Эксперт в области образования Кямран Асадов

Dərslik problemi necə həll edilə bilər ekspert çıxış yolu təklif edir

190
(Yenilənib 10:40 21.03.2020)
Təhsil eksperti Kamran Əsədov deyir ki, dərsliklər şagirdlərin şəxsiyyət yönlü inkifına deyil, qəbul imtahanlarında yüksək bal toplamasına hesablanaraq hazırlanır
Kamran Əsədov: “Azərbaycanda dərslik yazmaq ənənəsi hələ formalaşmayıb”

“Azərbaycanda dərslik yazmaq ənənəsi hələ formalaşmayıb”. Bunu Sputnik Azərbaycan Multimediya Mətbuat Mərkəzində keçirilən tədbirdə təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert bildirib ki, dərsliklərin hazırlanması üçün müəyyən edilmiş standartlar normaldır, ancaq bu standartları reallaşdıracaq mütəxəssis problemimiz var: “Dərsliyi kimin, harada, nə qədər vaxt ərzində yazması müzakirə predmeti olmalıdır. Qaydaların dəyişməsinə baxmayaraq, keyfiyyət artımına nail olmaq mümkün olmayacaq. Azərbaycan təhsilində həll olunmalı problemləri sıralasaq, birinci yerdə dərslik məsələsi dayanacaq. Bu gün dərsliklər şagirdlərin şəxsiyyət yönlü inkifına deyil, qəbul imtahanlarında yüksək bal toplamasına hesablanaraq hazırlanır. Düşünürəm ki, ölkədə dərslik mərkəzi yaradılmalıdır”.

Qeyd edək ki, Nazirlər Kabineti "Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması qaydası"nı təsdiq edib.

Kamran Əsədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

190