“Neftin qiymətləri ilə bağlı vəziyyəti proqnozlaşdırmaq hazırda kifayətə qədər mürəkkəbdir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib.
Ekspert bildirib ki, bu situasiyadan öncə də neftin qiymətinin azalacağı proqnozlaşdırılırdı:
“Rusiya tərəfinin açıqlamaları göstərir ki, OPEK-lə hansısa razılığa getməyə meyilli deyil. İndiki halda qiymətlərin yaxın müddətdə bahalaşacağını müəyyənləşdirmək çətindir. Amma mövcud şərtlər ABŞ-da neft hasilatını qorumağa imkan vermir, çünki şist neftin maya dəyəri yüksəkdir. Bu prosesin bir neçə ay davam etməsi növbəti dövrdə təklifin şist neftinin hasilatının dayandırılması fonunda azalmasına gətirib çıxara bilər. Bu da öznövbəsində bazarda qiymətlərin müəyyən qədər optimallaşmasına şərait yarada bilər”.
Rəşad Həsənovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
“ICESCO-nun nümayəndə heyəti işğaldan azad edilmiş Füzuli rayonunda və Ağdam şəhərində ermənilərin törətdiyi cinayətləri öz hesabatlarında əks etdirəcək”. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə AZƏRTAC-ın müxbirinə müsahibəsində Azərbaycanın mədəniyyət naziri Anar Kərimov bildirib.
“Beynəlxalq təşkilatları azad olunmuş torpaqlarımıza dəvət edirik. İstəyirik ki, bütün dünya erməni vəhşiliyinin şahidi olsun. Hazırda bununla bağlı UNESCO və digər təşkilatlarla müzakirələr aparılır. Azad edilmiş ərazilərə səfərlərin təşkili üçün təhlükəsizlik tədbirləri də təmin olunmalıdır. Bugünkü səfər də minalardan təmizlənmiş ərazilərə təşkil edilib. Ermənilərin törətdiyi bütün cinayətləri sənədləşdirmək üçün ekspertlər hər yeri gəzib qeydiyyat aparmalıdırlar ki, gələcəkdə bu faktları beynəlxalq məhkəmələrə təqdim edək. Ermənistan hüquqi məsuliyyətə cəlb olunmalı, təzminat ödəməlidir”, - deyə Anar Kərimov qeyd edib.
Anar Kərimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi” təsdiq edilib.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Sputnik Azərbaycan-a deyir ki, ötən illər ərzində bir neçə dəfə “Kütləvi İnformasiya Vasitələri haqqında” qanuna dəyişikliklər edilsə də, onlar fundamental xarakterli olmayıb:
“Ona görə ediləcək dəyişikliyə kompleks yanaşmanın tərəfdarıyam. Yəni dəyişiklik genişmiqyaslı islahatlar kontekstində baş verməlidir. Konkret olaraq Mətbuat Şurasının da dəyişikliklərlə bağlı təklifləri olub. İndiki şəraitdə aidiyyəti olmayan adamlar bu sahədə fəaliyyət göstərirlər. Bununla bağlı konkret mexanizmlər hazırlanmalıdır. Media sahəsində səliqə-səhmanın yaranmasını istəyiriksə, KİV-in qeydiyyatı məsələsinə diqqət yetirməliyik. Qanunvericilikdə mövcud istiqamətdə dəyişikliyin olması son dərəcədə vacibdir”.
Əflatun Amaşovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
BAKI, 16 yanvar — Sputnik. Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sputnik Azərbaycan "Hurriyet" nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.
"Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sapsağlamam. 28 gün sonra ikinci iynəmizi vurduracağıq", - deyə Ərdoğan qeyd edib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd edilib.
Türkiyə Prezidentinə Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.