Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Əliməmməd Nuriyev: "Korrupsiya ilə mübarizənin başqa vasitələrinin şahidi olacağıq"

© Sputnik / Murad Orujov“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev - Sputnik Azərbaycan
Abunə olmaq
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev deyir ki, korrupsiya ilə mübarizə və şəffaflığın artırılması istiqamətində əhəmiyyətli addımlar atılmaqdadır
Əliməmməd Nuriyev: “Bütün korrupsiya sxemləri oxşardır”

Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Azərbaycanda ən ciddi formada aparılır və bunun təzahürləri göz qabağındadır. Bunu martın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nahid Bağırovu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Mirhəsən Seyidovu Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən deyib.

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev Sputnik Azərbaycan-a deyir ki, bütün korrupsiya sxemləri oxşardır və digər qurumlarda da oxşar hallar var:

“Hesab edirəm ki, bu gün həqiqətən də korrupsiya ilə mübarizə və şəffaflığın artırılması istiqamətində əhəmiyyətli addımlar atılmaqdadır. Qəbul edilən qərarlar da korrupsiya ilə mübarizənin sistemli xarakter daşıdığını göstərir. Düşünürəm ki, yaxın vaxtlarda korrupsiya ilə mübarizənin başqa vasitələrinin də şahidi olacağıq”.

Əliməmməd Nuriyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0