyev danışır

© Sputnik / Murad Orujov“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev - Sputnik Azərbaycan
Abunə olmaq
“Konstitusiya” Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev deyir ki, yeni idarəetmə mədəniyyətinin mənimsənilməsi ilə bağlı məmurların problemləri var
Əliməmməd Nuriyev: “Azərbaycan dövləti prioritetlərini müəyyənləşdirib”

“Bu gün ölkəmizdə gedən proseslər göstərir ki, korrupsiyaya qarşı mübarizə davam edəcək”. Sputnik Azərbaycan xəbər verir ki, bunu “Konstitusiya” Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev deyib.

Əliməmməd Nuriyev bildirib ki, bu sahədə hər hansı güzəşt olmayacaq: “Azərbaycan dövləti prioritetlərini müəyyənləşdirib. Bunlar şəffaflıq, hesabatlılıq, dövlət əmlakına münasibətdə qənaətcil davranış və məmurların vəzifələrinə məsuliyyətlə yanaşmasıdır. Prezident vəzifəyə təyin etdiyi bütün məmurlara işin necə görülməli olduğunu izah edir. Bu tapşırıqlar sanki manifestdir. Yeni idarəetmə mədəniyyətinin mənimsənilməsi ilə bağlı məmurların problemləri var. Düşünürəm ki, atılan addımlar məmurların həyatında dəyişikliklərə gətirib çıxaracaq”.

Qeyd edək ki, Prezidenti İlham Əliyev mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən vacib vəzifələrdən biri kimi korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə olduğunu qeyd edib. Prezident vurğulayıb ki, prokurorluq orqanları bu istiqamətdə daha fəal iş aparmalıdırlar.

Əliməmməd Nuriyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0