Ekspert inflyasiyanın tənzimlənməsi üçün görülən tədbirləri şərh edir

122
(Yenilənib 19:19 15.03.2020)
İqtisadçı ekspert Fuad İbrahimov bildirir ki, məsələyə hökumətin çevik reaksiyasından çox şey asılıdır
Fuad İbrahimov: “Hökumət manatın məzənnəsinin qorunmasını təmin edəcək”

“Valyuta bazarında sabitliyin və manatın məzənnəsinin qorunması məqsədilə zəruri tədbirlər görülməsi üçün bütün imkanlar var. Həm monetar, həm də iqtisadi siyasətin digər istiqamətləri üzrə nəzərdə tutulan tədbirlər inflyasiyanın hədəflənən səviyyədə saxlanılmasını təmin edəcək”. Bu barədə Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş müşavirədə bildirilib.

İqtisadçı ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, neftin qiymətinin  ucuzlaşması manata da təzyiqlər yaradır:

“Bu məsələyə hökumətin yanaşmasından çox şey asılıdır. Azərbaycanda istehlak olunan məhsulların müəyyən hissəsi idxal edilir. Manatın məzənnəsində hansısa dəyişiklik baş verərsə, həmin məhsulların qiymətində də fərq olmalıdır. İndiki məqamda isə hökumət bütün alətlərdən istifadə edərək manatın məzənnəsinin qorunmasını təmin edəcək. Bu monetar siyasətin özü də çox bahalıdır”.

Fuad İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

122

Anar Kərimov: “Azad edilmiş ərazilərə səfərlər üçün təhlükəsizlik təmin olunmalıdır”

16
(Yenilənib 23:48 14.01.2021)
Azərbaycanın mədəniyyət naziri Anar Kərimov deyir ki, Ermənistan hüquqi məsuliyyətə cəlb olunmalı, təzminat ödəməlidir
Anar Kərimov: “Beynəlxalq təşkilatları azad olunmuş torpaqlarımıza dəvət edirik”

“ICESCO-nun nümayəndə heyəti işğaldan azad edilmiş Füzuli rayonunda və Ağdam şəhərində ermənilərin törətdiyi cinayətləri öz hesabatlarında əks etdirəcək”. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə AZƏRTAC-ın müxbirinə müsahibəsində Azərbaycanın mədəniyyət naziri Anar Kərimov bildirib.

“Beynəlxalq təşkilatları azad olunmuş torpaqlarımıza dəvət edirik. İstəyirik ki, bütün dünya erməni vəhşiliyinin şahidi olsun. Hazırda bununla bağlı UNESCO və digər təşkilatlarla müzakirələr aparılır. Azad edilmiş ərazilərə səfərlərin təşkili üçün təhlükəsizlik tədbirləri də təmin olunmalıdır. Bugünkü səfər də minalardan təmizlənmiş ərazilərə təşkil edilib. Ermənilərin törətdiyi bütün cinayətləri sənədləşdirmək üçün ekspertlər hər yeri gəzib qeydiyyat aparmalıdırlar ki, gələcəkdə bu faktları beynəlxalq məhkəmələrə təqdim edək. Ermənistan hüquqi məsuliyyətə cəlb olunmalı, təzminat ödəməlidir”, - deyə Anar Kərimov qeyd edib.

Anar Kərimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

16
Председатель Совета печати Афлатун Амашов

Amaşov: “Qanuna dəyişikliklər genişmiqyaslı islahatlar kontekstində baş verməlidir”

53
(Yenilənib 08:14 14.01.2021)
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyir ki, media sahəsində səliqə-səhmanın yaranmasını istəyiriksə, KİV-in qeydiyyatı məsələsinə diqqət yetirməliyik
Əflatun Amaşov: “Qanunvericilikdə dəyişikliyin olması son dərəcədə vacibdir”

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən,  Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi” təsdiq edilib.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Sputnik Azərbaycan-a deyir ki, ötən illər ərzində bir neçə dəfə “Kütləvi İnformasiya Vasitələri haqqında” qanuna dəyişikliklər edilsə də, onlar fundamental xarakterli olmayıb:

“Ona görə ediləcək dəyişikliyə kompleks yanaşmanın tərəfdarıyam. Yəni dəyişiklik genişmiqyaslı islahatlar kontekstində baş verməlidir. Konkret olaraq Mətbuat Şurasının da dəyişikliklərlə bağlı təklifləri olub. İndiki şəraitdə aidiyyəti olmayan adamlar bu sahədə fəaliyyət göstərirlər. Bununla bağlı konkret mexanizmlər hazırlanmalıdır. Media sahəsində səliqə-səhmanın yaranmasını istəyiriksə, KİV-in qeydiyyatı məsələsinə diqqət yetirməliyik. Qanunvericilikdə mövcud istiqamətdə dəyişikliyin olması son dərəcədə vacibdir”.

Əflatun Amaşovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

53
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusdan peyvənd vurdurur

Ərdoğan koronavirus peyvəndindən sonra: "Sapsağlamam"

0
(Yenilənib 00:05 16.01.2021)
Türkiyə Prezidentinə yanvarın 14-də Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

BAKI, 16 yanvar — Sputnik. Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sputnik Azərbaycan "Hurriyet" nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

"Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sapsağlamam. 28 gün sonra ikinci iynəmizi vurduracağıq", - deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd edilib.

Türkiyə Prezidentinə Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

0