Azərbaycan Dövlət Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı

Yazıçı hekayə müsabiqəsi haqqında: sənətin hər zaman dəstəyə ehtiyacı var

182
(Yenilənib 16:24 19.04.2020)
Yazıçı Cavid Zeynallı deyir ki, tək ədəbiyyat deyil, mədəniyyətin digər sahələrində də müsabiqələrin təşkilini dəstəkləmək lazımdır
Cavid Zeynallı: “Yazıçıların bu müsabiqədə fəal olacağını düşünürəm”

Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyi ilə birgə koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabiqəsi elan edib.

Yazıçı Cavid Zeynallı Sputnik Azərbaycan-a deyir ki, belə bir dövrdə hekayə müsabiqəsinin elan olunması təşəbbüsünü müsbət qiymətləndirir: “Ədəbiyyat zamanın nəbzi ilə bərabər döyünməlidir. Yazıçı dostlarımızın və həmkarlarımızın bu müsabiqədə fəal olacağını düşünürəm. Müsabiqənin mükafat fondu təsis edilib və bu, indiki dövr üçün kifayət qədər normal məbləğdir. Ümumiyyətlə, tək ədəbiyyat deyil, mədəniyyətin digər sahələrində də müsabiqələrin təşkilini dəstəkləmək lazımdır. Çünki sənətin hər zaman dəstəyə ehtiyacı var”.

Cavid Zeynallının geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

182
UNEC-in professoru Elnur Sadıqov

Professor: “Maliyyənin səmərəli istifadə olunma məsələsi problem olaraq qalır”

2
(Yenilənib 23:13 14.08.2020)
Professor Elnur Sadıqov deyir ki, bir təşkilat həm investisiya, həm də dövlət maliyyəsi hesabına fəaliyyət göstərirsə, burada sərbəst fəaliyyətdən danışmaq olmaz
Elnur Sadıqov: “Dövlət müəssisələri büdcədən yetərincə maliyyələşdirilir”

Prezident İlham Əliyev Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında fərman imzalayıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan İnvestisiya Holdinqinin yaradılması müasir dövrün tələblərinə cavab verən addımdır:

“Biz bilirik ki, dövlət müəssisələri büdcədən yetərincə maliyyələşdirilir. Lakin ayrılan maliyyənin səmərəli istifadə olunma məsələsi problem olaraq qalır. Bu məsələlərə aydınlıq gətirmək üçün həmin o vəsaitlər bir mərkəzdə cəmləşdirilir. Qoyulan investisiyalar sərbəst şəkildə özünü idarə etməlidir. Əgər bir təşkilat həm investisiya, həm də dövlət maliyyəsi hesabına fəaliyyət göstərirsə, burada hansı sərbəst fəaliyyətdən danışmaq olar?! Ona görə də belə təşkilatların dövlətin tərkibində qalması daha məqsədəuyğundur”.

Elnur Sadıqovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

2
Politoloq İlqar Vəlizadə

Politoloq: “Nazirlərin Türkiyə səfəri yeni prioritetlərin müəyyənləşməsinə imkan yaradıb”

88
(Yenilənib 10:15 14.08.2020)
Politoloq İlqar Vəlizadə deyir ki, əməkdaşlıq şəraiti baş verənlərə reaksiyaları və addımları tənzimləməyə imkan yaradır
İlqar Vəlizadə: “Regionumuzda gərgin vəziyyət davam etməkdədir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 11-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovu və Müdafiə naziri Zakir Həsənovu qəbul edib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan – Türkiyə münasibətləri bu günlərdə çox sürətlə inkişaf edir:

“İki ölkənin münasibətlərində tarixi yaxınlıq var. Eyni zamanda bizim mövqelərimiz bütün siyasi məsələlərdə üst-üstə düşür. Xarici İşlər və Müdafiə nazirlərimizin Türkiyəyə budəfəki səfəri yeni istiqamətlərin və prioritetlərin müəyyənləşməsinə imkan yaradıb. Hazırda regionumuzda gərgin vəziyyət davam etməkdədir. Bu əməkdaşlıq şəraiti baş verənlərə reaksiyaları və addımları tənzimləməyə imkan yaradır”.

İlqar Vəlizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

88
Bakı məktəblərin birində, arxiv şəkli

Məktəblərin açılmaması fəsadlara yol açır - Operativ Qərargah

8
(Yenilənib 12:23 15.08.2020)
Təhsil Nazirliyiin nəzdində fəaliyyət göstərən institutlar tərəfindən digər ölkələrin təcrübələri öyrənilir.

BAKI, 15 avqust — Sputnik. "Son günlər rəqəmlərdə azalmalar qeydə alınsa da, bəzi günlər üzrə rəqəmlərdə artım qeydə alınıb. Bu da insanların aktivliyi ilə əlaqədardır". Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri, prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

O təhsillə bağlı məsələyə də toxunub: "Təhsil müəssisələrinin açılması məsələsi müzakirə olunur. Bu gün Təhsil Nazirliyiin nəzdində fəaliyyət göstərən institutlar tərəfindən digər ölkələrin təcrübələri öyrənilir. Bütün təhsil müəssisələri üzrə ayrılıqda müvafiq qərar qəbul edilməlidir. Bu gün qonşu ölkələrdə də məsələ ciddi müzakirə olunur. Hətta həmin ölkəərdə təhsilin növbəti aylarda açılması da müzakirə edilir".

Hacıyev bildirib ki, dünya ölkələrində olduğu kimi, Azərbaycanda da azyaşlıların ən çox cəmləşdiyi yer təhsil müəssisələridir: “Hətta ali təhsil müəssisələrində də çox sayda tələbə toplaşır. Bu ölkə əhalisinin çox böyük hissəsini əhatə edir. Bu məsələlər epidemioloji vəziyyətdən asılı olaraq qiymətləndirilməlidir. Məktəblərin açılması ilə əlaqədar müraciət edən valideynlər var. Amma əksinə, açılmaması üçün də müraciət edənlər var. Koronavirusa qarşı mübarizədə ilk bağlanan müəssisələrdən biri məktəblər. Bu, bütün dünyada belədir. Bu məsələ hər birimizi narahat edir. Uşaqlar üçün çox çətindir. Onların kompüter oyunlarına aludəliyi artmağa başlayıb. Uşaqlara da psixoloji baxımdan təsir edən məqamlar var”.

8