Председатель Ассоциации банков Азербайджана Закир Нуриев

Banklar koronavirusun yaratdığı çətinliklərə necə reaksiya verəcək - Zakir Nuriyevin şərhi

118
(Yenilənib 14:07 19.03.2020)
“Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin prezidenti Zakir Nuriyev deyir ki, banklar hadisələrin gedişatına uyğun olaraq, istənilən vəziyyətə çevik reaksiya verəcək
Zakir Nuriyev: “Banklar lazımi tədbirləri görəcək”

“Azərbaycan bankları koronavirus infeksiyasının yayılması ilə əlaqədar baş verən prosesləri və yarana biləcək bütün mümkün vəziyyətləri öyrənir, təhlil edir və müvafiq dövlət orqanları ilə müzakirələr aparır”.  Sputnik Azərbaycan xəbər verir ki, bunu “Report”a açıqlamasında “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin prezidenti Zakir Nuriyev deyib.

“Banklar hadisələrin gedişatına uyğun olaraq, istənilən vəziyyətə çevik reaksiya verəcək. Hazırda vəziyyəti diqqətlə izləyirik, prosesləri öyrənirik. Zərurət yaranarsa, banklar öz müştəriləri ilə ortaya çıxan məsələlər barədə fərdi şəkildə təhlillər aparacaq və lazımi tədbirləri görəcək”, - ABA sədri qeyd edib.

Zakir Nuriyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

118