Müslüm İbrahimov

Neftin qiymətləri ətrafında baş verənlər nədən xəbər verir ekspert danışır

68
(Yenilənib 18:39 25.04.2020)
İqtisad elmləri doktoru Müslüm İbrahimov deyir ki, neftə olan tələbatın pandemiyadan əvvəlki səviyyə qaytarılması sual altındadır
Müslüm İbrahimov: “Qiymətlərdə yaşanan anomaliyanın bir neçə mühim səbəbi var”

Nyu-Yorkun "Nymex" əmtəə birjasında WTI markalı ABŞ neftinin may fyuçers qiymətləri mənfiyə düşüb.

İqtisad elmləri doktoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, dünya iqtisadiyyatı post-pandemiya dövrünə qədəm qoyur:

“Qiymətlərdə yaşanan anomaliyanın bir neçə mühim səbəbi var. Böyük resurslarla zəngin ölkələr üçün bu dövr çətin sınaq olacaq. Burada makroiqtisadi siyasətin dəyişməsi tələb olunacaq. Çünki dünyada istehlak sisteminin dəyişməsi baş verir. Neftə olan tələbatın pandemiyadan əvvəlki səviyyə qaytarılması isə sual altındadır. Bu anomaliya qısa müddətlidir. Ümumiyyətlə isə neftin istehsalında və istehlakında böyük dəyişikliklər baş verir. Bu baş verənlər göstərir ki, dünyada çox dərin sosial-iqtisadi böhran başlayıb”.

Müslüm İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

68

Politoloq: “Qarabağda müharibənin alovlanmasında ATƏT-in böyük rolu var”

80
(Yenilənib 09:54 29.09.2020)
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, ATƏT 30 ilə yaxın bir müddət ərzində münaqişənin həlli üçün formulu ortaya qoya bilmədi
Elxan Şahinoğlu: “Atəşkəs Azərbaycanın maraqlarına cavab vermir”

Dağlıq Qarabağ ətrafındakı vəziyyət ATƏT-in Minsk Qrupunun həmsədrlərindən sürətli müdaxiləni tələb edir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan bildirib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, indiki halda atəşkəs Azərbaycanın maraqlarına cavab vermir:

“Danışıqlar fayda vermir və Ermənistan təxribatları davam etdirir. Biz o halda atəşkəsə razılaşarıq ki, erməni qoşunları Dağlıq Qarabağı tərk etsin. Münaqişənin yenidən alovlanmasında ATƏT-in böyük rolu var. Bu təşkilat 30 ilə yaxın bir müddət ərzində münaqişənin həlli üçün formulu ortaya qoya bilmədi. Bununla belə yenə də mənasız danışıqların davam etdirilməsini istəyir. Azərbaycan Ermənistan tərəfindən edilən təxribatlara artıq dözüm nümayiş etdirə bilməz”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

80
Kamran Əsədov

Ekspert: ““Ali təhsil haqqında” qanun keyfiyyətin artmasına xidmət edəcək”

296
(Yenilənib 08:52 28.09.2020)
Təhsil eksperti Kamran Əsədov deyir ki, ali təhsil haqqında qanunun qəbulu mütləq şəkildə həyata keçirilməlidir
Kamran Əsədov: “Ali təhsil pilləsində ciddi boşluqlar var”

Sentyabrın 21-də  Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası  keçirilib. İclasda “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı yaradılmış işçi  qrupun tərkibinə dəyişiklik müzakirə və təsdiq olunub. Komitənin sədri Bəxtiyar Əliyev  qanun layihəsi ilə bağlı oktyabr ayının əvvəlləri üçün geniş ictimai dinləmələrin  keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırıb.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, təhsilin ayrı-ayrı pillələri üçün qanun qəbul edilməsi zəruridir: “Bununla həmin pillələrin idarə mexanizmi, maliyyələşmə məsələləri müəyyən edilir. Ali təhsil pilləsində ciddi boşluqlar var. Bu da özünü bir çox istiqamətlərdə göstərir. “Ali təhsil haqqında” qanunun qəbulu mütləq şəkildə həyata keçirilməlidir. Bu həm də ali təhsil pilləsində keyfiyyətin, rəqabətliliyin artmasına, ixtisaslı kadrların hazırlanmasına xidmət edəcək”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

296
Füzuli rayonunun Babı kəndinin yaxınlığında yerləşən qəbiristanlıq

Daha bir abidəmiz erməni təxribatının qurbanı olub

0
(Yenilənib 21:18 29.09.2020)
Qəbiristanlıqdakı dövlət mühafizəsinə götürülmüş ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi olan Şeyx Babı türbəsinə ciddi ziyan dəyib

BAKI, 29 sentyabr — Sputnik. Düşmənin ölkəmizin yaşayış məntəqələrinə istiqamətlənmiş atəş zərbələrindən biri Füzuli rayonunun Babı kəndinin yaxınlığında yerləşən qəbiristanlığa dəyib. Sputnik Azərbaycan xəbər verir ki, qəbiristanlıqdakı dövlət mühafizəsinə götürülmüş ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi olan Şeyx Babı türbəsinə ciddi ziyan dəyib, tarixi abidənin fasadı zədələnib və nəticədə türbə qəzalı vəziyyətə düşüb.

Məlumat üçün bildirək ki, türbə Füzuli rayonunun Babı kəndindədir. Türbədə Şeyx Babı Yaqub dəfn olunub. Türbə 1273–1274-cü illərdə memar Əli Məcidəddin tərəfindən tikilib. Şeyx Babı türbəsinin xarici səth bölgülərində Möminə Xatun türbəsinin təsiri görünür. Xalq arasında "Şıxbaba türbəsi" adıyla tanınır. Rəvayətə görə, Şeyxin cənazəsi daş qutuda, türbənin cənub pəncərəsi önündə dəfn olunub. Məqbərədəki kitabənin oxunuşuna nail olan ilk rus alimi N.Xanıkov deyib ki, Şeyx Babı Yaqub türbəsi 1271–1272-ci illərdə Məşədi Babı Yaqub ibn Saadın əmrilə tikilib. Kitabədəki yazılar ərəb dilində olduğundan tərcümə edilib. Məşədixanım Nemətin tərcüməsindən müəyyən olunub ki, bu müqəddəs türbənin zahid, kamil Şeyx Babı Yaqub ibn İsmayıl üçün tikilməsinə Hicri təqvimi ilə 672-ci ildə (Miladi 1273–1274-cü illər) əmr verilib.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Azərbaycan Yazıçılar Birliyi bəyanat yayıb
Dağlıq Qarabağın azərbaycanlı icması beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
Flora Kərimovadan təsirli çıxış - "Axır ki, tanrının yadına düşdük"
Əməkdar artist cəbhəyə yola düşüb
"Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!"