CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekspert sosial şəbəkələrdə koronavirusla bağlı dezinformasiya ilə mübarizədən danışır

Abunə olmaq
Mətbuat Şurasının sədrinin müavini Müşfiq Ələsgərli deyir ki, saxta xəbərlərin tezliklə müəyyənləşdirilməsi və yayılmasının qarşısının alınması mümkün olmur
Müşfiq Ələsgərli: “İstifadəçilər şikayət etmək hüquqlarından istifadə edə bilərlər”

ABŞ-da fəaliyyət göstərən texnologiya şirkətləri sosial şəbəkələrdə koronavirusla bağlı saxta xəbərlərin yayılmasının qarşısını almaq üçün birgə bəyanatla çıxış ediblər.

Mətbuat Şurasının sədrinin müavini Müşfiq Ələsgərli Sputnik Azərbaycan-a deyir ki, bu məsələdə təkcə sosial şəbəkə menecerlərinin hərəkət etməsi çətin məsələdir:

“Bəzən vahimə yaradan saxta xəbərlər müəyyən mətnlər altında gizlədilir. Onların tezliklə müəyyənləşdirilməsi və yayılmasının qarşısının alınması mümkün olmur. Ona görə də bu məsələdə hər kəs fəal olmalıdır. Bu cür hallarla qarşılaşanda istifadəçilər şikayət etmək hüquqlarından istifadə edə bilərlər. Sosial şəbəkə idarəçiləri də bu kimi müraciətlərə operativ reaksiya verib, saxta xəbərlərin qarşısının alınmasına töhfə verə bilərlər”.

Müşfiq Ələsgərlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0